11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TBİLİSİ NƏBATAT BAĞINDA FƏTƏLİ XANXOYSKİNİN ABİDƏSİNİN AÇILIŞIMƏRASİMİNDƏ NİTQ9 mart 1996-cı ilHörmətli cənab prezident Eduard Şevardnadze!Hörmətli dostlar, hörmətli gürcü qardaşlarımız, bacılarımız!Biz ikinci gündür ki, əziz Gürcüstan torpağında qonağıq. Gürcüstanın prezidenti, mənim əziz .dostumEduard Şevardnadzenin, gürcü xalqının qonağıyıq. İki gündür ki, biz gürcü xalqı ilə Azərbaycan xalqı arasındaolan dostluğun keçmiş səhifələrini vərəqləyirik, dostluğun bu gün möhkəmlənməsi və gələcəkdə daha damöhkəm olması üçün çalışırıq.Biz indi, bu dəqiqələrdə Gürcüstanın Tbilisi şəhərində, təbiətin gürcü xalqına bəxş etdiyi ən gözəlguşələrdən birindəyik. Böyük iftixar, məhəbbət hissi ilə qeyd edirəm ki, bu gözəl guşələrdən birindəAzərbaycanın böyük övladları, böyük şəxsiyyətləri əbədiyyətə qovuşublar, əbədi uyuyurlar.Azərbaycan xalqının böyük oğlu, mütəfəkkir insan, yazıçı, şair, alim, filosof, dövlət xadimi Mirzə FətəliAxundovun məzarı buradadır. Onun övladlarının, qohum-əqrəbalarının məzarları da buradadır. Mirzə FətəliAxundovun məzarı qarşısında, onun ruhu qarşısında Azərbaycan xalqı adından baş əyirəm, ona Allahdan birdaha, bir daha rəhmətlər diləyirəm.Biz Azərbaycan xalqının görkəmli oğlu Mirzə Şəfi Vazehin qəbri önündəyik. Azərbaycan xalqının elminin,mədəniyyətinin inkişafında Mirzə Şəfi Vazehin böyük xidmətləri olubdur. O öz yaradıcılığı, fəaliyyəti ilətarixdə böyük iz qoyubdur. Biz onun məzarı qarşısındayıq. Mən onun ruhu qarşısında baş əyirəm və onaAllahdan rəhmət diləyirəm.Biz Azərbaycanın görkəmli oğlu, böyük dövlət xadimi, ictimai-siyasi xadim Fətəli xan Xoyskinin məzarıönündəyik. Fətəli xan Xoyskinin xatirəsini əbədiləşdirmək üçün məzarı üzərində onun büstünü gürcüqardaşlarımızla birlikdə təntənəli surətdə açdıq. Mirzə Fətəli Axundovun, Mirzə Şəfi Vazehin Azərbaycanelminin, mədəniyyətinin inkişafında böyük xidmətlərini qeyd edərək, eyni zamanda Fətəli xan Xoyskininxalqımızın həyatında, ilk Azərbaycan Demokratik Respublika[421-422]sının yaradılmasında böyük xidmətlərinibiz bu gün minnətdarlıq hissi ilə qeyd edirik.1918-ci ildə Cənubi Qafqazda – Gürcüstanda, Azərbaycanda, Ermənistanda çox böyük ictimai-siyasiproseslər gedən vaxt, bizim xalqlarımız – gürcü və Azərbaycan xalqları öz milli azadlıqları uğrunda mübarizəapardığı, öz müstəqil dövlətçiliyini qurmaq əzmində olduğu zaman bu böyük hadisələr, bu siyasi proseslər məhzburada, Gürcüstan torpağında, Tbilisidə baş vermişdir və Azərbaycanın görkəmli şəxsiyyətləri, o cümlədənFətəli xan Xoyski də burada Azərbaycanın müstəqilliyi üçün çalışmış və böyük xidmətlər göstərmişdir.Biz Azərbaycan Respublikasında, müstəqil ölkəmizdə bu gün müstəqil dövlət kimi yaşayırıq, öz milliazadlığımızın möhkəmlənməsi üçün çalışaraq 1918-ci ildə Azərbaycanda ilk demokratik, müstəqil dövlətin,müstəqil demokratik hökumətin yaranmasını böyük iftixar hissi ilə qeyd edirik. İlk Azərbaycan DemokratikRespublikasının yaradıcılarını bu gün böyük minnətdarlıq hissi ilə xatırlayırıq. İlk Azərbaycan DemokratikRespublikasının yaradıcıları, rəhbərləri Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəyTopçubaşov, Nəsib bəy Yusifbəyov və başqaları Azərbaycan xalqının tarixində böyük xidmətlər göstərmişlər vəAzərbaycanda ilk dəfə müstəqilliyin, müstəqil dövlətçiliyin, demokratiyanın əsasını qoymuşlar. Çoxsəciyyəvidir ki, bu proseslər burada – Tbilisidə olmuşdur. Bizim Azərbaycanın nümayəndələri o vaxt CənubiQafqaz Seymi yaratmaq üçün gürcü qardaşlarımızla bərabər çalışmışlar. Nəhayət, bu proseslərin nəticəsi ondanibarət olmuşdur ki, 1918-ci il mayın 26-da Gürcüstanın görkəmli şəxsiyyətləri Gürcüstan DemokratikRespublikasını dünyaya bəyan etmişlər və ondan iki gün sonra – 1918-ci il mayın 28-də məhz burada,Gürcüstan torpağında, Tbilisi şəhərində Azərbaycanın görkəmli şəxsiyyətləri ilk Azərbaycan DemokratikRespublikasının yaranmasını bütün dünyaya bəyan etmişlər.Bu gün qeyd etmək lazımdır ki, o günlər Bakıda erməni daşnak qüvvələri hakimiyyətdə olduğuna görə,xalqımıza qarşı təxribat edən, Azərbaycan xalqının müstəqilliyinə maneçilik törədən başqa qüvvələr olduğunagörə ilk Azərbaycan Demokratik Respublikası bir müddət burada, Tbilisi şəhərində fəaliyyət göstərmiş, 1918-ciilin iyun ayında buradan Gəncə şə[422-423]hərinə və nəhayət, 1918-ci ilin sentyabrında Azərbaycanın paytaxtıBakı şəhərinə köçə bilmişdir.O ağır və çətin dövrdə ilk Azərbaycan Demokratik Respublikasının baş naziri vəzifəsini Azərbaycanıngörkəmli oğlu Fətəli xan Xoyski öz üzərinə götürmüş, bu vəzifəni layiqincə həyata keçirmiş və xalqımızqarşısında böyük xidmətlər göstərmişdir. Azərbaycanın ilk demokratik respublikası cəmi 23 ay yaşaya bilmişdi.O, sonra devrilmiş, amma buna baxmayaraq, Azərbaycanda dövlətçiliyin, müstəqilliyin, demokratiyanın ilkcarçısı olmuş, ilk addımlar atmışdır. 1991-ci ildə Azərbaycan xalqı öz milli azadlığına nail olandan və dövlət212

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!