11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

QANLI YANVAR FACİƏSİ ŞƏHİDLƏRİNİNXATİRƏ GECƏSİNDƏ ÇIXIŞRespublika Sarayı20 yanvar 1996-cı ilHörmətli həmvətənlər, bacılar, qardaşlar!Bu gün Azərbaycan xalqının, respublikamızın matəm günü, hüzn günüdür, qanlı Yanvar faciəsinin altıncıildönümüdür. Bu gün Azərbaycanın bütün vətəndaşları o faciəli gecəni, xalqımızın başına gəlmiş bəlaları, milliazadlıq, müstəqillik uğrunda qəhrəmanlıq nümunələrini yad edirlər. O gecə Azərbaycan xalqına, respublikasınaqarşı hərbi təcavüz edildi. Özünün ərazi bütövlüyü uğrunda çalışan, vuruşan, döyüşən, milli azadlığı uğrundamübarizə aparan xalqımıza qarşı böyük hərbi təcavüz oldu.Azərbaycan xalqının çoxəsrlik tarixində onun başına çox bəlalar gəlib, xalqımız faciələrlə rastlaşıb. Ancaqdeyə bilərəm ki, bu qədər dəhşətli faciə görünməmişdi. Xalqımızın milli mənliyinə, mənəviyyatımıza, milliazadlığımıza təcavüz edilibdir. O gecə Azərbaycanın günahsız övladları həlak oldular, müstəqilliyimiz yolunda,milli azadlıq yolunda şəhid oldular. Çoxları yaralandı, xəsarət aldı. O hərbi təcavüz nəticəsində bəziləri indiyəqədər də əlildirlər. Şəhidlərin ailələrindən qəm-qüssə, kədər çəkilməyibdir. Yaralılar o yaranı hər gün duyaraqhəmin o faciəli gecəni unuda bilmirlər. Ümumən xalqımız isə özünün milli mənliyinə, milli azadlıq ruhunaedilən bu təcavüzü heç vaxt unutmayacaqdır.Bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtdı, əzdi. Ancaq onun mənliyini tapdalaya bilmədi. Bizimqürurumuzu sındıra bilmədi. İtkilər verdik, ona görə də bu gün matəm günü keçiririk. Ancaq eyni zamanda ogün və ondan sonrakı günlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinə yeni böyük bir səhifə yazdı.Biz o günü matəm günü kimi, qəm-qüssə, kədər ilə xatırlayırıq. Ancaq eyni zamanda biz bu hadisələriböyük qürur hissi, iftixar hissi ilə xatırlayırıq. Çünki Azərbaycan xalqı bir daha dünyaya nümayiş etdirdi ki, oyenilməzdir, qəhrəmandır, ona nə qədər güclü təcavüz, təzyiq olsa da, onun iradəsini sındır[290-291]maqmümkün deyil. Sovetlər İttifaqının hərbi maşınının, hərbi texnikasının misli görünməmiş, həddindən artıq gücüdinc əhaliyə, dinc xalqımıza qarşı yönəldildi. Sovetlər İttifaqının ordusu böyük. dəstələrlə Azərbaycanınpaytaxtı Bakıya daxil oldu və SSRİ-nin rəhbərliyi belə bir cinayət etdi. Bu, bütün bəşər qarşısında, tarixqarşısında olan cinayətdir, Azərbaycan xalqına qarşı edilmiş cinayətdir. Bunun günahkarları daim məhkumolunacaqdır. Bunun günahkarları Sovetlər İttifaqının rəhbərliyi – Qorbaçov və o vaxt Sovetlər İttifaqına onunlabərabər rəhbərlik edənlər Azərbaycan xalqına qarşı bu cinayəti etdilər. Biz bu cinayəti heç vaxt unutmayacağıq,yəni bu cinayət həmişə bizi sayıq olmağa dəvət edəcəkdir. Amma eyni zamanda bu cinayət o vaxtkı mərkəzdənbizə qarşı olan cinayət idisə, o həm də Azərbaycan xalqına qarşı özünün içindəki xainlər tərəfindən ediləncinayət idi. Xaricdən olan cinayət, təcavüz dəhşətlidir. Ancaq bu, xaricdən bizə yönəldilmiş cinayətdir, eynizamanda bu cinayəti törədənlər içimizdən, daxilimizdən, özümüzdən özümüzə xəyanət etmiş, qat-qat çoxcinayət etmiş insanlardır, qruplardır, dəstələrdir.Ötən altı il onu göstərir ki, heç bir cinayət Azərbaycan xalqını milli azadlıq uğrunda mübarizədən çəkindirəbilmədi. Azərbaycan xalqı buna nail oldu. Azərbaycanın dövlət müstəqilliyi əldə olundu. Artıq dörd ildir ki,Azərbaycan müstəqil dövlət kimi yaşayır və özü öz taleyinin sahibi olaraq öz həyatını qurur. Ona görə dəkədərimiz, qəmimiz nə qədər çox olsa da, eyni zamanda fəxr etməliyik ki, xalqımız istədiyinə nail olubdur.Azərbaycanın milli azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş, həlak olmuş övladlarımızı biz heç vaxtunutmayacağıq. Onların xatirəsi qəlbimizdə əzizdir və əbədi yaşayacaqdır. Biz onların qəhrəmanlığı, şəhidliyiilə fəxr edirik. Bu, bizim millətimizin iftixarıdır.Bu gün şəhidləri yad edərək bir daha bəyan edirik ki, xalqımız yenilməzdir və heç vaxt başını aşağısalmayacaqdır. Biz əldə etdiyimiz milli azadlığımızı qoruyacağıq, saxlayacağıq və onu əbədi edəcəyik. Dövlətmüstəqilliyimizi qoruyub inkişaf etdirəcəyik və o, əbədi olacaqdır. Şəhidlərin xatirəsi qəlbimizdə əbədiyaşayacaq, milli azadlığımız əbədidir, dövlət müstəqilliyimiz əbədidir. Heç bir qüvvə bizi bu yoldan döndərəbilməz, heç bir qüvvə bu iradəmizi sındıra bilməz. Ona görə də bu gün matəm günü olsa da, eyni zamanda bugün bizim döv[291-292]lət müstəqilliyimizin, xalqımızın qəhrəmanlığının xatirə günüdür.O faciəli Yanvar gecəsindən altı il keçmişdir. Təəssüf ki, içimizdən xalqımıza xəyanət edənlər bu faciəninüstünü örtüb-basdırmağa, öz xəyanətlərini gizlətməyə çalışdılar və xalqımıza qarşı cinayət edənlərə bəraətqazandırmağa çalışdılar. Ancaq xalqımız buna dözmədi. Eyni zamanda xalqımızın ixtiyarı elə əllərdə idi ki,artıq xalq əzilirdi. Təsadüfi deyil ki, o hadisələrdən sonra bu faciənin başvermə səbəbləri dərhal araşdırılmadı,cinayətkarlar, xainlər meydana çıxarılmadı. Hətta Azərbaycan, onun paytaxtı aylarla, illərlə fövqəladə vəziyyətşəraitində yaşamağa məcbur oldu. Nə üçün? Belə sual veriləndə o vaxt bəzi rəhbər şəxslər cavab verirdilər ki,əgər fövqəladə vəziyyəti götürsək, vətəndaş müharibəsi olacaq. Anlaşılmaz bir fikirdir. Nə üçün? Hansı145

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!