11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

AZƏRBAYCAN VƏ DAĞISTANRƏHBƏRLİYİ ARASINDA DANIŞIQLARINYEKUNLARINA ƏSASƏN SƏNƏDLƏRİNİMZALANMASI MƏRASİMİNDƏ BƏYANATPrezident Sarayı5 mart 1996-cı ilMən burada olanların hamısını və desəm ki, Azərbaycan və Dağıstan vətəndaşlarının hamısını buhadisə münasibətilə təbrik edirəm, səhv etmərəm. Biz belə mühüm sənədləri ilk dəfə imzalayırıq. Elə sənədlərki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin daha damöhkəmlənməsinə və genişlənməsinə xidmət edəcəkdir.Dağıstanla Azərbaycan yaxın qonşu, qardaş və dostdurlar. Əsrlərdən bəri xalqlarımız yanaşı, birlikdəyaşayırlar. Xalqlarımızın tarixi ərzində Dağıstan və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərdəmühüm mərhələlər, unudulmaz dövrlər çox olmuşdur, lakin indiki mərhələ çox mühüm bir mərhələdir və belədüşünürəm ki, bugünkü və gələcək nəsillər üçün olduqca əhəmiyyətlidir. Bu gün biz qarşılıqlımünasibətlərimizin xarakterini, Dağıstan ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdirilməsi,xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məsələsinin əməli həlliyollarını reqlamentləşdirən və müəyyənləşdirən mühüm sənədlər imzalamaq imkanına malikik. Bu, mühümhadisədir, böyük nailiyyətdir. Buna görə də hesab edirəm ki, hazırda yaşadığımız mərhələnin vacibliyi bununlamüəyyənləşdirilir.Mən indi, bu sənədləri imzaladıqdan sonra sizə bir daha demək istəyirəm ki, Dağıstan ilə Azərbaycanarasında dostluq və əməkdaşlıq inkişaf edəcək və möhkəmlənəcəkdir. Öz tərəfimizdən biz hər şey edəcəyik ki,bu dostluq dəyanətli, möhkəm, əbədi olsun və biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasındasəmimi münasibətlərin daha da inkişaf etməsi naminə, Dağıstan və Azərbaycan xalqlarının gələcək səadəti vərifahı naminə əməkdaşlıq edəcəyik. [393-394]Sizin hamınızı bir daha təbrik edir, Dağıstan və Azərbaycan xalqlarına xoşbəxtlik və firavanlıq arzulayıram.Mən əminəm ki, bu sənədlər xalqlarımızın xoşbəxt gələcəyini təmin edəcəkdir.DANIŞIQLARIN YEKUNLARI İLƏ ƏLAQƏDARBİRGƏ MƏTBUAT KONFRANSISual: Siz dediniz ki, buraya gəlməzdən əvvəl Rusiya prezidenti Yeltsinin və Rusiya hökumətininbaşçısı Çernomırdinin qəbulunda olmusunuz. Xahiş edirəm deyəsiniz, Rusiya rəhbərliyi hər hansıtəminat vermişdirmi ki, Azərbaycan-Rusiya sərhədindəki məhdudiyyətlər yaxın vaxtlardagötürüləcəkdir? Siz sərhəd məsələləri barəsində Azərbaycan prezidenti ilə konkret olaraq hansı qərarlarıqəbul etdiniz? Siz tam nəqliyyat blokadası şəraitində bu cür iqtisadi sazişi necə həyata keçirməkfikrindəsiniz? Yoxsa bu məsələlər artıq həll edilmişdir? Sağ olun.M. Məhəmmədov: Biz ən əvvəl iqtisadi blokadanın icbari qaydada götürülməsini nəzərdə tuturuq.Bildiyiniz kimi, Rusiya Federasiyasının prezidenti rəsmən demişdir ki, çeçen probleminin həllini tapmaq, ənəvvəl dinc yolla tapmaq üçün ən fəal tədbirlər görüləcəkdir. Özünün xüsusi fərmanı ilə prezident hökumətinsədri Viktor Stepanoviç Çernomırdin başda olmaqla komissiya yaratmışdır. Bəli, biz bu məsələləri qaldırırıq,özü də kifayət qədər təkidlə. Lakin indi biz başa düşürük ki, Rusiya hökuməti bu məhdudiyyəti bir günün içindəgötürməyəcəkdir, çünki bu, hər halda yenə də Çeçenistan hadisələri ilə və Dağıstanın istər cənubunda, istərsə dəşimalında sərhədlərin qorunmasının zəruriliyi ilə bağlıdır. Lakin bununla yanaşı, hökumət və prezident bizi başadüşür, bu məsələdə təkliflərimizi dəstəkləyirlər. Burada deyildiyi kimi, biz xüsusi təkliflər hazırlamışıq vəRusiya Federasiyası hökumətinin müzakirəsinə təqdim etmişik. Əldə edilmiş razılaşmaya uyğun olaraq, bizyaxın vaxtlarda sərhəddə rejimi sadələşdirməli, nəticə etibarı ilə bu sahədə iqtisadi maneələri aradangötürməliyik. Rusiya Federasiyasının rəhbərliyi tərəfindən bax, belə anlaşma var.Sual: Əgər olarsa, daha bir sual. Lütfən deyin, bu müddət ərzində Dağıstanın hüquq-mühafizəorqanları sərhədin qanunsuz keçilməsi, Azərbaycan ərazisindən [394-395] çeçen yaraqlıları üçün silahaparılması hallarmı qeydə almışlarmı? Sizdə belə faktlar varmı?M. Məhəmmədov: Bəzi hallar qeydə alınıb, amma mən hesab etmirəm ki, bunlar Azərbaycan ərazisindənolmuşdur.Sual: Yox, məhz Azərbaycan ərazisindən olmuşdurmu?198

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!