11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Respublikasının ərazi bütövlüyü pozulub, torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal olunub,işğal edilmiş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır, onlar Azərbaycanın başqabölgələrində ağır şəraitdə yaşayırlar, əksəriyyəti neçə illərdir çadırlarda yaşayır. Müharibə nəticəsində onminlərlə vətəndaşımız həlak olub, şəhid olubdur. Azərbaycan xalqının işğal olunmuş torpaqlardakı varidatı,əmlakı viran edilib, dağıdılıb, yandırılıbdır. Bunların hamısı bizə qarşı edilən hərbi təcavüzün və ErmənistanlaAzərbaycan arasında Dağlıq Qarabağ problemi ilə əlaqədar olan münaqişənin acı nəticələridir.Mən hesab etmirəm ki, bu təcavüz və bu münaqişə Ermənistana çox böyük xeyir gətiribdir. Məlumdur ki,Ermənistan da bu hərbi əməliyyatları apararkən insanlar itirib, Ermənistanın iqtisadiyyatı pozulub, Ermənistançox böyük çətinliklərlə qarşılaşıbdır. Bunlar bu günün reallığıdır. Azərbaycan sülhsevər ölkədir, Azərbaycanxalıq sülhsevər xalqdır. Biz müharibə istəmirik. Müharibəni də biz başlamamışıq. Müharibə AzərbaycanınDağlıq Qarabağ regionunu ələ keçirmək üçün Ermənistan tərəfindən başlanıbdır. Dağlıq Qarabağ və onunətrafında olan ərazilər erməni silahlı qüvvələri tərəfindən işğal olunub. Amma bu, müvəqqəti haldır. Biz heçvaxt ərazimizin bütövlüyünün pozulmasına razı olmayacağıq və heç vaxt da Dağlıq Qarabağı bəzi ermənimillətçilərinin arzuladığı kimi Ermənistan dövlətinə birləşdirə bilməyəcəklər. [410-411]Dünyada hökm sürən beynəlxalq hüquq normaları bir ölkə tərəfindən digər ölkənin ərazisini zəbt etməyəimkan verməyib və verməyəcəkdir. Mən əminəm ki, Azərbaycan Respublikasının işğal olunmuş torpaqları azadediləcək. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Azərbaycan Respublikasının pozulmuş sərhədləri bərpaediləcəkdir. Ancaq biz buna artıq müharibə yolu ilə nail olmaq istəmirik. Biz sülh istəyirik. Biz hər birtəcavüzün, hər bir separatizmin, hər cür güc işlədilməsinin əleyhinəyik. Bu prinsipləri əsas tutaraq biz 1994-cüilin may ayında Ermənistanla Azərbaycan arasında atəşin dayandırılması haqqında saziş imzalamışıq və 21aydır ki, atəşkəs rejiminə sadiq qalırıq. Mən bu gün bəyan edirəm ki, biz Ermənistanla Azərbaycan arasındamüharibəyə son qoyulması üçün, böyük sülhün yaranması üçün atəşkəs rejiminə bundan sonra da riayətedəcəyik və bizim tərəfimizdən hərbi əməliyyatlar baş verməyəcəkdir.Eyni zamanda Ermənistan tərəfi də bilməlidir ki, bu müharibə onlar üçün heç vaxt istənilən nəticəniverməyəcəkdir və bir daha qeyd edirəm, heç vaxt biz öz ərazimizi başqa ölkəyə verməyəcəyik. Ona görə də sülhdanışıqları aparılmalıdır və bu münaqişə sülh yolu ilə aradan qaldırılmalıdır. Biz bu sahədə çox ciddi fəaliyyətgöstəririk. ATƏT-in Minsk qrupu və xüsusən onun tərkibindəki ölkələr vasitəçilik edirlər. Biz Ermənistanla dabirbaşa danışıqlar aparırıq və böyük sülhün əldə olunması üçün öz tərəfimizdən əlimizdən gələni edirik. Bununüçün bizim sadə şərtlərimiz var: Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, işğal olunmuş ərazilərdənsilahlı qüvvələr çıxmalıdır, yerindən-yurdundan didərgin düşmüş azərbaycanlılar öz evlərinə, obalarınaqayıtmalıdırlar. Azərbaycanın sərhədləri bərpa olunmalıdır. Belə olan halda biz Dağlıq Qarabağda yaşayanermənilərin – Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına və Dağlıq Qarabağa yüksək statusverilməsinə zəmanət veririk.Biz bu şərtlərlə danışıqlar aparırıq və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu şərtlər əsasında böyükdövlətlərin, ATƏT-in, ATƏT-in Minsk qrupunun köməyi ilə xüsusən Rusiya kimi böyük dövlətin, AmerikaBirləşmiş Ştatları kimi böyük dövlətin və başqa böyük dövlətlərin köməyilə bu məsələnin sülh yolu ilə həlledilməsinə nail olacağıq.Biz Azərbaycanda bilirik ki, buna bənzər problemlər Gürcüstanda da mövcuddur. Gürcüstanın da ərazibütövlüyü pozu[411-412]lubdur. Gürcüstanda da hərbi münaqişə var və separatçı qüvvələr ölkə ərazisinin birqismini Gürcüstandan ayırmaq istəyirlər. Biz bu cür hərəkətləri, meylləri, cəhdləri daim pisləmişik və pisləyirik.Qeyd etdiyim kimi, biz separatizmin əleyhinəyik və bu gün də separatizmin əleyhinə çıxırıq. Terrorizminəleyhinəyik və bu gün də terrorizmin əleyhinə çıxırıq. Mən ümidvar olduğumu bildirmək istəyirəm ki,Gürcüstan dövlətinin və gürcü xalqının sülhsevər siyasəti və onun öz ərazi bütövlüyünün bərpa edilməsi üçünapardığı siyasət, göstərdiyi cəhdlər nəticə verəcək və biz vahid, bütöv Gürcüstanın bu bəlalardan xilas olmasınıtəbrik edəcəyik, alqışlayacağıq.Bu il yanvarın 19-da Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Moskvadakı görüşündə GürcüstanınAbxaziya ilə əlaqədar məsələsi müzakirə edilərkən, Gürcüstan prezidenti hörmətli cənab Şevardnadzenin təklifimüzakirə olunarkən Azərbaycan, onun prezidenti – mən Heydər Əliyev birinci olaraq Gürcüstanın mövqeyini vətəkliflərini müdafiə etdim və Gürcüstanın təkliflərinin həyata keçirilməsi üçün səy göstərdim. Bu, tamamilətəbiidir, çünki Azərbaycanın da öz ərazi bütövlüyü uğrunda apardığı mübarizə, Gürcüstanın da öz ərazibütövlüyü uğrunda apardığı mübarizə ədalətli işdir, ədalətli mübarizədir, haqq işidir və haqq işinə, ədalət işinəbiz, Azərbaycan xalqı həmişə tərəfdar olmuşuq və bundan sonra da tərəfdar olacağıq.Əziz dostlar, gördüyünüz kimi, dörd ildir ki, müstəqilik şəraitində yaşayırıq, amma nə qədər ağırproblemlərlə rastlaşmışıq. Problemlər də bir-birinə bənzərdir, bir-birinə oxşayır, yəni dərdimiz birdir, ağırdərddir, çətin dərddir. Amma mən inanıram ki, biz bu dərdlərdən xilas olacağıq. İnanıram ki, gürcü xalqı da,Azərbaycan xalqı da xoşbəxt gələcəyə çıxacaqdır. İnanıram ki, müstəqil Gürcüstan və müstəqil AzərbaycanRespublikası müstəqil dövlət kimi yaşayacaqlar və xoşbəxt gələcəyə nail olacaqlar.Bunun üçün biz çalışırıq ki, Gürcüstan ilə Azərbaycan arasında olan dostluq əlaqələrini daha damöhkəmləndirək, daha da inkişaf etdirək. Məhz buna görə mən dostum cənab Şevardnadzenin dəvətini qəbul207

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!