11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TÜRKİYƏ PREZİDENTİSÜLEYMAN DƏMİRƏL İLƏAZƏRBAYCAN İCTİMAİYYƏTİNÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜNDƏ NİTQRespublika Sarayı8 dekabr 1995-ci ilTürkiyə Cümhuriyyətinin prezidenti hörmətliSüleyman Dəmirəl!Möhtərəm qonaqlar, xanımlar və cənablar!Azərbaycan ictimaiyyətinin nümayəndələri bu gün buraya, Respublika sarayına əziz dostumuz,qardaşımız, əziz qonağımız – Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl ilə görüşməyə gəliblər.Sizi Ürəkdən salamlayıram, bütün işlərinizdə sizə uğurlar diləyirəm!Əziz dostumuz, qardaşımız, Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl iki gündür ki,Azərbaycanda rəsmi səfərdədir. Bu müddətdə çox iş görülübdür: çoxlu görüşlər keçirilib, danışıqlar aparılıb,sənədlər imzalanıb. Yaxşı nəticələr əldə olunubdur. Demək olar ki, bu günlər Türkiyə – Azərbaycan dostluğu vəqardaşlığı yeni bir yüksək zirvəyə qalxıbdır. Bunun da böyük əsası, kökləri vardır. Bizim xalqlarımız eyniköklərə, eyni mənşəyə mənsub olan xalqlardır. Tarixi keçmişimiz bizi bir-birimizə sıx bağlayıb. Azadlıq,yaşamaq uğrunda əsrlər boyu apardığımız birgə mübarizəmiz bizi bir-birimizə bağlayıbdır. Biz eyni dilə, eynidinə mənsubuq. Adətlərimiz, ənənələrimiz eynidir, yaxud bir-birinə bənzərdir. Ulu babalarımız daim dost,qardaş, bir-biri ilə sıx əlaqədə olub və bu dostluğu, qardaşlığı bizə vəsiyyət ediblər. Bu vəsiyyətə sadiq qalaraqbiz bu gün Türkiyə ilə Azərbaycan arasında, xalqlarımız arasında olan dostluq və qardaşlıq əlaqələrini dahayüksək zirvələrə qaldırırıq. Bu, bizim ümumi nailiyyətimizdir, xoşbəxtliyimizdir.Anadolu Türkiyəsinin böyük, möhtəşəm, çoxəsrlik tarixi var. XX əsrdə Türkiyədə gedən proseslər vəonun müsbət nəticələri Türkiyə Cümhuriyyətinin yaranmasına gətirib çıxarıbdır. Böyük Mustafa KamalAtatürkün öz xalqının, ölkə[168-169]sinin qarşısında xidmətləri nəticəsində, onun silahdaşlarının xidmətlərinəticəsində 70 il bundan öncə Anadolu Türkiyəsində Türkiyə Cümhuriyyəti yaranıbdır.Türkiyə Cümhuriyyəti möhtəşəm tarixi bir yol keçibdir və bugünkü Türkiyəni yüksəklərə qaldırıbdır.Böyük Mustafa Kamal Atatürkün yolu ilə gedən, onun vəsiyyətlərinə sadiq olan silahdaşları və yetirmələri,ondan sonra gələn nəsillər Türkiyəni günbəgün, aybaay, ilbəil möhkəmləndiriblər, yüksəklərə qaldırıblar.Türkiyə bu gün dünya birliyində özünəməxsus yüksək yerini tutubdur və türk dünyasının, türk xalqının nəyəqadir olduğunu dünya birliyinə açıq-aşkar nümayiş etdirir. Bu nailiyyətlər bizi sevindirir və bizdə böyük iftixarhissi yaradır.Türkiyə böyük bir dövlətdir, böyük iqtisadi potensiala malikdir. Öz torpaqlarını qoruyub saxlamağaqadirdir. Türkiyə dünya demokratiyasından bəhrələnərək 50 ildən artıq bir dövrdə demokratiya yolu ilə azadlıqyolu, sərbəstlik yolu ilə gedir, dünya demokratiyasında özünəməxsus görkəmli yer tutubdur.Türkiyənin iqtisadiyyatında son illərdə, onilliklərdə baş vermiş böyük dəyişikliklər, sıçrayış, böyükinkişaf türk xalqının nəyə qadir olduğunu göstərir, eyni zamanda Türkiyəni idarə edən qüvvələrin nə qədərmütərəqqi, uzaqgörən olduğunu nümayiş etdirir. Biz daim Türkiyəyə böyük məhəbbət hissi ilə, sevgi hissi iləbaxmışıq. Türkiyənin əldə etdiyi nailiyyətlərə həmişə sevinmişik. Bir-birimizdən aralı düşdüyümüz vaxtlardauzaqdan-uzağa hissiyyatımızı, sevgimizi, məhəbbətimizi bildirmişik, sevmişik. İndi isə artıq buhissiyyatlarımızı bildirmək üçün gözəl imkanlar yaranıb.Türkiyə tarixində böyük şəxsiyyətlər Türkiyənin inkişafını təmin ediblər. Türkiyə Cümhuriyyətinintarixində, onun bugünkü nailiyyətlərinin əldə edilməsində, Türkiyədə demokratiyanın bərqərar olunmasında,türk xalqının bu gün rifah içində yaşamasında bizim dostumuz, qardaşımız, hörmətli prezident SüleymanDəmirəlin xüsusi rolu, fəaliyyəti var. Süleyman Dəmirəl bütün dünyada məşhur bir şəxsiyyətdir. O, öz əmək,yaradıcılıq fəaliyyəti ilə, siyasi fəaliyyəti ilə Türkiyənin tarixində, bütün dünya siyasətinin tarixində görkəmlibir yer tutubdur.35 ildən artıqdır ki, hörmətli dostumuz Süleyman Dəmirəl Türkiyə Cümhuriyyətinin siyasi proseslərininfəal iştirakçısıdır və aparıcı şəxsiyyətlərindən biridir. Türkiyənin bugünkü duruma gəlib çatmasında, bugünkünailiyyətlərinin əldə olunma[169-170]sında son onilliklərdə mərhum Turqut Özalın və bizim əziz dostumuz vəqardaşımız, Türkiyə prezidenti Süleyman Dəmirəlin xüsusi rolu var. Hörmətli dostumuz Süleyman DəmirəliAzərbaycanda yaxşı tanıyırlar. Dünyada da yaxşı tanıyırlar. Ancaq mən Azərbaycan haqqında demək istəyirəm.Hörmətli Süleyman Dəmirəl ilk dəfə Türkiyənin Baş naziri seçiləndən sonra ilk xarici səfərlərindənbirini Sovet İttifaqına etmişdir. Sovet İttifaqını ziyarət edərkən Azərbaycana gəlmişdir. Bu, 1967-ci ildəolmuşdur. Yəni ilk dəfə baş nazir olarkən o, Azərbaycana maraq göstərmiş, Azərbaycana gəlmək istəmiş və87

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!