11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

YENİ İL MÜNASİBƏTİLƏBAKI ŞƏHƏRİNDƏKİ UŞAQ EVLƏRİNDƏVƏ İNTERNAT MƏKTƏBLƏRDƏ TƏRBİYƏALAN UŞAQLARLA GÖRÜŞDƏ ÇIXIŞŞəhriyar adına Mədəniyyət Mərkəzi31 dekabr 1995-ci ilƏziz balalar! Sizin hamınızı üzümüzə gələn Yeni il, 1996-cı il münasibətilə təbrik edir, sizəcansağlığı arzulayıram. Bu gün sizi belə gözəl əhval-ruhiyyədə görəndə, gözəl özfəaliyyət yaradıcılığımızıgörəndə, əl işlərinizi, çəkdiyiniz şəkilləri görəndə, düzəltdiyiniz oyuncaqları görəndə həddindən artıq sevindim.Bizim balalarımız istedadlıdırlar, çox böyük həvəslə yaşayırlar. Bu, bizim fəxrimizdir. Sizi bu gün belə mühitdə,bu gözəl şəraitdə görəndə, bir el sözü var, – ürəyim dağa dönür. Məni nə qədər sevindirdiniz. Bu günlərdə bəlkədə məni ən çox. sevindirən hal sizinlə görüşməyimdir.Ümumiyyətlə, uşaqları görəndə hər bir yaşlı insan, yaxud ata-ana, valideyn sevinir. Çünki uşaqlar bizimsevincimizdir, həyatımızın mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Uşaqlar həyatımızı şənləndirən, bəzəyən,gözəlləşdirən doğma övladlarımızdır. Hər bir insan üçün dünyada uşaqlardan istəkli heç bir şey ola bilməz. Məndə həyatımda daim uşaqları sevmişəm, öz balalarımı da sevirəm. Amma sizin hamınız mənim balamsınız. Siziöz balam kimi sevirəm və sizi öz balam hesab edirəm.Siz burada dəfələrlə mənə müraciət edərək "Heydər baba" dediniz. Mən bununla fəxr edirəm. Mənim,deməli, Azərbaycan dövlətinin bu qədər gözəl övladları var və onlar üç yaşında, dörd, beş, altı yaşında beləistedada malikdirlər. O şerləri ki, siz deyirsiniz, gənclərin də çoxu deyə bilməz. Siz ki, belə gözəl rəqs edirsiniz,bunu çoxları edə bilməz. O mahnıları ki, siz oxuyursunuz, onları çoxları oxuya bilməz. Bu, sizin nə qədəristedadlı olduğunuzu göstərir və hər birinizin uşaq vaxtından özünüzü ifadə etmək iradənizi göstərir. Sizözünüzü ifadə edirsiniz, bu, çox sevindirici haldır. Mən bununla fəxr edirəm, sevinirəm və hamınızı bağrımabasıram, öpürəm. Hər biriniz mənim üçün əzizsiniz, doğmasınız. Bu uşaqlıq dövrünüzdə hər birinizə şən,sağlam, firavan həyat arzulayıram. Ça[240-241]lışacağam əlimdən gələni edim ki, sizin həyatınız daim şən,xoşbəxt, firavan olsun.Mən bu gün sizin tərbiyəçilərinizi, müəllimlərinizi, sizinlə məşğul olan, tərbiyə ocaqlarında fəaliyyətgöstərən vətəndaşlarımızı təbrik edirəm. Görürəm ki, buradakı tərbiyəçilərin əksəriyyəti qadınlardır – cavan,gənc qadınlardır. Qadın uşağın dilini yaxşı bilir, bizdən də yaxşı bilir. Ona görə sizin müəllimlərinizi,tərbiyəçilərinizi, sizin tərbiyənizlə, təhsilinizlə, öz-fəaliyyət yaradıcılığınızı meydana çıxarmaqla məşğulolanların hamısını Yeni il münasibətilə təbrik edir və bu xeyirxah işlərinə görə, uşaqlara ürəkdən, candan qayğıgöstərdiklərinə görə, uşaqların daxilindəki istedadı üzə çıxarmaq üçün göstərdikləri səylərə görə onlara təşəkküredirəm. Çox sağ olun!Bu gün sizə baxaraq on, on beş, iyirmi il sonrakı Azərbaycanı görürəm. Bizim nə qədər gözəlgələcəyimiz var, Azərbaycanın necə parlaq gələcəyi var, bizi nə qədər gözəl günlər gözləyir! ÇünkiAzərbaycanın gələcəyini təşkil edən sizin kimi istedadlı balalarımız var. Bu istedadlı balalar Azərbaycanınparlaq gələcəyini təmin edəcəklər. Sizi bir daha təbrik edirəm. Balalarım! Sizi də, müəllimlərinizi,tərbiyəçilərinizi, valideynlərinizi, qohum-əqrəbanızı da təbrik edirəm. Bu işlərə rəhbərlik edən müvafiqtəşkilatların başçılarını da təbrik edirəm. Bilirəm ki, Bakı şəhər icra hakimiyyəti bu işdə xüsusi təşəbbüsgöstərib, onları da təbrik edirəm. Bu işə qatılmış adamları və balalarımızın bu gün şən əhval-ruhiyyə ilə Yeni iliqarşılamalarını təşkil edənlərin hamısını təbrik edir, öz təşəkkürümü bildirirəm. Sağ olun, sizin hər biriniziöpürəm, bağrıma basıram, Yeni il münasibətilə hamınıza xoş arzularımı bildirirəm.Mən sizə Yeni il hədiyyələri gətirmişəm. Bunları indi sizə paylayacaqlar. Sağ olun. [241-142]123

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!