11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

RESPUBLİKA AİLƏ-SAĞLAMLIQMƏRKƏZİNİN AÇILIŞINDA ÇIXIŞ29 dekabr 1995-ci ilHörmətli xanımlar, cənablar!Hörmətli səhiyyə işçiləri!Bu gün burada Azərbaycan Respublikasının yeni bir səhiyyə ocağının açılışı çox təqdirəlayiq bir haldır.Azərbaycanda səhiyyənin inkişaf etdirilməsi üçün əvvəllər çox işlər görmüşük. Yaradılan böyük səhiyyəmərkəzləri, xəstəxanalar, müalicə ocaqları, tibb mərkəzləri bu gün də xalqımıza xidmət edir. Bunlar xalqımıza,vətəndaşlarımıza tibbi xidmət göstərmək üçün əsas obyektlərdir.Keçmiş zamanda səhiyyənin, onun maddi-texniki bazasının inkişafı, səhiyyə ocaqlarının ilbəil müasiravadanlıqla təchiz olunması, bu sahədə çalışanların maddi ehtiyaclarının ödənilməsi üçün imkanlar çox idi.Doğrudur, biz o dövrdə də əldə etdiyimiz nailiyyətlərdən tam razı deyildik. Hesab edirdik ki, bu səviyyə gününtələblərinə və dünya standartlarına tam cavab vermir. Nəinki Azərbaycanda, bütün Sovetlər İttifaqında mövcudolan vəziyyət belə idi.Mən Moskvada Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini olarkən Sovetlər İttifaqımiqyasında bilavasitə səhiyyəyə rəhbərlik edirdim. Ona görə də nəinki Azərbaycanın, o cümlədən bütünSovetlər İttifaqının səhiyyəsi ilə həm məşğul olurdum, həm də bu sahənin problemlərini çox yaxından bilirdim.O illər – 1983-85-ci illər, 1990-cı illərə qədər – o vaxt ölkəmizdə, o cümlədən Azərbaycanda səhiyyəindiki dövrə nisbətən nə qədər yüksək səviyyədə olsa da, bu səviyyə də əhalinin tibb yardımı ilə təmin olunmasıüçün yetərli deyildi. Ona görə də biz bu sahəni daim inkişaf etdirməyə çalışırdıq və çoxlu tədbirlər görülürdü. Oillərdə səhiyyə bir sosial sahə kimi dövlətin əsas diqqət yetirdiyi sahə idi. Bu sahəyə xeyli vəsait ayrılırdı və bizçalışırdıq ki, xaricdən daha çox avadanlıq alıb gətirək və səhiyyəni inkişaf etdirək. Bu sözlər Azərbaycana daaiddir və respublikamız da bu tədbirlərin nəticəsindən bəhrələnirdi. İndi Azərbaycanda olan bu maddi-texnikiimkanlar, bu [219-220] potensial, o cümlədən kadrlar, elmi potensial və sair – hamısı o illərdə görülmüş işlərinəsasında yaranmışdır. Təəssüflər olsun ki, ondan sonrakı dövrdə respublikamızda baş vermiş dəyişikliklər,mövcud sosial-iqtisadi böhran nəticəsində səhiyyəyə keçmişdə olduğu kimi vəsait ayırmaq, səhiyyənintələblərini istənilən qədər yerinə yetirmək mümkün olmur. Bu, həqiqətdir, siz bunu bilirsiniz, hamımız dabilirik. Biz bunu etiraf etməliyik.Ancaq buna baxmayaraq, Azərbaycanda səhiyyə işçilərinin fəaliyyəti nəticəsində əlimizdə olan madditexnikibazadan, yaranmış kadr ehtiyatından istifadə edərək vətəndaşlara, respublikanın əhalisinə tibbi yardımgöstərilir. Doğrudur, günün tələblərinə, müasir tələblərə görə, şübhəsiz ki, bu işin nəticələrindən biz razı olabilmərik. Ancaq qeyd etməliyik ki, imkanlarımız nəyə şərait yaradırsa onun çərçivəsində fəaliyyətigenişləndirmək lazımdır.Bu gün burada ailə sağlamlıq mərkəzinin yaranması, qeyd etdiyim kimi, təqdirəlayiq haldır. Çünki indibizim maddi və maliyyə imkanlarımız çox məhduddur. Belə bir şəraitdə hər bir sahədə, o cümlədən səhiyyəsahəsində təşəbbüskarlıq çox böyük əhəmiyyət kəsb edir. Mövcud imkanlardan daha səmərəli istifadə etməkçox əhəmiyyətlidir. Bu tibb mərkəzinin açılması məhz onu göstərir ki, Səhiyyə Nazirliyi təşəbbüskar işləyir vəsəhiyyə işçiləri öz üzərlərinə düşən vəzifələri yerinə yetirə bilirlər. Şübhəsiz ki, bu, mühüm addımdır, həttaindiki vəziyyətimizdə də belə addımları çox atmaq olar. Ona görə də mən bu hadisə, yəni Azərbaycanda yenisəhiyyə mərkəzinin yaradılması və istifadəyə verilməsi münasibətilə sizi təbrik edirəm. Eyni zamanda ümidvarolduğumu bildirmək istəyirəm ki, bu təşəbbüs, təcrübə geniş yayılacaq və səhiyyə naziri Əli İnsanovun buradaqeyd etdiyi kimi, siz bir çox başqa imkanlardan da istifadə edib, belə yeni tibb müəssisələri yaradacaqsınız.Bu tibb müəssisəsinin, səhiyyə ocağının respublikamız üçün çox əhəmiyyətli olduğu məlumdur. Bu günburada verilən məlumatlar bu haqda tam təsəvvür yaradır. Ailənin inkişafı, sağlamlığı üçün yeni tədbirlərgörülməlidir.Azərbaycanda belə bir ailə-sağlamlıq mərkəzinin yaradılması zərurətdən doğan çox əhəmiyyətli birhaldır.Mən arzu edərdim ki, bu böyük binadan, bu yaraşıqlı və yaxşı təmir olunmuş binadan, buradakıavadanlıqdan bacarıq[220-221]la və məqsədyönlü istifadə edilsin, səmərəli istifadə edilsin. Bu güngördüyünüzdən günbəgün daha da yaxşı olsun, gözəl olsun. Arzu edərdim ki, bu mərkəz həqiqətənAzərbaycanda ailənin sağlamlığına xidmət etsin və biz bu xidmətin nəticələrini görək. Bu problemlər bizimsosial problemlərimizdir. Yəni ailənin sağlamlığı problemi ümumiyyətlə, cəmiyyət üçün, insan cəmiyyəti üçün,o cümlədən Azərbaycan üçün çox mühüm problemdir. Müasir dövrün insanların sağlamlığı üçün yaratdığı bəzizərərli meyllərin qarşısının alınmasından ötrü və bizim respublikada həm bugünkü nəslin, həm də gələcək nəslinsağlam, yüksək fiziki və zehni qabiliyyətə malik insanlar kimi yetişməsindən ötrü belə bir mərkəz çox lazımdır.112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!