11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Rusiya nəzarətdə saxlayır. Siz bu fikirlərin hansına üstünlük verirsiniz?Cavab: Bilirsiniz, ümumiyyətlə, bu tədqiqatçılar, iqtisadçılar, jurnalistlər ayrı-ayrı mülahizələr ortaya atırlarvə bu mülahizələr də sonra bəzən çox böyük vətəndaşlıq hüququ alır, bunun ətrafında cürbəcür söhbətlər,müzakirələr getməyə başlayır. Belə mülahizələr ətrafında fikir mübadiləsi aparmaq istəməzdim. Şübhəsiz ki, hərbir iqtisadi addımın nəyəsə xeyri var, bu nə iləsə əlaqədardır və hansı məsələlərləsə bağlıdır. Qısaca olaraq məno cavabı verə bilərəm ki, iki neft kəmərinin eyni zamanda çəkilməsini biz düşünülmüş surətdə etmişik. Birincisi,bu, iqtisadi prinsiplərə, əsaslara uyğundur. İkincisi, bəzi siyasi məsələləri də həll edir.Sual: Sizcə, əsas neft kəməri haradan keçəcəkdir? Başqa sözlə desək, bir neçə ildən sonra qərar qəbuledilməli olan bu kəmərin haradan keçəcəyi barədə bir fikir varmı?Cavab: Bir neçə fikir var. Hətta beynəlxalq iqtisadi dairələr özlərinin bu barədə layihələrini dəhazırlayıblar. Bu layihələrin həm üstünlüyü, həm də çatışmazlığı var. Biz bu məsələni ölçüb-biçəcəyik və bütünprinsipləri nəzərə alaraq qərar qəbul edəcəyik. Hələ vaxtımız var, düşünməliyik. Yaşayarıq, görərik.Sual: İlkin neftin ixracı ilə əlaqədar Türkiyənin irəli sürdüyü bir iddia var. Türkiyə bəyan edir ki,əgər Qara dənizdən çoxlu neft ixrac olunarsa, o zaman ekoloji problemlərlə əlaqədar Bosfor boğazındatəhlükə yarana bilər. Bu fikirlərə siz necə baxırsınız?Cavab: Əgər Türkiyə bunu deyirsə, demək Türkiyə doğru deyir. Bu boğazın hakimi onlardır. Mən onlarınfikri ilə razıyam.Sual: Əvvəllər biz deyirdik ki, Azərbaycanın zəngin potensialı, sərvətləri vardır. Sizcə, bu zənginsərvətlərdən istifadə etməklə Azərbaycan nə vaxt zənginləşə bilər? Beş iləmi, on iləmi, on beş iləmi, yoxsabu proses uzun çəkər?Cavab: Bilirsiniz, bir var istək, arzu, bir də var ki, imkanlar. Mən istəyirəm ki, gələn ildən Azərbaycanzəngin olsun. Ancaq bu məsələyə real yanaşsaq, bizə bir neçə il la[75-76]zımdır ki, bu iqtisadi islahatları,özəlləşdirməni həyata keçirək və xarici investisiyaların Azərbaycana gəlməsini gücləndirək. Bunlar hamısıAzərbaycanın iqtisadiyyatını qaldıracaq, bu da özü-özlüyündə insanların yaşayış tərzini yaxşılaşdıracaq,Azərbaycanı iqtisadi cəhətdən zənginləşdirəcəkdir.Enerji sektorunda isə bizim bu müqavilənin konkret proqramı, yəni qrafiki var. Məsələn, ilkin neft 1996-cıilin sonunda alınmalıdır. Ancaq ilkin neftin beş milyon ton həcminə çatması üçün iki il də lazım olacaqdır. Bizböyük nefti təxminən 2000-ci ildən sonra geniş miqyasda alacağıq. Böyük neftin ixracı üçün gərək böyük neftkəməri tikilsin. Bunların həyata keçirilməsi prosesində də Azərbaycanda iqtisadi vəziyyət tədricənyaxşılaşacaqdır. Ancaq real nəticə alınandan sonra, şübhəsiz ki, Azərbaycanın siz dediyiniz o zənginlikmərhələsi olacaqdır. Mən hesab edirəm ki, biz Azərbaycanın zənginliyini nəzərdə tutduğumuzdan da əvvəlgörəcəyik.Müxbir: Hörmətli prezident, vaxtınızı çox aldım. Təşəkkür edirəm. [76-77]Söhbəti Daniel Litvin aparmışdır.41

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!