11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

olmasaydı və o ağır şəraitdə neft çıxarıb cəbhənin ehtiyacları üçün göndərməyə imkan olmasaydı, onda İkincidünya müharibəsində faşizm üzərində qələbəni təmin etmək güman ki, mümkün olmazdı. Qələbənin 50 illiyiniisə bütün bəşəriyyət, o cümlədən sizli-bizli hamımız qeyd etdik. Yadımdadır, bu şənliklər Parisdə də, Londondada, Moskvada da keçirildi və bu şənliklərdə iştirak etmək şərəfi nəsib oldu.Birləşmiş Millətlər Təşkilatının yaradılmasına da, əslinə qalsa, məhz bu qələbə gətirib çıxarmışdır. Buyaxınlarda biz onun 50 illiyini qeyd etdik və mənə də müstəqil Azərbaycan Respublikasının prezidenti kimiBirləşmiş Millətlər Təşkilatının tribunasından çıxış etmək şərəfi nəsib oldu. Mən bilən, Ümumdünya Bankı damüəyyən dərəcədə Birləşmiş Millətlər Təşkilatının himayəsi altındadır.Azərbaycan tarixi barədə qısaca olaraq bu qədər. Lakin ona qayıdım ki, biz Sovet İttifaqının tərkibindəolarkən bütün zəngin təbii ehtiyatlarımızdan o vaxtlar böyük ölkə olmuş bu dövlətin rifahı naminə istifadəedilirdi. Təbii ki, bu, Azərbaycanın özünün də inkişaf etməsinə imkan verirdi. Biz şikayətlənə bilmərik. Birdaha deyirəm, məhz həmin dövrdə bizdə iri sənaye potensialı yaranmış, kənd təsərrüfatı geniş inkişaf etmiş,xalq savadlı, təhsilli olmuşdur. İndi bizim yüksək ixtisaslı kadrlarımız, mütəxəssislərimiz, alimlərimiz, zənginmədəniyyətimiz var.Amma buna baxmayaraq, o vaxtlar biz dövlət müstəqilliyinə malik deyildik. Bu isə bizə bütün özimkanla[120-121]rımızdan bəhrələnməyə, nəyisə istədiyimiz kimi etməyə imkan vermirdi.İndi, biz dövlət müstəqilliyi əldə etdiyimiz, öz taleyimizin sahibi olduğumuz bir dövrdə öz problemlərimiziözümüz həll edirik. Təbii ki, biz dünyanın bütün ölkələri ilə qarşılıqlı əlaqələr saxlayırıq, müxtəlif bölgələrdəbaş verən müxtəlif prosesləri nəzərə alırıq. Lakin dövlət müstəqilliyinin əldə olunması ilə əlaqədar yaranmışçətinliklərə baxmayaraq, öz məsələlərimizi, öz problemlərimizi özümüzün həll etməyimizə imkan verən dövlətmüstəqilliyi bizim üçün tarixi hadisə, böyük nailiyyətdir. Biz bunu qiymətləndiririk. Axı bu, müstəqilAzərbaycanın prezidenti kimi mənə burada olmağa və Parisdə Ümumdünya Bankı tərəfindən təşkil olunmuşkonfransda çıxış etməyə imkan verir.İqtisadi baxımdan keçmiş Sovet İttifaqının bütün ölkələri və Şərqi Avropa ölkələri kimi biz də indi keçiddövründəyik. Axı uzun müddət ərzində, on illər boyu biz sosialist iqtisadiyyatı, kommunist ideologiyası,kommunist rejimi çərçivəsində yaşamış və mövcud olmuşuq, dünya iqtisadiyyatından ayrı düşmüşük, başqaqanunlarla yaşayır və iqtisadiyyatı tamam başqa bir prinsiplər əsasında qururduq.İndi biz bundan uzaqlaşmışıq, özü də birdəfəlik və həmişəlik, biz bir daha hər hansı ittifaqın – Sovetİttifaqının və ya digər bir ittifaqın tərkibində olmaq istəmirik. Biz öz dövlət müstəqilliyimizi çox yüksəkqiymətləndirir və bunu dönməz hal sayırıq. Lakin bu keçid dövrü, təbii olaraq, böyük çətinliklərə bağlıdır.Çünki biz bir iqtisadi, sosial sistemdən digər iqtisadi, sosial sistemə keçirik.Buna görə də biz gərək milli dövlət quruculuğu sahəsində də, ictimai-siyasi həyat sahəsində də, iqtisadiyyatsahəsində də öz strateji xəttimizi dəqiq və aydın müəyyənləşdirək. Bizim xəttimiz isə bundan ibarətdir ki, bizAzərbaycanda hüquqi demokratik dövlət qururuq, demokratik vətəndaş cəmiyyəti yaradırıq. Biz öziqtisadiyyatımızı bazar iqtisadiyyatı yolu ilə aparır, iqtisadi bazar islahatlarını ardıcıl surətdə həyata keçiririk,yəni milli dövlət quruculuğunda da, ictimai həyatda da, iqtisadiyyatda da dünya iqtisadiyyatı ilə, dünya sistemi,dünya birliyi ilə qovuşuruq, onu nəzərdə tuturuq ki, digər dünyanın yaşadığı bütün həmin sistem sabah həm dəbizim sistem olacaq, bizim də öz problemlərimiz olacaqdır. Bu sistem çox sınaqlardan keçmiş və öz yaşamaqqabiliyyətini doğrult[121-122]muşdur, müvəffəqiyyətlə fəaliyyət göstərir, insan üçün lazımi firavanlıq yaradır.Təkrar edirəm, indi biz azad ölkəyik, demokratik ölkəyik, hüquqi dövlətik, bu yol ilə gedirik. Bu isə insanüçün bütün azadlıqların – siyasi, ictimai, iqtisadi azadlıqların yaradılmasını, özəl sahibkarlıq, şəxsitəşəbbüskarlıq üçün, başqa ölkələrlə, əlbəttə, müxtəlif şirkətlərlə azad iqtisadi əlaqələr yaradılmasını, xariciiqtisadi əlaqələrimizi və xarici ticarəti sərbəstləşdirməyi, iqtisadiyyat sahəsində, qiymətlər sahəsindəsərbəstləşmənin həyata keçirilməsini qarşıya bir şərt kimi qoyur. Yəni biz qalan bütün dünyanın yaşadığısistemə tədricən yaxınlaşırıq. Lakin biz keçid dövrü mərhələsindəyik. Bir sosial-iqtisadi sistemin dəyişdiribbaşqa sosial-iqtisadi sistemlə əvəz edilməsi, təbii olaraq, çətinliklərlə, nöqsanlarla, itkilərlə bağlıdır və çoxluvaxt tələb edir.Lakin bir şey aydındır. Mən də istəyirəm ki, siz bunu biləsiniz: biz açıq ölkəyik. Biz iqtisadi islahatlaraparılması yolu ilə gedirik. Biz azad sahibkarlıq üçün, respublikamızın hər bir vətəndaşının bütün özimkanlarından istifadə etməsi, öz mülkiyyətinə malik olması və Azərbaycanın hüdudlarından kənarda olanfirmalarla, şirkətlərlə, şəxslərlə öz iqtisadi əlaqələrini yaratmaq imkanı olması üçün hər cür şərait yaradırıq.Bütün bunlar bizi belə bir fikrə gətirir ki, biz güclü maliyyə yardımına malik olmalıyıq, biz xarici sərmayələrdənistifadə etməliyik.Xoşbəxtlikdən, biz artıq bu cür maliyyə yardımı almağa başlamışıq. Ümumdünya Bankı ilə aramızda yaxşımünasibətlər yaranmışdı. Nəhayət, Ümumdünya Bankı hiss etmişdir ki, Azərbaycan elə bir ölkə, elə bir ortaqdırki, onunla əməkdaşlıq etmək olar. Buna görə də bizə kreditlər ayırır, doğrudur, hələlik ehtiyatla olsa da, az-azolsa da hər halda ayırır. Belə düşünürük ki, bundan sonra da ayıracaqdır. Beləliklə, bunun sayəsində biz özvəziyyətimizi müəyyən dərəcədə yüngülləşdiririk və ümidvaram ki, iqtisadi islahatlarımızı daha uğurla həyatakeçirəcəyik.63

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!