11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

ÜMUMDÜNYA BANKININTƏŞKİL ETDİYİ "AZƏRBAYCAN ÜÇÜNİNVESTİSİYALAR" BEYNƏLXALQKONFRANSININ AÇILIŞ MƏRASİMİNDƏÇIXIŞParis5 dekabr 1995-ci ilHörmətli xanımlar və cənablar!Ən əvvəl bundan çox məmnun qaldığımı bildirmək istəyirəm ki, mənə Parisdə Ümumdünya Bankınıniqamətgahına gəlmək, sizin aranızda olmaq, sizinlə ünsiyyətdə olmaq və qarşınızda çıxış etmək imkanıverilmişdir. Mən bugünkü xüsusi görüşün, Ümumdünya Bankı çərçivəsində Azərbaycan Respublikasına həsrolunmuş konfransın açılışı münasibətilə sizin hamınızı səmimi salamlamaq istəyirəm. Ümumdünya BankınınAzərbaycan Respublikasına göstərdiyi çox böyük diqqətə görə, ölkəmizin qarşısında duran mürəkkəb, çətiniqtisadi, maliyyə problemlərinin və digər problemlərin həllində köməyinə görə ona təşəkkür etmək istəyirəm.Bu gün Azərbaycan Respublikası razı qala bilər ki, onunla, yəni gənc müstəqil dövlətlə Ümumdünya Bankıadını daşıyan belə iri bank arasında kifayət qədər sıx qarşılıqlı münasibətlər yaranmışdır. Bizmünasibətlərimizin, əlaqələrimizin və bilavasitə əməkdaşlığımızın qısa müddəti ərzində konkret əməli nəticələrolduğunu, bu əməkdaşlıqdan konkret fayda olduğunu hiss edirik.Təbiidir ki, bütün bunlar bizim üçün yalnız başlanğıcdır. Lakin biz belə əlverişli başlanğıcdan razıyıq vəÜmumdünya Bankı ilə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə və dərinləşəcəyinə ümid bəsləyirik. Bizdünya maliyyə sisteminə, dünya inteqrasiyasına, dünya iqtisadiyyatına qoşulmağın ən mühüm vasitəsini,aparmağa başladığımız iqtisadi islahatların müvəffəqiyyətlə həyata keçirilməsi üçün vasitəni məhz ÜmumdünyaBankı ilə əməkdaşlığı daha da genişləndirməkdə və dərinləşdirməkdə görürük. [118-119]Mən bu təşəbbüsə görə, bugünkü görüşə, Azərbaycana həsr olunmuş konfransa görə Ümumdünya Bankınaürəkdən təşəkkür edirəm. Əmin etmək istəyirəm ki, biz Ümumdünya Bankı üçün də, bizimlə əməkdaşlıq etməkistəyənlər üçün də, Azərbaycana maraq göstərərək bu gün buraya toplaşanların hamısı üçün də layiqli tərəfdaşolacağıq. Mən hazırda Fransada, Parisdə yaranmış kifayət qədər mürəkkəb vəziyyətlə əlaqədar bir çox nəqliyyatçətinliklərini dəf edərək, Parisə və buraya, bu salona gələnlərin hamısına təşəkkür edirəm.Görünür, sizi Azərbaycanda indiki vəziyyət maraqlandırır. Hörmətli sədr bu barədə artıq müəyyən məlumatverdi. Lakin mən belə düşünürəm ki, sizə istər məlum olan və istərsə də məlum olmayan məsələlər barəsindərespublika prezidentinin özündən məlumat almaq maraqlı olacaqdır.Mən buraya, bu görüşə gəlməyi lazım bildim, məhz ona görə ki, şəxsən özüm Azərbaycanda iqtisadiislahatların həyata keçirilməsi problemlərinə böyük əhəmiyyət verirəm, Azərbaycanda sərmayələrinfəallaşdırılması problemlərinə, sərmayədarlarla birbaşa əlaqələr yaradılmasına böyük əhəmiyyət verirəm və təbiiolaraq, Ümumdünya Bankı ilə sıx, bilavasitə əməkdaşlıq edilməsini çox istəyirəm.Azərbaycan qədim mədəniyyətə, böyük tarixə malik bir respublikadır. Azərbaycan bəşəriyyətin inkişafınınbir çox mərhələlərini yaşamış bir diyardır. Azərbaycan xalqı dünya sivilizasiyasına öz layiqli töhfəsini vermişbir xalqdır. Azərbaycan öz dövlət müstəqilliyini cəmi dörd il bundan əvvəl əldə etmiş olan bir respublikadır. Bugün o, dünya birliyinin tam hüquqlu üzvüdür, bütün beynəlxalq təşkilatlara daxildir. Birləşmiş MillətlərTəşkilatının üzvüdür və öz hüquqlarını dünyanın bütün ölkələri ilə öz qarşılıqlı münasibətlərini müstəqilsurətdə, suveren surətdə həyata keçirir.Azərbaycan Qafqazda, iki qitənin – Avropa ilə Asiyanın qovşağında yerləşir, ticarət üçün də əlverişlicoğrafi, coğrafi-siyasi mövqedədir və təbii olaraq, onun coğrafi-siyasi mövqeyi bir çox ölkələri başqamülahizələrə görə də cəlb edir. Azərbaycan olduqca zəngin təbii ehtiyatlara, yeraltı sərvətlərə, müxtəlif torpaqiqlimşəraitinə malikdir. Onun yüksək sənaye potensialı, çoxsahəli kənd təsərrüfatı, zəngin intellektualimkanları var. Biz bir çox elmi-tədqiqat, layihə institutlarına, kifayət miqdarda yüksək ixtisaslı kadrlar, dərinbilikli alimlər, mütəxəssislər hazırlayan ali məktəblərə malikik. Təbiidir ki, [119-120] biz öz səviyyəsinə görəzamanın tələblərinə həmişə cavab verən mədəniyyətimizlə – istər keçmiş, istərsə də bugünkü mədəniyyətimizləfəxr edirik.Bildiyiniz kimi, uzun müddət Azərbaycan Rusiyanın tərkibində, 1920-ci ildən isə Sovet İttifaqınıntərkibində olmuşdur və 15 müttəfiq respublikadan biri idi. O vaxtlar Azərbaycanın zəngin təbii sərvətlərindənbütün Sovet İttifaqının əsasən sənayedə inkişafı üçün istifadə edilirdi.Sizə xatırladım ki, Rusiyada çıxarılmış neftin əksər hissəsi Azərbaycana məxsus idi. Sizə belə bir rəqəmi dəxatırladım ki, dünyanın bütün iri ölkələri cəlb edilmiş olsa da, əslində faşist Almaniyası ilə Sovet İttifaqının neftvə neft məhsullarının 70 faizindən çoxunu Azərbaycan verirdi. Çoxları belə hesab edir ki, əgər Azərbaycan nefti62

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!