11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Dediyim kimi, demokratik iqtisadi islahatları həyata keçirmək üçün bizim bir çox qanunlarımız, normativaktlar qəbul olunub və yeni qəbul edilmiş konstitusiyanın əsasında bundan sonra da bir çox qanunlar qəbulediləcəkdir.Xarici sərmayənin Azərbaycana gəlməsi üçün, ölkəmizdə müştərək işlər görülməsi üçün və Azərbaycaniqtisadiyyatının dünya iqtisadiyyatına bağlanması üçün biz bütün tədbirləri görməyə hazırıq və bildirməkistəyirəm ki, bu sahədə bir çox güzəştli şərtlər də yaradacağıq. Əlbəttə, hər bir xarici sərmayədar sərmayəqoyduğu ölkənin imkanlarını bilməlidir. Demək istəyirəm ki, imkanlar böyükdür. Azərbaycanın zəngin təbiisərvətləri var, böyük sənaye potensialı var, güclü intellektual potensialı var, bir çox sahələrdə bacarıqlımütəxəssislərimiz var. Bizdə lazımi qədər işçi qüvvəsi var.Sərmayə qoymaq istəyən hər bir təşkilat, hər bir şirkət üçün, şübhəsiz ölkənin daxili ictimai-siyasi vəziyyətidə çox əhəmiyyətlidir. Bildirmək istəyirəm ki, Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tam sabitdir.Prezident başda olmaqla Azərbaycanın dövlət orqanları bütün sahələrə tam nəzarət edirlər. Azərbaycan mədənicəhətdən inkişaf etmiş bir ölkədir. Siz, Azərbaycanda həm Avropanı görəcəksiniz, həm də Asiyanı, Avropa iləAsiyanın ən gözəl inteqrasiyası, sintezi məhz Azərbaycandadır. Buna görə də mən sizi Azərbaycana dəvətedirəm və hər birinizə zəmanət verirəm ki, bizim əməkdaşlığımız səmərəli olacaqdır.Diqqətinizə görə çox sağ olun.Sual: Bir ay bundan əvvəl Azərbaycanda olmuş Britaniya biznesmenlərindən öyrəndim ki, sizinölkə[61-62]nizə sərmayə qoymaq üçün əlverişli şərait var. Bununla əlaqədar sizə iki sual verməkistəyirəm. Birincisi, Azərbaycandan neftin ixracı üçün boru kəmərlərinin haradan keçəcəyi barədəoktyabrın 9-da qəbul olunmuş qərar onu sübut edirmi ki, Rusiya Xəzər dənizinin Azərbaycana aidhissəsindəki neft ehtiyatlarının Azərbaycan və xarici şirkətlər tərəfindən müştərək işlənməsini qəbul edirvə sizcə, gələcəkdə buradakı neft və qaz ehtiyatlarının istismarı zamanı Rusiya ilə hər hansı münaqişəyarana bilərmi? İkinci sualım da bununla bağlıdır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tez birzamanda aradan qaldırılmasını öz strateji siyasətində nəzərdə tuturmu və bunu istəyirmi?Cavab: Əvvəla, Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı və ilkin neftin ixracı ilə əlaqədarneft kəmərlərinin marşrutları haqqında qərarlarımız var. Bir il bundan öncə, daha doğrusu, 1994-cü ilinsentyabrında böyük neft müqaviləsi imzalandı. Bu da Xəzərin Azərbaycan sektorundakı üç neft yatağından 30 ilmüddətində neft çıxarılması və ondan istifadə edilməsi haqqında müqavilədir. Müqavilənin imzalandığı vaxtdanbəri bu bir ildə çox iş görülüb. Müqaviləyə uyğun olaraq hazırlanmış proqram nəzərdə tutulmuş vaxtda yerinəyetirilir. Bunun nəticəsi olaraq bu ilin oktyabr ayında 1996-cı ildə çıxarılacaq ilkin neftin ixracı üçün neftkəmərlərinin çəkilməsi haqqında da qərar qəbul edilib. Onların biri Rusiya ərazisindən keçib Qara dəniz sahilinəgedəcək, digəri isə Gürcüstandan keçib həmçinin Qara dənizə çıxacaqdır. Konsorsium 1996-cı il üçün təxminən600 milyon dollar məbləğində büdcə nəzərdə tutubdur. Deməli, müqavilə həyata keçirilir. Rusiya onuniştirakçısıdır. Müqavilənin layihəsində payların 10 faizi Rusiyanın "LUKoyl" şirkətinə məxsusdur. Dediyimkimi, ilkin neftin ixracı üçün neft kəmərinin biri də Rusiyadan keçəcəkdir. Odur ki, biz öz işimizi görür vəRusiya ilə əməkdaşlıq edirik. İndi siz fikirləşirsiniz ki, Rusiya buna gələcəkdə imkan verəcək, yoxsaverməyəcək. Bu sual bir az müəmmalıdır, yəni bir az aydın sual deyildir. Xəzərin ehtiyatlarından istifadəedilməsində Rusiya da, Azərbaycan da və başqa Xəzəryanı dövlətlər də eyni hüquqa malikdirlər. Biz isə beləhesab edirik ki, bütün münasibətlər beynəlxalq hüquq normaları çərçivəsində qurulmalıdır. Əlbəttə, beynəlxalqhü[62-63]quq normalarına Rusiya da riayət etməlidir. Buna görə də biz burada elə bir böyük problem görmürük.Dağlıq Qarabağ haqqında verdiyiniz suala gəldikdə isə bu, bizim üçün ən böyük problemdir. ErmənistanlaAzərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün indi mən burada olduğum günlərdəAlmaniyanın Bonn şəhərində böyük bir toplantı keçirilir. Orada ATƏT-in Minsk qrupu çərçivəsindəErmənistanla Azərbaycan arasında danışıqlar aparılır. Danışıqlarda Minsk qrupunun həmsədrləri də iştirakedirlər. Sizə deyə bilərəm ki, dünən axşam da, bu gün gecə də danışıqlar davam etmişdir. Mən səhər tezdəndanışıqların gedişi barədə telefonla məlumat aldım. Bu danışıqlarda Rusiya da iştirak edir. Çünki Rusiya Minskqrupunun həmsədrlərindən biridir. Minsk qrupunun indi iki sədri var. Sədrlərdən biri Rusiyanın, digəri isəFinlandiyanın nümayəndələridir. Ona görə də Rusiya bu işin bilavasitə içərisindədir. Biz istəyirik ki, bu məsələsülh yolu ilə həll olunsun. Amma bizim əsas şərtlərimiz budur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü,onun sərhədlərinin toxunulmazlığı tamamilə təmin edilsin, Azərbaycan Respublikasının Ermənistan tərəfindənişğal olunmuş torpaqları azad edilsin, işğalçı silahlı qüvvələr Azərbaycan torpağından çıxsınlar. Bunlar ədalətlişərtlərdir. Biz bu şərtləri beynəlxalq hüquq normalarına əsasən irəli sürmüşük və Rusiya da çalışmalıdır ki, buməsələ bizim şərtlərimiz əsasında sülh yolu ilə həll olunsun. Lakin bunun həll edilib-edilməyəcəyi məsələsi, olabilsin, geciksin. Bunun isə Azərbaycana sərmayə qoyulmasına heç bir maneçiliyi ola bilməz. Odur ki, bununüçün siz narahat olmayın.Sual: Cənab prezident, mən dünyanın ən böyük sığorta şirkətlərindən biri olan Amerika Beynəlxalqİnkişaf Şirkətini təmsil edirəm. Keçmiş sovet respublikalarından bir çoxu öz dövlətlərinin sərhədlərindənkənarda, yəni xaricdə sığorta şirkətləri yaradıblar. Bu şirkətlərin də məqsədi ondan ibarətdir ki, ölkəyəqoyulan xarici sərmayələri bir növ sığortalasınlar. Məsələn, Rusiya Baham adalarında belə bir şirkət35

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!