11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

imkanı daxilində bunların həll olunması üçün tədbirlər görsün. Bunu mən respublikanın hakimiyyət orqanlarınınqarşısında konkret bir vəzifə kimi qoyuram. Nazirlər Kabineti, bütün nazirliklər, komitələr və digər hakimiyyətorqanları, yerli icra orqanları bu forumdan irəliyə gələn məsələlərin həll olunması ilə dərhal məşğul olmalıdırlar.İndi biz keçmiş illərdən fərqli olaraq başqa bir şəraitdə yaşayırıq. İndi hər bir rəhbər vəzifəli şəxsintəşəbbüskarlığından, mövcud ehtiyat və imkanlardan istifadə etmək bacarığından çox şey asılıdır. Ona görə dəmən bu vəzifəni konkret olaraq hakimiyyət orqanına rəhbərlik edən hər bir şəxsin qarşısında qoyuram, onlardantələb edirəm ki, bu vəzifənin yerinə yetirilməsi ilə ciddi məşğul olsunlar. Eyni zamanda hesab edirəm ki,Gənclər və İdman Nazirliyi bütün çıxışlarda irəliyə sürülmüş təkliflərin, xahişlərin hamısını nəzərdən keçirməli,təhlil etməli, ümumiləşdirməli və bu forumun yekunlarından irəliyə gələn tədbirlərin həyata keçirilməsi üçüntəklifləri təqdim etməlidir. Mən bu təkliflərə diqqətlə baxmağa söz verirəm və sizi əmin etmək istəyirəm ki, otəkliflərin həyata keçirilməsi üçün imkanlarımız çərçivəsində, imkanlarımız daxilində bütün səylərgöstəriləcəkdir.Burada bir neçə ayrı-ayrı təkliflər oldu, onlar haqqında dərhal da fikir söyləmək olar. Məsələn, butəkliflərdən bəziləri ondan ibarətdir ki, keçmiş illərdə respublikamızda, Vətənimizdə, ölkəmizdə gənclərtəşkilatına məxsus olan əmlak indi gənclərin ixtiyarına verilməlidir. Çünki həm gənclər təşkilatlarının əmlakınındağıdılması haqqında, həm də bizim idman, bədən tərbiyəsi təşkilatlarının əmlakının dağıdılması haqqındaburada çox sözlər danışıldı, bunlar həqiqətdir. Dağı[305-306]dıblar, ancaq eyni zamanda hələ bəzi hissəsi dəqalıbdır. Müstəqil Azərbaycan Respublikası keçmiş illərdə Azərbaycan Respublikasının ərazisində olan bütünmülkiyyətin, bütün əmlakın varisidir. Ona görə də gənclərə məxsus olan bütün əmlak, hesab edirəm ki,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə verilməlidir.Vaxtilə bizim böyük komsomol təşkilatımız olubdur. Keçmişə münasibət haqqında mən bir neçə kəlməsonra deyəcəyəm, ancaq indi komsomolla əlaqədar onu qeyd etmək istəyirəm ki, 1920-ci ildən 1990-cı ilə qədərAzərbaycanda fəaliyyət göstərən komsomol, demək olar ki, bu salonda oturanların, səhv etmirəmsə, 90 faizinintəhsil almasında, tərbiyə almasında, formalaşmasında xidmətlər göstəribdir, o xidmətləri inkar etmək olmaz vəunutmaq da olmaz. Ona görə də biz komsomolun keçmişdəki fəaliyyətini qiymətləndirməliyik. Şübhəsiz,keçmişdə olan bütün başqa ideoloji təşkilatlar kimi, bu gün komsomol da bərpa oluna bilməz. Ancaq komsomol,gənclər təşkilatlarının hamısı dövlətin himayəsində, dövlətin idarəsində, dövlətin vəsaiti ilə yaşayan təşkilatlarolubdur. Ona görə də hamısı dövlətə məxsus olubdur, dövlətin olubdur. O vaxt deyirdik ki, bu, eyni zamandaxalqındır, bu gün də müstəqil Azərbaycanın Gənclər və İdman Nazirliyinə çatmalıdır. Burada bir "Gənclik"mərkəzi var idi, deyəsən Zuğulbada idi, bəli, Zuğulbadakı həmin o "Gənclik" mərkəzinin təməlinin qoyulmasıgünündən ta onun son səviyyəyə çatdırılmasına qədər mən şəxsən orada, dəniz kənarında o mərkəzinyaranmasında iştirak etmişəm, ona rəhbərlik etmişəm. O mərkəz Azərbaycanın vəsaiti ilə yaranıbdır və mən çoxböyük təəssüf hissi ilə bu gün eşitdim ki, o, indi kimlərəsə, başqalarına məxsusdur. Ola bilməz, o, Azərbaycanaməxsusdur və Azərbaycan Gənclər və İdman Nazirliyinə məxsusdur.Bu barədə heç söhbət aparmağa da ehtiyac yoxdur. Mən Nazirlər Kabinetinə göstəriş verirəm ki, bir neçəgünün içərisində bu məsələyə baxıb, qərar qəbul etsin, lazımi sənədlər qəbul olunsun və o mərkəz Gənclər vəİdman Nazirliyinin sərəncamına verilsin. Eləcə də bu qəbildən olan, bütün obyektlərin, əmlakın hamısıverilməlidir. Gənclər və İdman Nazirliyinə. Başqa məsələlərin həll olunması ilə əlaqədar mən fikrimi söylədim.Gənclər və İdman Nazirliyi təkliflərini verməlidir, biz onlara baxacağıq və lazımi tədbirlər görəcəyik.Bir sözlə, əziz balalar, gənclər, hamımız çalışacağıq, güman [306-307] edirəm, mənimlə bərabər bütünhakimiyyət orqanlarının nümayəndələri də çalışacaqlar ki, sizin problemlərin həll olunmasını ardıcıl surətdətəmin edək. Çalışacağıq və əlimizdən gələni edəcəyik. O şeyi ki, bu gün edə bilməyəcəyik, onu sabah edəcəyik,sabah edə bilmədiyimizi bir neçə vaxtdan sonra edəcəyik, amma əmin olun ki, gənclərə qayğı, diqqət bundansonra günbəgün, aybaay, ilbəil artacaq. Çünki siz həqiqətən Azərbaycanın gələcəyisiniz. Hər bir Azərbaycanvətəndaşı, hər bir Azərbaycan vətənpərvəri Azərbaycanın gələcəyi haqqında düşünməlidir. Buna əmin olabilərsiniz.Ancaq sizin qarşınızda çox böyük vəzifələr durur, qarşınızda böyük yol var. Yol hamar deyil, asfalt deyil,yol uzun yoldur, cürbəcür maneələrlə bağlı olan yoldur, o yolu hər biriniz keçməlisiniz. Bu yol müstəqilAzərbaycanın gələcəyi yoludur. Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil AzərbaycanRespublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyatını qurarkən, özünü həyatda fəaliyyətəhazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında dadüşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqındadüşünməlidir. Bu, sizin vəzifələrinizdir və güman edirəm ki, hər bir Azərbaycan gənci cəmiyyətdə, Vətəndə,ölkədə öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışmalıdır.Vəzifələr çoxdur, bu barədə saatlarla danışmaq olar, ancaq əgər ümumi şəkildə desək, gənclərimizin əsasvəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil AzərbaycanRespublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.155

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!