11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Mən hesab edirəm ki, bu, indi dünyada gedən proseslərə də uyğundur. 1994-cü ildə Qahirədə BirləşmişMillətlər Təşkilatının rəhbərliyi altında beynəlxalq konfrans keçirildi. Konfrans əhalinin inkişafı məsələlərinəhəsr olunmuşdu. Bu, mötəbər konfrans idi. Məclisdə Azərbaycan nümayəndə heyəti, o cümlədən mən də iştirakedirdim. Müzakirələr çox maraqlı oldu. Dünyanın bütün ölkələrindən həm dövlət və hökumət başçıları, həm dəbu sahədə mütəxəssislər orada çox maraqlı fikirlər irəli sürdülər. Bu konfrans dünyada əhalinin inkişafına aidçox maraqlı qərarlar qəbul etdi.Bu ilin martında Danimarkanın paytaxtı Kopenhagendə yenə də Birləşmiş Millətlər Təşkilatınıntəşəbbüsü ilə və rəhbərliyi altında insan inkişafı mövzusunda çox maraqlı bir konfrans keçirildi. Orada da dövlətvə hökumət başçıları iştirak edirdilər. Konfransa bütün ölkələrdən mötəbər nümayəndə heyətləri gəlmişdi.Orada biz də, o cümlədən mən də iştirak edirdim. Bu konfranslarda və insanların sağlamlığına dair digərçoxsaylı simpozium və konfranslarda müasir dövrdə insanların sağlamlığı və onların sağlamlığının qorunmasıtədbirləri ilə bağlı həm elmi, həm də praktiki təkliflər irəli sürüldü.Buna görə də Azərbaycan öz işlərini dünya elminin və xüsusən səhiyyəsinin, insan problemləri iləməşğul olan mərkəzlərin irəli sürdüyü fikirlərə və tələblərə müvafiq surətdə qurmalıdır. Burada daAzərbaycanda tibb sahəsində çalışan alimlərin, səhiyyə işçilərinin, Səhiyyə Nazirliyinin üzərinə çox böyükməsuliyyət düşür. Güman edirəm ki, ailə sağlamlığı mərkəzinin yaranması da, açılışı da bu çağırışlara məhz bircavab kimi qiymətləndirilməlidir. Yaxşı təşəbbüsdür, yaxşı başlanğıcdır. Ancaq bu, yalnız bir təşəbbüs kimi,başlanğıc kimi [221-222] qalmamalıdır, böyük bir işin başlanğıcı olmalıdır və öz davamını tapmalıdır. Əminəmki, siz və bu sahədə çalışan məsul şəxslər öz məsuliyyətini dərk edirlər və bu işlərlə ciddi məşğul olacaqlar.Dünyanın bütün insanlarının sağlamlığı üçün xas olan amillər var. Eyni zamanda dünyanın hər birregionunun iqlim şəraitindən asılı olaraq, yaxud da bəzi genetik xüsusiyyətlərdən asılı olaraq özünəməxsusproblemlər var. Ona görə də Azərbaycanın səhiyyə işçiləri, tibb alimləri gərək həm qlobal problemləri yaxşıbilsinlər, həm də bu problemlərlə əlaqədar ölkəmizdə tədqiqat işləri, profilaktiki işlər, müalicə işləri aparsınlar.Bununla yanaşı Azərbaycanın özünəməxsus xüsusiyyətlərini nəzərə alaraq, insanların sağlamlığı ilə bağlıproblemləri də araşdırsınlar. Belə problemlər var.Bunlardan biri – bizim xalqımızın, millətimizin sağlamlığı üçün, həm fiziki, həm zehni cəhətdənsağlamlığı üçün yaranan problem qohumların bir-biri ilə ailə qurmasıdır. Təəssüf ki, bu, bizim millətimizin,xalqımızın qədimlərdən qalmış ənənəsidir. Biz ənənə və adətlərimizin çoxuna hörmət bəsləyirik, onları inkişafetdiririk və inkişaf etdirməliyik. Amma o adətlər, o ənənələr insan üçün, cəmiyyət üçün zərərlidirsə biz onlardanxilas olmalıyıq, imtina etməliyik. Bax, bu adət-ənənələrdən biri də keçmişdən bizə miras qalmış, millətimizə xasolan adət qohumların evlənməsi, ailə qurmasıdır. Siz, tibb işçiləri və alimləri bunun həm ailələr üçün, həm dəümumiyyətlə millətimizin gələcəyi üçün nə qədər zərərli olduğunu bilirsiniz. Amma nədənsə bu sahədə cidditədbirlər görülmür. Belə bir adət-ənənənin nə qədər zərərli olduğu insanlara çatdırılmır, izah edilmir, bu sahədəlazımi profilaktiki işlər, yəni izahat işləri aparılmır. Məhz bunların nəticəsində, – yəqin ki, siz bu sahədətədqiqatlar aparmısınız, bilirsiniz, – çox adamlar anadangəlmə şikəst olur, yaxud əqli cəhətdən inkişaf etmir.Belələri yaşasalar da, fiziki cəhətdən çatışmazlıq onları həmişə incidir.Siz bunları bilirsiniz. Bizim bəzi alimlərimiz vaxtilə bu problemlə məşğul olurdular. Bilmirəm, indiməşğul olurlar, ya yox. Deyirsiniz ki, məşğul olurlar, amma az məşğul olurlar. Bəli, məşğul olurdular. Bu günisə sizə hətta bunu deməliyəm ki, 70-ci illərdə həmin problem bizi çox narahat etdiyinə görə mən onunla ciddiməşğul oldum. Bundan sonra öyrəndim ki, bu, bizim millətimizin gələcəyi üçün, onun sağlamlığı üçün zə[222-223]rərlidir. Mən hətta bu barədə bir qərar qəbul etmək istəyirdim ki, qohumların bir-biri ilə evlənməsi qadağanolunsun. Biz bu məsələni müzakirə etdik. O vaxt bizim bəzi rəhbər şəxslər etiraz etdilər ki, bunu millətimiz başadüşməz, çünki bizdə bu ənənələr əsrlər boyu yaşayır və insanlar buna öyrəniblər.Təəssüflər olsun ki, o vaxt mən bu tədbirləri həyata keçirə bilmədim. Amma bunun üçün əsaslar var idi.Mən bir neçə alimimizlə söhbət etmişdim, onların elmi əsərləri ilə tanış olmuşdum. Xatirimdədir, o vaxtuşaqların əsəb xəstəliyi ilə əlaqədar bir mərkəz açılmışdı. Mən mərkəzin açılışına getmişdim. Orada o xəstəuşaqları gördüm, professor Qədirova ilə və bir neçə digər alim ilə söhbət etdim. Bir daha hiss etdim ki, bu,bizim üçün doğrudan da böyük bir sosial problemdir. Onlar mənə dedilər ki, bu uşaqların əksəriyyəti ona görəbelə fiziki və əqli vəziyyətdədir ki, onlar bir-birinə qohum olan ata-ananın uşaqlarıdır.O vaxtlar başqa sahələrdə də tədqiqatlar aparılırdı. Xatirimdədir, mən rəhmətlik akademik Topçubaşovudəvət edib onunla danışdım. O da bu barədə öz fikirlərini söylədi. O mənada ki, biz xalqımızı doğrudan da beləbir adət-ənənələrdən xilas etməliyik. Mən bir çox alimlərlə görüşüb danışdım.Bu problem məni bir vətəndaş kimi, o zaman da respublikanın rəhbəri kimi, xalqına ürəyi yanan adamkimi çox narahat edirdi. Mənim mərhum həyat yoldaşım Zərifə xanım, bildiyiniz kimi, göz xəstəlikləri iləməşğul olurdu, o sahədə elmi tədqiqatlar aparırdı. Zərifə xanım da elmi tədqiqatının bir hissəsini bu probleməhəsr etdi. Onun da tədqiqatlarının nəticəsi belə oldu ki, hətta bir çox göz xəstəlikləri yalnız o adamlardamüşahidə olunur ki, onlar bir-birinə qohum olan adamların uşaqlarıdır. Ona görə də mən çox narahat idim və buməsələni qaldırdım. Ancaq bunu axıra çatdıra bilmədim.113

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!