11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MÜSTƏQİL DÖVLƏTLƏR BİRLİYİNİNİŞTİRAKÇISI OLAN ÖLKƏLƏRİN DÖVLƏTBAŞÇILARI ŞURASININ İCLASINDAİŞTİRAK ETMƏK ÜÇÜN MOSKVAYA YOLADÜŞMƏZDƏN ƏVVƏL BİNƏ HAVALİMANINDA JURNALİSTLƏRƏ MÜSAHİBƏ17 yanvar 1996-cı ilBiz 1993-cü ildə Müstəqil Dövlətlər Birliyinə daxil olandan heç bir şey itirməmişik, əksinə,udmuşuq. Keçmişdə Sovetlər İttifaqına mənsub olan və indiyə qədər sıx iqtisadi əlaqələr saxladığımız indikimüstəqil dövlətlərlə əməkdaşlığımızı şübhəsiz ki, ikitərəfli əlaqələrlə bərabər – Müstəqil Dövlətlər Birliyivasitəsilə daha da inkişaf etdirmişik. Biz bu birlikdə olduğumuz zaman onun Azərbaycan üçün, ümumiyyətlə,bizim birliyimiz üçün mənfəətli olan qərarlarından bəhrələnirik, istifadə edirik. Eyni zamanda MüstəqilDövlətlər Birliyinin fəaliyyətinə Azərbaycan Respublikası öz təsirini göstərir. Ona görə də Müstəqil DövlətlərBirliyində olduğumuz dövr, hesab edirəm ki, bizim üçün çox əhəmiyyətlidir, çox yaxşı nəticəlidir. İclasıngündəliyində bir çox məsələlər var, biz müzakirə edəcəyik, onların hansına nə münasibət göstərəcəyimiz barədəindidən heç bir şey deyə bilmərik. Moskvada Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə, baş nazir ViktorÇernomırdinlə və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirilməsi nəzərdə tutulur.Sual: – İmzalanacaq dövlətlərarası sənədlər Azərbaycan-Rusiya münasibətlərinə necə təsirgöstərəcəkdir?Cavab: – Bir sıra çox mühüm sənədlər imzalanacaq və şübhəsiz ki, bunlar bizim münasibətlərimizingələcəkdə daha intensiv inkişafını müəyyənləşdirəcəkdir. Məsələn, Şimal marşrutu üzrə neft kəmərininçəkilməsi haqqında yanvarın 18-də mühüm sənəd imzalanacaqdır. Bu, Rusiya ilə Azərbaycanın əməkdaşlığındairəliyə doğru addım olacaq və bir çox [277-278] iqtisadi problemlərimizin həllinə kömək göstərəcəkdir, axı bizRusiya ilə sıx bağlıyıq.Sual: – Çeçenistandakı hadisələrlə əlaqədar bu neft kəmərinin taleyi narahatlıq doğurmurmu?Cavab: – Biz onsuz da narahat zəmanədə yaşayırıq və əgər maneələrdən qorxsaq, onda ümumiyyətlə işgörmək lazım deyildir. Əlbəttə, Çeçenistanda baş verən hadisələr bizi narahat edir, lakin biz öz işimizigörməliyik. [278-279]139

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!