11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN JURNALİSTLƏRİNƏMÜSAHİBƏSİLondon1 dekabr 1995-ci ilBildiyiniz kimi, son günlər Almaniyanın paytaxtı Bonnda Ermənistanla Azərbaycan arasında Minskqrupu çərçivəsində danışıqların yeni mərhələsi olmuş və dünən sona çatmışdır. Hər bir mərhələ, hər bir danışıqprosesi bizim üçün əhəmiyyətlidir. Hər dəfə görüşümüz çərçivəsində nümayəndə heyətimiz danışıqlara gələrkənbiz öz mövqelərimizi müəyyənləşdiririk və çalışırıq ki, əməli mövqedən çıxış edək, müəyyən bir razılıq əldəoluna bilsin.Demək olmaz ki, danışıqlar prosesi nəticəsizdir. Bəzən mən eşidirəm, adətən bu danışıqlar bitəndən sonrabizim müxbirlər, yaxud da ki, televiziyada, radioda belə bəyanatlar verirlər ki, danışıqlar bitdi, yenə də birnəticə olmadı. Bu, əsassızdır, mən bunlarla razı deyiləm. Çünki danışıqların hər bir mərhələsində müəyyənirəliləyiş müşahidə olunur, nəsə əldə edilir, hansısa bir nailiyyətə gəlib çata bilirik. Şübhəsiz ki, bəzən bizimictimaiyyət, o cümlədən mətbuatda, digər informasiya orqanlarında çalışan jurnalistlər də təbii ki, gözləyirlər vəbelə güman edirlər ki, əgər danışıqlar başlanıbsa, bu, istənilən nəticəni verəcəkdir.Bu, bir tərəfdən qeyri-təbiidir. İkinci tərəfdən, Ermənistanla Azərbaycan arasında yeddi il müddətində gedənhərbi münaqişə nəticəsində vəziyyət o qədər mürəkkəbləşib, o qədər çətinləşibdir ki, onu bir danışıqla, ikidanışıqla həll etmək mümkün deyildir. Məsələn, bildiyiniz kimi, mən özüm bu barədə nə qədər danışıqlaraparıram. Bütün dövlət başçıları ilə mənim görüşlərimdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yollarımütləq müzakirə edilir, biz öz mövqelərimizi bildiririk və hər bir ölkəni, hər bir dövlət başçısını bu məsələdəiştiraka, köməyə dəvət edirik və nəyə isə nail ola bilirik.Bildiyiniz kimi, danışıqlar prosesində Minsk qrupunun nümayəndələri vaxtaşırı regiona gəlirlər.Azərbaycanda da, Er[77-78]mənistanda da olurlar. Onlar hər dəfə gələrkən mütləq bizim görüşlərimiz olur.Bəzən hətta bir dəfə yox, iki-üç dəfə görüşlər keçirir və məsələləri müzakirə edirik. Eyni zamanda, artıq mövcudolan təcrübəyə görə bizim nümayəndə heyətləri cürbəcür yerlərdə görüşlər keçirirlər. Məlumdur ki, beləgörüşlər Finlandiyada da, Moskvada da, Vyanada da olmuşdur. Son dəfə Bonnda danışıqlar gedib və dünən başaçatıbdır. Yenə də deyirəm, biz bu danışıqlara çox məsuliyyətlə yanaşırıq və hər dəfə nümayəndə heyətimizidanışıqlara göndərərkən ona lazımi təlimatlar veririk. Şəxsən mən özüm hər dəfə bizim nümayəndə heyətiniqəbul edirəm, təlimatlar veriləndən sonra bunların həyata keçirilməsi haqqında da öz tövsiyələrimi bildirirəm vəbeləliklə, bu danışıq prosesi gedir.İl yarımdan çoxdur ki, biz atəşkəs rejimindəyik. Bu müddətdə şübhəsiz, daim çalışmışıq ki, tez nəticə əldəedək. Atəşkəs haqqında saziş əldə olunan kimi biz hesab edirdik ki, qısa bir müddətdə nəyəsə nail ola biləcəyik.Ancaq indi işlərin gedişi onu göstərir ki, qısa müddətdə istənilən nailiyyəti əldə etmək mümkün deyildir. Lakindanışıqlarda Böyük Sülh Sazişi layihəsinin ayrı-ayrı maddələri müzakirə olunur, bəzi maddələri haqqındarazılığa gəlinir, razılıq əldə edilir və beləliklə də Böyük Sülh Sazişi, xırda-xırda olsa da, hazırlanır.Bunları deməklə mən istəyirəm ki, bu işlərə maraq göstərən mətbuat, informasiya orqanları, jurnalistlərimizməsələlərə məhz bu prizmadan baxsınlar. Buna reallıqdan yanaşmaq lazımdır. Heç də elə düşünmək lazım deyilki, biz hər şeyi tezliklə əldə edə bilərik.Bonnda neçə gün davam etmiş danışıqların xüsusi əhəmiyyəti var. Çünki bu danışıqlar ATƏT-in üzvü olanölkələrin xarici işlər nazirlərinin dekabrın 7-də Budapeştdə öz işinə başlayacaq görüşü ərəfəsində keçirilmişdir.Bildiyiniz kimi, keçən ilin dekabrında ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Budapeştdə görüşüolmuşdur. Bu, ümumdünya siyasəti nöqteyi-nəzərindən çox mühüm görüş idi. Ancaq Azərbaycan üçün bu görüşdaha çox əhəmiyyətli idi. Xatirinizdədir ki, biz o vaxt bu görüşə çox ciddi hazırlaşırdıq və ondan istədiyimiznəticə əldə etmək niyyətindəyik. ATƏT-in ötən ilin dekabrında keçirilən Zirvə görüşü bizim üçün doğrudan daəhəmiyyətli bir qətnamənin qəbul olunması ilə nəticələndi. Yəni biz orada istədiyimizə nail olduq. İstədiyimizdə o idi ki, ATƏT Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması [78-79] məsələsinə daha fəal girişsin vəATƏT-in Minsk qrupu bu işlə daha da ciddi, ardıcıl surətdə məşğul olsun.Xatırlayın, o vaxt, ATƏT-in Zirvə görüşünün hazırlanması ərəfəsində bəzi dövlətlərdən, məsələn, beləxəbərlər gəlirdi ki, ATƏT-də bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Yaxud, Rusiyanın bəzi dairələri beləhesab edirdi ki, ümumiyyətlə, ATƏT-in sülhü mühafizə qüvvələri yaratmağa belə hüququ yoxdur; o sülhümühafizə qüvvələri yarada bilməz; demək əgər ATƏT-in Minsk qrupu bir saziş əldə etsə də, onu həyatakeçirmək üçün sülhü mühafizə qüvvələri ATƏT-ə daxil olan ölkələrdən yox, hansısa bir-iki-üç ölkədənolmalıdır. ATƏT-in Zirvə görüşü bütün bu məsələləri öz yerinə qoydu. Birincisi, bizim üçün çox vacib idi ki,ATƏT qətnamə qəbul etdi ki, Dağlıq Qarabağ ilə əlaqədar Ermənistanla Azərbaycan arasında gedən münaqişəsülh yolu ilə həll edilməlidir və bu, indən belə də ATƏT çərçivəsində, onun Minsk qrupu çərçivəsində olmalıdır.42

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!