11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

GÜRCÜSTAN PREZİDENTİ ADINDANAZƏRBAYCAN PREZİDENTİNİN ŞƏRƏFİNƏTƏŞKİL OLUNMUŞ RƏSMİ ZİYAFƏTDƏÇIXIŞ8 mart 1996-cı ilCənab prezident, hörmətli parlament sədri, hörmətli xanımlar və cənablar! Bu gün bizim üçün,mənim üçün və mənimlə Gürcüstana, onun paytaxtı Tbilisi şəhərinə gələn Azərbaycan nümayəndə heyəti üçünçox əlamətdar bir gündür. Mənim dostum Eduard Şevardnadze bunu tarixi bir hadisə kimi qiymətləndirdi.Güman edirəm o mənada ki, müstəqil Gürcüstan ilə müstəqil Azərbaycan Respublikası arasında çox böyükəhəmiyyətli sənədlər imzalanıbsa və iki ölkənin, iki respublikanın, iki xalqın, iki müstəqil dövlətin başçıları biraraya gəlib, görüşüb gələcək əməkdaşlığı daha da inkişaf etdirmək üçün lazımi qərarlar qəbul ediblərsə, bu,doğrudan da tarixi hadisədir.Allah-Taala bizim xalqlarımıza böyük nemət bəxş edibdir. Bu da ondan ibarətdir ki, xalqlarımıza qonşuolmaq, bir-biri ilə sıx əlaqədə yaşamaq taleyi qismət edibdir. Bu, doğrudan da böyük xoşbəxtlikdir. Buxoşbəxtliyin bəhrələrini bizim əcdadlarımız, ulu babalarımız görüblər. Bizim üzərimizə düşən vəzifə buənənələri yaşatmaqdan, davam etdirməkdən və gələcək nəsillərə daha yüksək səviyyədə çatdırmaqdan ibarətdir.Allah-Taalanın bizə bəxş etdiyi bu tale bizi əsrlər boyu bir-birimizlə bağlayıb və biz də bir-birimizə dost vəqardaş olaraq bərabər yaşayıb, bərabər çalışıb bu günlərə, bu xoşbəxt günlərə gəlib çıxmışıq. Bizdən əvvəl neçəneçənəsillər bu dostluğu, qardaşlığı yaradıblar, yaşadıb inkişaf etdiriblər. Bizim də xoşbəxtliyimiz ondadır ki,biz bu dostluq, qardaşlıq əlaqələrini XX əsrin ikinci yarısında, XX əsr sona çatan zaman yaşadıb gələcəknəsillərə çatdıracağıq.Tarix boyu xalqlarımızın bir-biri ilə sıx əlaqələri haqqında burada saysız-hesabsız dəlillər, faktlar gətirməkolar. Bizim mütəfəkkir insanlar, ziyalılar, alimlər, yazıçılar, bəstəkarlar, [417-418] rəssamlar, adi adamlar daimdostluq edib, ağır gündə bir-birinə dayaq olub, şən gündə isə bir-birinin məclisində əyləşiblər. Dostum EduardŞevardnadze bizim böyük şairimiz Səməd Vurğunun sözlərini xatırladı. Mənim isə Səməd Vurğunla GeorgiLeonidzenin dostluğu xatirimdədir. Bu, nə qədər də səmimi bir dostluq idi! Onlar bizim xalqlara nə qədər böyüktöhfələr verib gediblər! Onların və eyni zamanda Qriqol Abaşidzenin və Rəsul Rzanın. İrakli Abaşidzenin vəSəməd Vurğunun, müasirlərimizin bizə bəxş etdikləri irslər hamımız üçün həm qiymətlidir, həm də budostluğumuzu irəliyə aparmaq üçün böyük mənbədir. Bu gün bizim nümayəndə heyətinə mərhum SəmədVurğunun oğlu Yusif Səmədoğlu da daxildir. O, bizim parlamentin üzvü və parlamentin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komissiyasının sədridir.Bütün bunlar birgə tariximizin gözəl səhifələridir. Bu gün biz də tarix yazırıq. Eduard Şevardnadze iləmənim dostluğumun 30 illik tarixi var. Bəlkə də bundan bir qədər artıqdır. Mən 30 il deyirəm ki, tamamilədəqiq olsun. Eduard Şevardnadze Gürcüstanda, mən isə Azərbaycanda çox mühüm məsələlərin həlli iləməşğuluq. 1969-cu ildə mən Azərbaycanın başçısı seçildim, 1972-ci ildə isə Eduard Şevardnadze Gürcüstanınbaşçısı seçildi. Biz çox səmərəli dostluq və əməkdaşlıq etdik.Mən bütün tarixi keçmişə çox yüksək qiymət verirəm. Ancaq eyni zamanda hesab edirəm ki, EduardŞevardnadze ilə Heydər Əliyev Gürcüstanın və Azərbaycanın başçıları olduqları dövr Gürcüstan-Azərbaycanəlaqələrinin ən parlaq dövrü olmuşdur. Sonra tale bizim ikimizi də Moskvaya apardı. Mən ZaqafqaziyadaEduarddan qabaqda getdiyimə görə Moskvaya da ondan əvvəl getmişəm. 1982-ci ilin sonunda mən Moskvayagetdim. 1985-ci ilin ortalarında isə Eduard Şevardnadze Moskvaya gəldi. Orada da bir neçə il çox səmərəliəməkdaşlıq etdik. Mənə belə gəlir ki, fəaliyyətimizin əsas cəhəti ondan ibarət olub ki, biz xalqımıza,millətimizə, ölkəmizə sadiq olmuşuq və axıra qədər də sadiq qalmışıq.Sonra yenə bizim həyatımızda olan dəyişikliklər eyni zamanda baş veribdir. 1987-ci ilin sonunda mənMoskvada işdən istefa verdim. Məndən bir neçə il sonra, 1991-ci ildə Şevardnadze istefa verdi. Doğrudur,məndən sonra nədənsə bir qədər gecikdi. Buna görə də mən ona xəbər göndərdim ki, yaxşı [418-419] deyil,gecikmə. Nəhayət, Eduard Şevardnadze 1991-ci ilin sonunda yenidən Gürcüstanın rəhbərliyinə gəldi.Eduard Şevardnadze: Bizim tərəfimizdən hər şey əvvəlcədən razılaşdırılmışdı.Heydər Əliyev: Bu dəfə o, məni qabaqladı. Sonra mənə xəbər göndərdilər ki, mən də gəlməliyəm. Ammamən gəlmədim. Nəhayət, 1992-ci ildə mən də gəlməli oldum və beləliklə, Eduard Şevardnadze Gürcüstanın,Heydər Əliyev də Azərbaycanın rəhbəri oldular. Bu, tarixdə bəlkə də nadir bir hadisədir. Ancaq ikimizin dəhəyat yolumuz, talelərimiz bir-birinə çox bənzərdir və bir-biri ilə çox sıx əlaqədardır.Mən deyə bilərəm, keçmiş Sovetlər İttifaqında elə bir respublika yoxdur ki, onların rəhbərləri bir çox illərəvvəl vəzifədən getmiş olsun, sonra da başqa bir keyfiyyətdə yenidən respublikanın rəhbərliyinə qayıtsınlar.Deməli, bu onu göstərir ki, biz xalqımıza sədaqətlə xidmət etmişik ki, xalq bizi ikinci dəfə də dəvət edir.210

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!