11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

BAKIDA İLK BEYNƏLXALQ TELEFONSTANSİYASININ VƏ YENİDƏN QURULMUŞŞƏHƏRLƏRARASI RABİTƏ STANSİYASININTƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ ÇIXIŞ9 dekabr 1995-ci ilHörmətli prezident, əziz dostumuz, qardaşımız Süleyman Dəmirəl!Hörmətli qonaqlar, hörmətli xanımlar və cənablar!Bu gün biz Azərbaycanda yeni bir əlamətdar hadisənin şahidi və iştirakçısıyıq. Azərbaycan Respublikasınınmüstəqilliyini daha da möhkəmləndirmək, dünyaya çatdırmaq üçün rabitənin inkişafı yolunda yeni bir addımatılır. Rabitə vasitəsilə biz dünyaya öz ölkəmizdə, respublikamızda olan məlumatları çatdırırıq və rabitəvasitəsilə bütün dünya ölkələrindən, kürreyi-ərzin hər yerindən məlumatlar alırıq. Müasir dövrdə bunsuzyaşamaq mümkün deyildir. Ona görə də rabitə sahəsində görülən işlər həm iqtisadi xarakter daşıyır, həm dəinsanların işləməsi, çalışması üçün çox böyük şərtdir, eyni zamanda ictimai-siyasi xarakter daşıyır. Biz bunlaraçox diqqət, fikir veririk.Son vaxtlar bu sahədə bir sıra addımlar atılmışdır və bunlar hamısı Azərbaycanın rabitə potensialını inkişafetdirir, Azərbaycanı bütün dünya ilə daha sıx bağlamağa, daha sürətlə əlaqələr yaranmasına kömək edir. Buişlərin görülməsində Azərbaycan Respublikası Türkiyə ilə, onun şirkətləri – "Teletaş", "Netaş" və s. şirkətlərləartıq bir neçə ildir ki, əməkdaşlıq edir. Doğrudur, bu sahədə dünyanın başqa ölkələrinin – Böyük Britaniyanın,Amerika Birləşmiş Ştatlarının, Almaniyanın və s. şirkətləri ilə də əlaqələrimiz var. Ancaq rabitə sahəsindəburaya cığırları, yolları məhz Türkiyə şirkətləri açıblar. Bu da təbiidir, çünki müstəqilliyimizi əldə edəndənsonra dünya ilə əlaqələrimizdə Türkiyə həmişə bizim yanımızda olub, bizimlə bərabər olubdur. Təbiidir ki,Azərbaycana bütün ölkələrdən tez Türkiyənin iş adamları, şirkətləri gəlib. Biz bunu məmnuniyyətlə qeyd edirikvə bu günlərdə hörmətli prezident, [179-180] dostumuz Süleyman Dəmirəlin Azərbaycanda olduğu zaman buməsələlər barəsində çox işlər görüldü, biz yeni mərhələyə çatdıq və gələcəkdə görüləsi işlərin proqramınımüəyyənləşdirdik. Əminəm ki, bu proqram sürətlə həyata keçiriləcək və əlaqələrimiz genişlənəcəkdir.Bu gün biz buraya həmin bu əməkdaşlığın, müştərək işin nəticəsi olan yeni rabitə qovşağının, rabitəstansiyasının açılması münasibətilə toplaşmışıq. Çox işlər görülübdür və bunun nəticəsində biz artıq bu yenitelefon stansiyasını açmağa gəlmişik. Çox əlamətdar, sevindirici haldır ki, bunu bizim rabitəçilər, şübhəsiz ki,Türkiyə ilə Azərbaycanın bərabər çalışan mütəxəssisləri məhz Türkiyənin prezidenti, hörmətli qonağımızSüleyman Dəmirəlin buraya gəlişi münasibətilə öz işlərini sürətləndirib bu vaxta çatdırıblar. Bu, çox rəmzixarakter daşıyır. Yəni bizim şirkətlərimiz, ayrı-ayrı təşkilatlarımız əlaqə yaradıb iş görürlər və işlərini dövlətbaşçılarına nümayiş etdirmək istəyirlər. Biz, dövlət başçıları da bu işləri qiymətləndirərək, bu işlərə daha dasürət vermək üçün sizin dəvətinizi qəbul edib buraya gəlmişik və sizinlə birlikdə yeni böyük nailiyyətiməmnuniyyətlə qeyd edirik.Mən Türkiyə şirkətlərinin Azərbaycanda indiyə qədər gördükləri işdən məmnun olduğumu bildirməkistəyirəm, bu işlərə görə onlara təşəkkür edirəm. Azərbaycanın bütün müəssisələrinin, iqtisadiyyatla məşğulolan nazirliklərin, o cümlədən Rabitə Nazirliyinin qarşısında duran vəzifəni bir də qeyd edirəm ki, biztəşəbbüskar olmalıyıq, çalışmalıyıq, bu əlaqələrin yaradılmasına bundan sonra daha da səy göstərməliyik.Müştərək işlərin görülməsi üçün daha yaxşı şərait yaratmalıyıq ki, əlaqələrimiz genişlənsin. Dünənimzaladığımız birgə bəyanatda Türkiyə ilə Azərbaycan arasında olan əlaqələrin bütün sahələrdə bundan sonrada inkişaf etməsi üçün öhdəliklər qəbul etmişik. Bunları yerinə yetirmək üçün təşkilatlarımız, şirkətlərimiz,müəssisələrimiz bundan sonra daha fəal işləməlidirlər.Bugünkü hadisə münasibətilə sizi təbrik edirəm. Hörmətli dostumuz, qardaşımız, Türkiyənin prezidentiSüleyman Dəmirəlin bu mərasimdə iştirak etməsini çox yüksək qiymətləndirirəm, hamınıza bundan sonra damüştərək işləri davam etdirməyinizi arzu edirəm. Sizi bu hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sağ olun.[180-181]92

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!