11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

nələr yox idi... Bura boş bir yer idi. Bu zavodda işləyənlər bilirlər ki, onun üstündə nə qədər cihazlar varsa,altında da bir o qədər cihazlar yerləşdirilib. Bunların hamısını mən inşaat vaxtı görmüşəm. Mən bunlarınhamısını etmişəm. Ona görə də bu, bizim üçün böyük sərvətdir.Bu gün mən iki il müddətində yüksək sürətlə bu zavodu tikib istifadəyə verənlərin hamısına böyük hörmətvə ehtiramımı bildirirəm. Fəhlə də, mühəndis də, texnik də, iş rəhbəri də, iqtisadçı da – hamısı sağ olsun. Mən20 il bundan öncə bu zavod açılarkən mitinqdə dedim və 20 il keçəndən sonra bir daha deyirəm: sağ olsunlar ki,onların fədakar əməyi nəticəsində bu zavod iki il müddətində tikildi və istifadəyə verildi. Sağ olun.Burada inşaatçılar çoxdur. Azərbaycanın bütün tikinti idarələri, nazirlikləri buraya cəlb olunmuşdular.Onların hamısının adını çəkmək mümkün deyildir. Ancaq bütün bu inşaat işləri mənim bilavasitə tapşırığımlaƏliş Ləmbəranskiyə həvalə olunmuşdu. İşlərə o rəhbərlik edirdi. Mən çox şadam ki, Əliş Ləmbəranskiburadadır. Mən o vaxt, 20 il bundan öncə ona öz təşəkkürümü bildirdim. Çox şadam ki, 20 il keçəndən sonra oda buradadır, bizimlə bərabərdir. Ona və onun rəhbərliyi altında burada işləmiş bütün inşaatçılara,quraşdırıcılara, mütəxəssislərə – hamısına təşəkkürümü bildirirəm. [216-217]Amma 20 il bu zavodu yaşatmağın, işlətməyin, bu səviyyədə saxlamağın özü də böyük bir şücaətdir. Mənqeyd etdim, – məhz buna inanmırdılar. İnanmırdılar ki, biz bu zavodu yüksək səviyyədə tikə bilərik. Ən çox daona inanmırdılar ki, biz bunu tiksək də, lazımi səviyyədə istismar edə bilmərik, ondan istifadə edə bilmərik.Lakin biz sübut etdik ki, onu da edə bilərik, bunu da edə bilərik.İyirmi il müddətində burada çox adamlar işləyiblər, gəliblər, gediblər. Amma elələri var ki, zavod tikiləndənişə başlayandan bəri, iyirmi ildir buradadırlar. Bəziləri burada çıxış etdilər. Xüsusən, bizim hörmətli dostumuz,bu zavodun tikintisində iştirak edən başqa adamlar, zavodun veteranları, gənclər çıxış etdilər. Hamınızburadasınız. Çoxunuz iyirmi ildir işləyirsiniz. Ondan sonra gələnlər də var. Hamınıza təşəkkür edirəm.O vaxt bu zavod tikilərkən mən Sənan Axundovu ona direktor təyin etdim. 81-ci ildə biz onu irəli çəkərəknazir vəzifəsinə qoyduq, onun yerinə isə elə bu zavod tikilməyə başlandığı vaxtdan baş mühəndis vəzifəsindəişləyən Fuad Quliyevi təyin etdim. Fuad Quliyev, Sənan Axundov bu zavoda bu iyirmi il müddətində layiqlirəhbərlik ediblər. 81-ci ildən indiyədək bu zavodun yaşamasında, inkişaf etməsində Fuad Quliyevin xüsusixidmətləri var və onu da qeyd edirəm. İyirmi il müddətində bu zavodu layiqincə işlədənlərin hamısına, sizinhamınıza təşəkkür edirəm.Bilirsinizmi, mən həyatımda çox böyük işlər görmüşəm. Məni sevindirən o işlərin müsbət nəticələridir.Bilirsiniz ki, mənim həyatımın çox ağır və çətin dövrləri də olub. Hətta o illərdə mənə qarşı haqsızlıq,ədalətsizlik də olurdu. Azərbaycana nalayiq rəhbərlik edən bəzi adamlar az qalırdı bu zavodu dağıtsınlar, çünkibu zavodun tikilməsi Heydər Əliyevin təşəbbüsü ilə olub və onun adı ilə bağlıdır.Təəssüf ki, bizim daxilimizdə belə düşmənlər də olub.O vaxtlar mən uzaqlarda Azərbaycanın dərdini çəkirdim, o cümlədən daim bu kollektivin, bu zavodun dadərdini çəkirdim. Çünki bu kollektiv, bu zavod, bax bu müəssisənin hər bir divarı, hər bir guşəsi, hər bir cihazı,bu zavodun ətrafında o vaxtlar mənim təşəbbüsümlə əkilmiş qızılgüllər, ağaclar, bir sözlə, hər şey mənim üçünəzizdir. Ona görə də o çətin illərdə mən öz dərdimi unudub, xalqımın dərdini, respublikanın dərdini çəkirdim,sizin dərdinizi, bu kollektivin dərdini çəkir[217-218]dim. Allaha şükürlər olsun ki, o qara günlər keçib getdi, biztarixin sınaqlarından çıxdıq. Mən iyirmi il bundan qabaq sizin qarşınızda idim, indi bu gün də sizin qarşınızdaalnıaçıq, üzüağ durmuşam.Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir: zavod da, fabrik də, elektrik stansiyası da, yol da, körpüdə, ev də, bina da, saray da – hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənimVətənimdir, mənim torpağımdır, insanlardır. Mən daim insanlara xidmət etmişəm. Bu gün də vətəndaşlarıma,xalqıma xidmət edirəm. O ağır günlərdə də xalqımdan, sıravi adamlardan, səmimi adamlardan həmişə dəstəkalmışam. Ona görə də mən xalqıma – Azərbaycan xalqına öz sədaqətimi bir daha bildirirəm və xalqımı yaşadaninsanlara, xalqımı irəliyə aparan insanlara öz hörmət və təşəkkürümü bildirirəm.Dünən bu zavodun 20 illik yubileyi münasibətilə mən zavoda xüsusi təbrik məktubu göndərmişəm. Bunudünən televiziya ilə xalqa çatdırıblar, sabah da qəzetlərdə olacaqdır. Lakin öz imzamla bunun mətnini mən sizətəqdim edirəm. Bu təbrik məktubudur. Qoy sizdə qalsın. Görürəm, orada tarixi yaxşı əks etdirən eksponatlarınızvar. Qoy onlardan biri də bu məktub olsun. Özüm isə sizin yanınıza gəlmişəm ki, bu bayramı sizinlə birlikdəqeyd edim. Böyük bayramdır. Sizi bir daha təbrik edirəm, sizə cansağlığı, səadət arzulayıram.Zavodun qarşısında duran problemlər həll olunacaqdır. Əgər zavodu 20 il yaşatmışıqsa, bundan sonra onunəinki yaşadacağıq, həm də inkişaf etdirəcəyik. Zavoddan əmələ gəlmiş yeni zavodlar da məni çox sevindirdi.Onların da inkişaf etdirilməsi üçün səy göstərəcəyik. Sizin hamınızı yaşatmaq üçün və irəliyə getmək üçünAzərbaycan dövləti, bir prezident kimi mən də səylərimi əsirgəməyəcəyəm. Biz bu çətin günlərimizi keçibgedəcəyik. Azərbaycanın işıqlı gələcəyi görünür, xoşbəxt gələcəyi görünür və əmin olun ki, biz gedib ogələcəyə çatacağıq.Sizi bir daha təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm. Sağ olun. [218-219]111

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!