11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Qapılarımız dünyaya açıqdır. Azərbaycan azad, sərbəst ölkədir. Azərbaycan dünya birliyində öz yerini tutub,eyni zamanda dünya birliyinin fəal üzvü olmaq istəyir, dünya birliyində, dünya iqtisadi sistemində özünəməxsusyer tutmaq istəyir. Ona görə də biz qapılarımızı açmışıq ki, bizimlə əməkdaşlıq etmək istəyənlər ölkəmizəgəlsinlər. Zəngin təbii sərvətlərimizə, iqtisadi və intellektual potensialımıza görə Azərbaycana maraq artıbdır.Məlumdur ki, bir il bundan öncə Azərbaycan Respublikasının Xəzər dənizi sektorundakı neftyataqlarından müştərək istifadə olunması üçün böyük bir neft müqaviləsi bağlanıbdır. Bu, "Əsrin müqaviləsi"adlanıbdır. Bir ay bundan əvvəl – noyabrın 10-da yenə də Xəzər dənizinin Azərbaycan sektorunda böyük birneft yatağının xarici neft şirkətləri ilə müştərək işlənməsi üçün yeni bir müqavilə imzalanıbdır. Qarşıda yenilayihələrimiz var, onları da həyata keçirəcəyik. "Əsrin müqaviləsi" proqramı üzrə ilkin neftin ixracı üçün bizçox əhəmiyyətli bir qərar qəbul etmişik. İki marşrut – həm şimala, həm qərbə doğru marşrut üzrə neft kəmərinintikilməsi haqqında qərar qəbul etdik: Şimala Rusiyanın ərazisindən Novorossiysk limanına, qərbə Gürcüstanınərazisindən Qara dənizdəki Supsa limanına. Bunlar da çox əhəmiyyətli addımlardır. Güman edirəm ki, bunlar öznəticələrini verəcəkdir.Türkiyə Cümhuriyyəti, onun şirkəti bizim böyük neft müqaviləsinin Üzvüdür. Orada Türkiyənin böyükpayı var. Biz Türkiyə ilə bu sahədə əməkdaşlıq edirik və bundan sonra da edəcəyik. Güman edirəm ki, buəməkdaşlıq iqtisadiyyatımızda qarşılıqlı surətdə faydalı olacaqdır.İqtisadiyyatımızın digər sahələrinə də maraq göstərənlər və [175-176] onlarla tanış olmaq istəyənlər var.Biz hamını dəvət edirik. Bu gün Türkiyənin iş adamlarının böyük bir qrupu ilə aparılan söhbətlər, onlarınverdiyi məlumatlar onu göstərir ki, artıq Türkiyə ilə Azərbaycan arasında olan iqtisadi əlaqələr inkişaf edir,irəliyə gedir və bu əlaqələrin çox gözəl gələcəyi var. Bunların hamısı bizi sevindirən hallardır.Bizi kədərləndirən, incidən, ağrıdan isə yeddi ildən artıq bir dövrdə Azərbaycana Ermənistan tərəfindənolan hərbi təcavüzdür, təcavüz nəticəsində Azərbaycan torpaqlarının işğal olunmasıdır. Torpaqlarımızın 20faizindən çoxu işğal olunubdur. Bu torpaqlardan bir milyondan artıq vətəndaşımız qaçqın düşübdür, ağır,çıxılmaz vəziyyətdə yaşayırlar. Hörmətli qonağımız Süleyman Dəmirəllə birlikdə bu gün Bakıda qaçqınlarınyaşadığı bir məntəqəyə getdik. Qaçqınlarla görüşdük. Ağır, çətin vəziyyətdə yaşayırlar. Mən hətta avtomobildəgedərkən hörmətli Süleyman bəyə deyirdim ki, bilirsiniz, xalqımız indi ağır vəziyyətdədir. Biz bunları dərkedirik. İqtisadi vəziyyət çətindir. Respublikamızda sosial-iqtisadi böhran hökm sürür. Amma belə bir şəraitdəinsanlarda nikbin bir əhval-ruhiyyə var. Bizim qonağımız – hörmətli Süleyman Dəmirəl və onu müşayiət edənşəxslər bu gün də, dünən də bu əhval-ruhiyyəni küçələrdə, meydanlarda, qaçqınlarla görüşlərdə gördülər.Qaçqın olasan, evini, eşiyini, obanı, varını-yoxunu itirəsən, qohum-əqrəbanın bir hissəsini itirəsən,şəhidlər verəsən və bu cür nikbin vəziyyətdə yaşayasan – bu, məhz Azərbaycan xalqına xas olan birxüsusiyyətdir. Məhz bizim xalqlarımıza xas olan bir xüsusiyyətdir. Amma eyni zamanda bunlar bizi məcburedir, qarşımızda böyük vəzifə qoyur ki, biz bu vəziyyətdən çıxmalıyıq. Yəni işğal olunmuş torpaqlar azadolunmalıdır. Yerindən-yurdundan didərgin düşmüş vətəndaşlarımız öz yerinə qayıtmalıdırlar. Azərbaycanınərazi bütövlüyü təmin olunmalıdır. Müstəqil Azərbaycanın sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır. Bu,bizim qarşımızda duran ən böyük, ən məsuliyyətli, eyni zamanda ən çətin vəzifədir. Bu, bizim Üzərimizə düşənböyük bir məsuliyyətdir və biz bu məsuliyyətimizi hiss edirik.Dəfələrlə demişəm, bu gün də qeyd edirəm ki, biz bu məsələləri sülh yolu ilə həll etmək istəyirik. Onagörə də 19 ay bundan əvvəl atəşkəs haqqında saziş imzalamışıq. Biz o sazişə riayət edirik, bundan sonra dariayət edəcəyik. [176-177]Ancaq biz bu müddətdən istifadə edib məsələni həll etməliyik. Məsələ həll olunmalıdır. Məsələ sülhyolu ilə həll olunmalıdır. Biz buna nail olmalıyıq. Beynəlxalq təşkilatlar buna kömək etməlidir. Böyük dövlətlərbuna kömək etməlidir. Türkiyə Cümhuriyyəti buna kömək etməlidir, dünya ictimaiyyəti buna kömək etməlidir.Çünki bizə, Azərbaycan xalqına qarşı ədalətsizlik, haqsızlıq olubdur. Azərbaycan xalqına qarşı edilən təcavüzola bilər ki, tarixdə misli görünməmiş təcavüzdür, vəhşilik misli görünməmiş bir vəhşilikdir və buna dözməkolmaz. Biz buna dözürük. Amma dünya ictimaiyyəti dözməməlidir. Haqq, ədalət dözməməlidir. Ona görə dəbelə vəziyyət aradan götürülməlidir.Biz dözümlüyük. Biz sülhsevərik. Biz müharibə istəmirik. Biz sülhsevər millətik, xalqıq. Ancaq bizimdözümümüzün də həddi-hüdudu var. Biz dözürük, dözəcəyik o vaxta qədər ki, məsələ sülh yolu ilə həll olunsun.Məsələ sülh yolu ilə həll olunmalıdır. Əgər həll olunmasa bu məsələni biz özümüz bildiyimiz kimi həlledəcəyik.Bu ağır, çətin məsələnin, vəzifənin həll olunmasında biz Türkiyə Cümhuriyyətinin, onun rəhbərlərininvə şəxsən hörmətli dostumuz Süleyman Dəmirəlin yardımını, dəstəyini daim hiss edirik. Ümidvar olduğumubildirmək istəyirəm ki, bu iki gün müddətində Azərbaycanla tanış olandan, qaçqınların o vəziyyətini görəndən,Azərbaycanın sülhsevər olduğuna bir daha inanandan sonra həm prezident Süleyman Dəmirəl, həm dəTürkiyənin digər rəhbər şəxsləri və Türkiyə Cümhuriyyəti Azərbaycanın bu vəziyyətdən çıxması üçün dahatəsirli addımlar atacaqlar. Biz bunu gözləyirik, buna ümid bəsləyirik.Bu gün buraya toplaşanların hamısı böyük məhəbbət hissi ilə toplaşıblar. Çünki bu gün biz türkdünyasının bir hissəsi kimi burada bir-birimizlə görüşürük. Türk dünyası inkişafdadır. Türk dünyasının böyük90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!