11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Biz dörd il bundan öncə Azərbaycan Respublikasının dövlət müstəqilliyinə nail olmuşuq. Bəzilərinə eləgəlir ki, dörd il çox böyük bir müddətdir. Ancaq keçid dövründə, bir iqtisadi-siyasi sistemdən başqa bir iqtisadisiyasisistemə keçid dövründə dörd il o qədər də böyük bir dövr deyildir.Azərbaycanın müstəqilliyini inkişaf etdirmək üçün, qorumaq üçün, möhkəmləndirmək üçün və onu əbədietmək üçün vaxt lazımdır. Ancaq eyni zamanda hər gün çalışmaq lazımdır, hər gün fəaliyyət göstərməklazımdır. Buna görə də sizin əsas vəzifəniz bundan ibarət olmalıdır.Bunun üçün sizin qarşınızda Azərbaycanın Əsas Qanunu [307-308] var, Konstitusiyası var. İndi bütüngənclərin fəaliyyəti artıq keçmiş ideoloji tələblərdən, ideoloji prinsiplərdən, ideoloji buxovlardan azaddır.Hamımız üçün bir məqsəd var, müstəqil Azərbaycan Respublikası və onun Əsas Qanunu – Konstitusiyası var.Hesab edirəm ki, keçən il bizim ən böyük nailiyyətimiz müstəqil Azərbaycan Respublikasının ilkKonstitusiyasını qəbul etmək oldu. Konstitusiya referendum vasitəsilə, ümumxalq səsverməsi vasitəsilə qəbulolundu. Hesab edirəm ki, bu, uzunömürlü Konstitusiya olacaqdır və Azərbaycanın dövlət müstəqilliyini təminetmək üçün, Azərbaycan xalqının gələcək rifahını təmin etmək üçün çox gözəl yollar açır və açacaqdır.Konstitusiyada hər bir vətəndaşın hüquqları, azadlıqları öz əksini tapıbdır, eyni zamanda hər bir vətəndaşınvəzifələri öz əksini tapıbdır. Konstitusiyanın maddələrinin üçdə bir hissəsi respublika vətəndaşlarının, ocümlədən gənclərin hüquq və azadlıqlarına həsr olunub. Əmin ola bilərsiniz: biz çalışacağıq ki, vətəndaşlarınKonstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun, qorunsun və Konstitusiyanın bütünmaddələri ardıcıl surətdə həyata keçirilsin, tətbiq olunsun.Vəzifələr isə, şübhəsiz ki, hər bir vətəndaşın özünün üzərinə düşən borcdur, məsuliyyətdir. Amma eynizamanda bu, dövlət tərəfindən görülən tədbirlər nəticəsində, ayrı-ayrı təşkilatlar tərəfindən, siyasi partiyalartərəfindən, gənclər təşkilatları tərəfindən görülən tədbirlər nəticəsində reallaşdırılan, həyata keçirilənvəzifələrdir. ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bu vəzifələrin həyata keçirilməsini özünüz üçünhəyat məqsədi kimi qəbul edəcəksiniz və bunları həyata keçirməyə çalışacaqsınız.Mən təəssüf edirəm ki, bu gün burada gənclərin çıxışlarında Azərbaycanın ilk Konstitusiyası haqqındasözlər az deyildi. O mənada ki, yəni ona az istinad olundu, o Konstitusiyanın hər bir vətəndaşın, hər bir gəncinüzərinə qoyduğu vəzifələrin dərk olunması burada az səsləndi. Bu, təkcə gənclərə aid deyil, ümumiyyətlə bizimcəmiyyətimizə aid olan bir haldır. Çünki bunu etiraf etmək lazımdır, biz hələ qanunçuluq, konstitusiyaçılıqənənəsi yarada bilməmişik. Biz hələ ki, qanunun, Konstitusiyanın daim təbliğ olunmasına nail ola bilməmişik,qanunların hər bir vətəndaş tərəfindən dərk olunmasına nail ola bilməmişik.Bunları etiraf etmək lazımdır, ancaq bunları böyük bir [308-309] xəta da hesab etmək olmaz. Çünki indiyəqədər Azərbaycanda hüquqi dövlət olmayıbdır, qanunların işlənib-işlənilməməsi vətəndaşlar üçün o qədər dəəhəmiyyətli olmayıbdır və keçmişdə qəbul olunmuş konstitusiyalar, şübhəsiz ki, bizim dövlət orqanlarının,cəmiyyətin fəaliyyətini tənzimləmişdir, ancaq Əsas Qanun adı daşısa da Əsas Qanun olmamışdır. Əsas Qanunhakim Kommunist Partiyasının ideologiyası, onun ideoloji prinsipləri, onun irəliyə çəkdiyi vəzifələr olmuşdur.Ona görə də ümumiyyətlə cəmiyyətimizdə hələ ki, Konstitusiya yeganə bir Əsas Qanun kimi dərk olunmayıbdırvə hər bir vətəndaşın onun maddələrini öyrənmək, ona mənfəət verən maddələri dərk etmək, ondan istifadəetmək, hüquqlarını dərk etmək və həmişə hüquqlarının qorunmasını gözləmək, buna çalışmaq hissiyyatı hələbizdə yaranmayıbdır.Güman edirəm ki, bu da bizim qarşımızda duran vəzifədir, gənclər təşkilatlarının qarşısında duran vəzifədirvə bu vəzifəni yerinə yetirmək lazımdır. Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır.Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olanmaddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, buvəzifələri siz özünüzün ümdə vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanınmüstəqilliyini qoruyub saxlamaqdır.Mən sizə deyə bilərəm ki, Azərbaycan xalqının çoxəsrlik tarixində nailiyyətləri də olubdur, ağır dövrləri dəolubdur, qələbələri də olubdur, məğlubiyyətləri də olubdur. Ancaq bizim xalqımızın tarixində, ölkəmizintarixində dövlət müstəqilliyini əldə etmək kimi bir nailiyyət olmayıbdır. İndiyə qədər hər bir azərbaycanlı üçünbu qədər böyük xoşbəxtlik – dövlət müstəqilliyi kimi böyük bir xoşbəxtlik olmayıbdır. Bunu dərk etməklazımdır və bunu qorumaq lazımdır, bunu saxlamaq lazımdır. Bu gün mən sizi, bütün Azərbaycan gənclərini,Azərbaycanın gələcəyini əmin etmək istəyirəm ki, biz, o cümlədən bir Prezident kimi mən Azərbaycanın dövlətmüstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyacağıq və onu əbədi edəcəyik.Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirə bilməz, heç bir qüvvə Azərbaycanın dövlətmüstəqilliyini əlindən ala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacağıq. Buna əminola bilərsiniz. [309-310]Bu, dövlətin borcudur, bu, hər bir vətəndaşın borcudur. Bunun üçün çox iş görmək lazımdır.Müstəqilliyi təmin etmək üçün çox düşünülmüş xarici siyasət aparmaq lazımdır. Biz bunu aparırıq.Müstəqilliyi qoruyub saxlamaq üçün ölkəmizdə, respublikamızda vətəndaş həmrəyliyi, vətəndaş birliyiyaratmaq lazımdır, ictimai-siyasi sabitlik yaratmaq lazımdır, qanunların aliliyini təmin etmək lazımdır, sabitliyitəmin etmək lazımdır. Biz bunu edirik və edəcəyik.156

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!