11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

zavod Moskvada olan nazirliyin bir idarəsinə bağlı idi. O idarələr arasında o qədər də yaxın əlaqələr olmadığınagörə onlar buna imkan vermirdilər.Bu, keçmişdə olan vəziyyət idi. Amma təəssüf ki, bu vəziyyət indi də – Sovet İttifaqı dağılıb, biz dörd ildənartıqdır ki, müstəqil dövlət kimi yaşayırıq – bu struktur indiyədək də davam edir. O vaxtdan yaranmış bəzibirliklər elə yenə də birlikdir. İndi onlara şirkət, yaxud da konsern deyirlər, cürbəcür adlar qoyublar. Amma birçox zavodlar da elə təkbaşınadır. Məsələn, Bakı kondisionerlər zavodu bir zavod kimi təkbaşınadır. Heç birbirliyə daxil deyil. Doğrudur, sonralar orada iki-üç zavod bir birlik əmələ gətirdi, onların özlərinin birliyi var.Amma eyni zamanda elektrotexnika ilə əlaqədar onun yanında başqa zavodlar da var, onlar da müstəqildirlər.Ona görə də sənaye sahəsində, xüsusən ağır sənaye, maşınqayırma sənayesi sahəsində bizdə indiki strukturSovet İttifaqı vaxtından qalan strukturdur. Amma elə hamısı elədir. Mən bunu iclasın əvvəlində dedim, bir dətəkrar edirəm. Gərək Nazirlər Kabinetinin rəhbərliyi müəyyən etsin: onların bu müəssisələri idarə etməsi üçünhansı idarəetmə orqanı yaranmalıdır, yaxud yaranmalı deyil. Eyni zamanda, yeni bir şey yaratsaq, buradadedilər, bizdə respublika tərkibində 90-a qədər nazirlik, komitə, şirkət var. Onlardan 64-ü büdcədənmaliyyələşdirilir. Onların bu qədər saxlanılmasına ehtiyac varmı, yoxsa yoxdur? Şübhəsiz ki, yoxdur.Bir də qeyd edirəm, ancaq bu təkmilləşdirmə işi bir şeyi nəzərə almalıdır ki, biz bazar iqtisadiyyatı yolu iləgedirik, keçmiş sistemi saxlaya bilmərik. Yəni bu təkmilləşdirməni keçmiş sistemin əsasında apara bilmərik.Biz islahatlara, bazar iqtisadiyyatına uyğun struktur yaratmalıyıq. Ona görə də mən hesab edirəm ki, biz bu günqərar qəbul etməliyik. Qərarımız da ondan ibarət olmalıdır ki, hər bir nazirlik, komitə, şirkət müzakirə olunanbu məsələlərlə əlaqədar öz təkliflərini bir [262-263] həftə müddətində Nazirlər Kabinetinə verməlidir. NazirlərKabineti, onun rəhbərliyi Nazirlər Kabinetinə daxil olan orqanlarla birlikdə bu gündən başlayaraq bu işlə ciddiməşğul olmalıdır. Bir həftə gözləməməlidir ki, hansı məsələləri bilavasitə özü həll edəcək, bu işləri indiaparmalıdır. Bir həftə ərzində alınan təkliflər nəticəsində Nazirlər Kabinetinin tərkibinin təşkil olunmasıhaqqında təklif verməlidir – yanvar ayının 25-nə qədər. Eyni zamanda bizim bütün sosial-iqtisadi, təkrar edirəm,sosial-iqtisadi sahənin müasir tələblərə, konstitusiyanın tələblərinə uyğun idarə edilməsinin təkmilləşdirilməsihaqqında təklif verməlidirlər. Bu təkliflər ayın 25-nə qədər tam hazır olmalı, prezidentə təqdim edilməlidir vəmən əvvəlcədən deyirəm, bu təklifləri alıb onlarla tanış olandan sonra bir neçə günün içərisində biz bir də beləgeniş iclasa toplaşacağıq və orada bu məsələ geniş müzakirə oluna bilər. Artıq orada hər kəs nə ilə razıdır, nə ilərazı deyilsə – onu deyə bilər, yaxud da ki, o layihələrdə nəzərdə tutulmamış təklifləri irəli sürə bilər və bizbeləliklə, son qərarımızı qəbul edə bilərik.Ona görə də mən yenə deyirəm, bu gün geniş müzakirəyə ehtiyac yoxdur. Eyni zamanda, bu təkliflərinhazırlanma prosesində nazirliklər, – bu bütün nazirliklərə aiddir, – komitələr, konsernlər – hansılar ki, hesabedirlər ki, onlar yaşamalıdır və bundan sonra da həmin idarəetmənin bir subyekti kimi fəaliyyət göstərməlidir –onlar öz nazirliyinin, yaxud da ki, komitəsinin əsasnaməsini hazırlayıb verməlidirlər. Bu əsasnamələrdə həminnazirliyin vəzifələri, səlahiyyəti, struktur və onun fəaliyyətinə aid olan bütün başqa əsas prinsiplər əksolunmalıdır. Bu əsasnamələr prezident tərəfindən təsdiq olunmalıdır və onun əsasında iş təşkil edilməlidir. Bunagörə də mən bu gün tapşırıram ki, eyni zamanda bu vəzifənin də həyata keçirilməsi ilə paralel məşğul olasınız.İdarəetmənin təkmilləşdirilməsi prosesində, struktur dəyişiklikləri prosesində şübhəsiz ki, bir çox ixtisarlarolacaqdır. Bununla əlaqədar olaraq mən hamını xəbərdar edirəm ki, heç kəs belə tədbirlərin həyata keçirilməsiilə bağlı, öz sərəncamlarında olan əmlakın, binaların, maddi vəsaitlərin dağıdılmasına yol verməsin. Bunlarıqorumaq hər bir şəxsin borcudur. Bu xəbərdarlığı xüsusən ona görə edirəm ki, son illərdə respublikamızda,təəssüf ki, belə dağıdıcı proses gedibdir. Ayrı-ayrı nazirliklərin, idarələrin, komitələrin rəhbərləri, onlarınsərənca[263-264]mında olan məsələn, binanın, əmlakın bir hissəsini hansı şərtlərləsə kiməsə veriblər, başqamaddi vəsaitlərin bəzi hissəsini dağıdıblar. Bunlar da iqtisadiyyatımıza, respublikanın iqtisadi potensialına çoxağır zərbələr vurubdur.Əgər bir kəs nazirdirsə, rəhbərlik etdiyi nazirlik onun şəxsi mülkiyyəti deyildir. Əgər bir kəs böyükmüəssisənin rəhbəridirsə, o müəssisə onun şəxsi mülkiyyəti deyildir. Onun ixtiyarı yoxdur ki, müəssisənin birhissəsini özbaşına götürüb hansısa bir kommersiya strukturuna və ya başqa birisinə versin. Biz indiözəlləşdirməyə gedirik. O müəssisələr ki, səhmdar cəmiyyəti tərəfindən idarə ediləcək, orada da heç kiminixtiyarı olmayacaq ki, hətta özəlləşdiriləndən sonra da bu müəssisələrdən özbaşına istifadə etsin. Təəssüf ki,hələlik belə hallara çox rast gəlirik.Keçmişdə respublikamızda ittifaq tabeliyində olan çoxlu layihə, elmi-tədqiqat institutları, ayrı-ayrıtəşkilatlar olubdur. İndi onlar öz funksiyalarını itiriblər, binalarının bir hissəsində başlarını girləyirlər, birhissəsini də götürüb ona-buna verirlər. Nə ixtiyarları var, kimin ixtiyarı var? Yoxdur! Ona görə belə olubdur ki,respublikanın rəhbərliyi tərəfindən bu işə nəzarət edilməyib, özbaşınalıq olubdur, kim nə istəsə edibdir. Bunayol vermək olmaz və buraxılan bütün səhvlər düzəldilməli və bundan sonra qarşısı çox qətiyyətlə alınmalıdır.Bizdə Əmlak Komitəsi var, o nəyin sahibidir – təkcə fabriklərin, zavodların? Bəs Əmlak Komitəsi bunlarınsahibi deyilmi? Bunlar Əmlak Komitəsində uçotda var? Bəs nə cür olub ki, ayrı-ayrı nazirliklər, yaxud nazirlər,komitə sədrləri, institut direktorları, müəssisə rəhbərləri dövlət əmlakını özbaşına dağıdıblar? Biz bir ildirçalışırıq ki, dövlət əmlakının özəlləşdirilməsi haqqında proqram hazırlayaq və onu həyata keçirək. Ancaq eyni133

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!