11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

"Bakılılar", "Kəndlilər" filmlərinə nə qədər böyük həvəslə baxırdım. Yaxud, açıq danışaq, "Çapayev" filmi ovaxtlar bütün dünyanı gəzdi, bizim kimi gənclərə nə qədər böyük təsir buraxdı. Mən "Çapayev" filmini ona görədeyirəm ki, o, hər yerdə böyük rəğbətlə qəbul olunan film idi.Azərbaycan kinematoqrafiyasının Böyük Vətən müharibəsindən əvvəl, müharibədən sonrakı illərdə,daha sonrakı dövrdə yaratdığı filmləri, məsələn, elə "Arşın mal alan" filmini götürək. Böyük ÜzeyirHacıbəyovun yaratdığı "Arşın mal alan" əsəri dahi bir əsərdir, mədəniyyətimizdə çox görkəmli yer tutmuşəsərdir. Ancaq o film çəkilməsə idi dünya "Arşın mal alan"ı da o qədər tanıya bilməzdi, Üzeyir Hacıbəyovu da,Rəşid Behbudovu da o qədər tanıya bilməzdi. Görürsünüz, bir film ilə nə qədər böyük məsələlər həll olundu.Ondan sonrakı dövrdə çəkilən, sizin özünüzün çəkdiyiniz filmləri götürək, çox gözəl filmlərdir. Məsələn, məntariximizi əks etdirən filmlərə çox yüksək qiymət verirəm. Xatirimdədir, Mirzə Fətəli Axundov haqqında"Səbuhi" filmi çəkilmişdi. Ola bilər, bu gün bizim tənqidçilər desinlər ki, filmin burası belə, orası elədir. Ammao dövrə görə çox gözəl film yaranmışdı. Biz o filmə sevə-sevə baxırdıq, ondan özümüz üçün nəticələrçıxarırdıq.Sonrakı dövrdə yaranmış və tariximizi əks etdirən filmlər, məsələn, "Nəsimi", yaxud da "Babək", "DədəQorqud", "Nizami" filmləri gözəl filmlərdir. Xatirinizdədir, burada iştirak edənlərin bəziləri ilə o vaxtlar məndəfələrlə söhbət edirdim ki, tariximizin bir çox mərhələlərini kinoda əks etdirmək bu günümüz və gələcəyimizüçün çox gərəkli bir işdir. Məsələn, mən dəfələrlə söhbət aparmışdım ki, İkinci dünya müharibəsi dövründəAzərbaycan neftçilərinin fəaliyyətini kinoda göstərək. [185-186] Təəssüflər olsun ki, biz bunu edə bilmədik.Amma güman edirəm ki, vaxt gələcək, bunu edəcəyik. Bu il faşizm üzərində qələbənin 50 illiyini bütün dünyaqeyd etdi. Londonda da, Parisdə də, Moskvada da bütün dünya qeyd etdi. Bütün yubiley mərasimlərində – həmLondonda, həm Parisdə, həm də Moskvada keçirilən mərasimlərdə iştirak etmək mənə nəsib oldu. Qələbənin 50illiyini qeyd etməyə dünyanın, demək olar, bütün ölkələrinin başçıları toplaşmışdı.Mən o mərasimlərdə olarkən və oradakı nitqləri, çıxışları dinləyərkən daim düşünürdüm və bunu təkcəbiz yox, çoxları da dəfələrlə qeyd ediblər ki, əgər Azərbaycanın nefti olmasaydı, bəlkə faşizm üzərində qələbədə mümkün olmazdı, bəlkə də faşizm gəlib bütün dünyanı məhv edəcəkdi. Bu qələbə Azərbaycanın böyükxidmətidir. Bilirsiniz, bu yaxınlarda mən Fransada idim, orada gərək ki, Ümumdünya Bankında söhbət edirdim,onda da dedim. Qələbənin 50 illiyi yubileyində bunu Moskvada, başqa yerlərdə də qeyd edirdilər. Amma belədeyildi ki, Azərbaycanın nefti öz-özünə çıxıb cəbhədə tankları da, təyyarələri də, avtomobilləri də doldurdu vəgedib bunlarla da faşistləri məğlub etdilər. Yox, bizim insanlar, Azərbaycan xalqı gecə-gündüz çalışaraq neftiçıxarıb böyük çətinliklərlə cəbhəyə göndərirdi. Xatirinizdədir, o zaman Qafqazın şimalı artıq faşist ordusutərəfindən zəbt olunmuşdu, dəmir yolu işləmirdi. Xəzər dənizi, yaxud Orta Asiya vasitəsilə nə qədər çətinlikləcəbhəyə neft göndərilirdi. Bunu Azərbaycan xalqı, Azərbaycan edibdir. Bu, bizim tarixi nailiyyətimizdir. Onagörə də mən çalışırdım ki, bunu kinoda əks etdirək, lakin edə bilmədik.Bir bu deyil, tariximizin hələ çox səhifələri var ki, onları kinoya salmaq lazımdır. Məsələn, "DədəQorqud"un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki, gəlin açıq danışaq, eləözümüzün içərisində də çoxları "Dədə Qorqud"u yaxşı bilmirlər. "Dədə Qorqud"un, Azərbaycan xalqınınkökünü çoxları yaxşı bilmirlər. O əsəri oxumaq, onun dili də çox adam üçün çətindir, – onu dərk etmək dəçətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur.Yaxud "Nəsimi" filmini götürün. Nəsimini çoxları tanıyırdı, şerlərini də bilirdilər. 600 illik yubileyinidə keçirdik. Amma Nəsimini kinoda necə əks etdirdilərsə, insanların qəlbində, hafizəsində Nəsimi o cür qəbulolundu. Mən dəfələrlə demişəm, [186-187] Vaqif bizim böyük şəxsiyyətimizdir. Səməd Vurğun onun haqqında"Vaqif" dramını yaratdı və bu əsər milli teatrımızda tamaşaya qoyuldu. Böyük sənətkarlarımız ƏləsgərƏləkbərovun, Sidqi Ruhullanın və başqalarının yaratdıqları gözəl obrazlardan sonra hamımız Vaqifi elə o cürtəsəvvür edirik. Amma vaxtilə Vaqif zahirən necə olub, – bunu heç kəs bilmirdi. Çünki nə rəsmi, nə də portretiqalıbdır. Amma Səməd Vurğun əsər yaratdı, milli teatrımız, sənətkarlarımız tamaşa yaratdılar və bu, tarixdəqaldı. Ona görə də bizim tarixi mövzulara aid olan filmlər çox dəyərlidir. Ola bilər, bədii cəhətdən birinin bir,digərinin başqa çatışmazlığı var, bunlar o qədər əhəmiyyətli deyildir. Əhəmiyyətli cəhət ondan ibarətdir ki, biztariximizi salnaməyə salmışıq, kino sənətinə salmışıq.O cümlədən müasir həyatımızla əlaqədar mövzuları xatırlayaq. Məsələn, "Uzaq sahillərdə" filmiAzərbaycan xalqına nə qədər şöhrət gətirdi! Mən bunu bir dəfə demişəm, ancaq fürsətdən istifadə edib bir dədemək istəyirəm ki, ümumiyyətlə, Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi xidmətim var. O vaxtmən DTK-da işləyirdim, 50-ci illərin əvvəlləri idi. Müharibə vaxtı kimin faşistlərə xidmət etməsi, kimin onlarasatılması, kimin qəhrəman olması məsələləri ilə çox məşğul idik. Düzünü deyim, ümumiyyətlə o zaman bizimsistemin istiqaməti də bundan ibarət idi ki, düşmənlərimizə kimin kömək etdiyini axtarıb tapaq. Bu işlər gedirdi.Bunlarla məşğul olarkən təsadüfən Mehdi Hüseynzadə haqqında materiallara rast gəldim. Öncə onu belə təqdimetdilər ki, .başqaları kimi əsir düşübdür, faşistlərə xidmət edibdir. İlkin məlumatlardan Mehdi Hüseynzadəhaqqında belə bir təsəvvür yarandı və bu cür materiallar da hazırlandı.Ancaq xoşbəxtlik orasındadır ki, biz bunun dərinliyinə getdik. Ola bilər, bunu ilk dəfədir deyirəm,şəxsən mən özüm məsələnin dərinliyinə getdim. Baxdıq gördük ki, doğrudan da o, əsir düşübdür, faşistlərin96

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!