11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ancaq bizdəki balkonlarda nəinki gül-çiçək yoxdur, – mən bunu 20 il bundan qabaq da demişəm, yeni bir şeydeyil, – həmin binadan hərə öz istədiyi kimi istifadə edir. Rayonların rəhbərləri də, şəhərin baş arxitektoru da,bu işə cavabdeh olan başqa adamlar da artıq bununla razılaşıblar. Kim nə istəyir, onu da edir. Şəhər anarxiyavəziyyətinə dönüb.Şəhərin hər bir rayonuna rəhbərlik edən adamlar var, gərək ki, hər bir rayonun arxitektoru da var. Buarxitektor nədən ötrüdür? Ondan ötrüdür ki, ondan-bundan pul alsın, öz cibinə işləsin və rayonun arxitekturagörkəmini pozsun? Yaxud ondan ötrüdür ki, rayonun memarlıq səviyyəsini daha da yuxarıya qaldırsın. Onagörə də mən xəbərdarlıq və tələb edirəm ki, şəhərimizi bu cür çox korlayan hallara son qoyulsun. Hesab edirəmki, belə qurğuları da dağıtmaq lazımdır.Xatirimdədir, mən vaxtilə belə hallara qarşı mübarizə aparırdım. 70-ci illərdə o vaxtkı Basin küçəsində birbina tikilmişdi, onun həyət tərəfində hərə özü üçün qapalı balkon qurmuşdu. Mən sadəcə öz fikrimi dedim ki,burada qeyri-qanuni işlər görülüb, dağıtmaq lazımdır. Sonra bəzi təxribatçı adamlar balta götürüb onlarısındırmağa, dağıtmağa başladılar. Hamı da dedi ki, bu, Heydər Əliyevin göstərişidir. Bəziləri də bununla sünitəxribat yaranmasına nail oldular. Mən bunların heç birisindən qorxmuram, narahat da deyiləm. Çünki, yenə dədeyirəm, Bakının xüsusiyyətləri, keyfiyyəti, [485-486] arxitektura görkəmi mənim üçün hər bir şeydənüstündür. Ancaq mən bu cür təxribat halları ilə rastlaşmışam və ona görə də xəbərdarlıq edirəm ki, heç kəs belətəxribatçı yollara getməsin.Şəhərdə arxitektura nizam-intizamı yaratmaq lazımdır. Şəhərin baş arxitektoru, arxitektura idarəsi,rayonların arxitektorları və onlarla birlikdə şəhərin rəhbərləri və onların rəhbərləri bu işə cavabdehdirlər,məsuldurlar, bu işlə ciddi məşğul olmalıdırlar. Mən bir il idi ki, bu fikirləri demək istəyirdim, bu gün sadəcəolaraq bunu deməyə fürsət tapmışam. Tam səmimiyyətlə deyirəm ki, mən hər dəfə şəhərə çıxıb görüşə gedibgələndə,belə halları görəndə əsəblərim, ola bilər, iki-üç gün pozulur. Çünki mən şəhərin hər bir daşını, hər birküçəsini, binasını özüm üçün doğma hesab edirəm. Əgər hər kəs millətini, şəhərini, Vətənini və paytaxtımızolan Bakını sevirsə, belə hissiyyatla yaşamalıdır. Yoxsa hərə özü üçün hansısa yaramaz bir şərait yaradır, həminşəraitin özü də sən deyən bir mədəni şərait deyil, şəhərin arxitektura görkəmini pozur. Bunlara son qoymaqlazımdır.Bax, həmin bu mənfi hallarla müqayisə edəndə belə bir yeni binanın tikilməsi çox müsbət işdir, şəhərə yenibir gözəllik verir. Özü də bura şəhərin ən mərkəzi nöqtələrindən biridir. Bu gözəllik, şübhəsiz ki,təqdirəlayiqdir. Bu binanı yaradanlar böyük iş görüblər. Bu münasibətlə mən şəhərin, Beynəlxalq Bankınrəhbərliyini və Türkiyə Cümhuriyyətinin bu inşaatı aparan şirkətinin rəhbərliyini də təbrik edirəm.Yaxşı binadır. Yenə də deyirəm, mən hər yerə, hər bir detala baxa bilmədim. Amma gördüyümdən belə birtəəssürat əldə etdim, topladım ki, yaxşı binadır – həm görkəmlidir, həm yararlıdır, gözəldir, həm də işləməküçün burada yaxşı şərait yaradılıb. Təbrik edirəm. Tikintinin bir xüsusiyyəti də ondan ibarətdir ki, bu,Azərbaycan ilə Türkiyə arasında əməkdaşlığın nəticəsidir. Mən dəfələrlə demişəm ki, xarici ölkələrdən, xüsusənbizimlə dost, yaxın olan Türkiyədən iş adamları gəlib burada iş görsünlər. Belə iş adamlarından biri də bu binanıtikən şirkətin rəhbəridir. Onlar çox yaxşı iş görüblər. Bu, bir daha sübut edir ki, respublikamız TürkiyəCümhuriyyəti ilə və onun ayrı-ayrı özəl şirkətləri ilə əməkdaşlıq edə bilər. Mən bunu bəyənirəm. Dəfələrlədemişəm, bir daha bəyan edirəm ki, belə yararlı, faydalı işlər üçün Azərbaycanda şərait yaranıb və bundanistifadə etmək lazımdır. [486-487]İndi bu bankın qarşısında duran vəzifələr haqqında bir neçə kəlmə demək istəyirəm. Bu bankrespublikamızda çox əhəmiyyətli bir müəssisədir. Ümumiyyətlə, hər bir ölkənin bankı onun iqtisadiyyatının,maliyyəsinin ən mötəbər bir hissəsidir. Keçmişdə biz uzun müddət sosialist quruluşu sistemində yaşamışıq vəbankın əhəmiyyətini o qədər də hiss edə bilməmişik. Çünki o vaxt bank dövlətin qoyduğu qanun-qaydalarlafəaliyyət göstərirdi və ola bilər, onun əhəmiyyətini hər bir kəs hiss etmirdi. Adi bir vətəndaş heç vaxt bilmirdiki, bank nə iş görür, nə edir. O gedib işləyir, kassir onun məvacibini verir, bəzən də bu məvacibi verəndə ondanbir balaca kəsib götürür. Ancaq hər halda verir, o da heç bankın harada olduğunu bilmir.Keçmiş dövrdə insanların bankla əlaqələri ən çox əmanət kassaları ilə idi: pulunu aparıb ora qoyurdun, onlarda iki faiz verirdilər, ya da vermirdilər. Yəni vətəndaşlarımız bank sistemi ilə heç vaxt yaxın münasibətdəolmamışdılar. Amma indiki quruluşumuzda, həyatımızda, vətəndaşlarımız və geniş kütlə bank sistemi ilə çoxyaxın münasibətdə, əlaqədə olmalıdır. Çünki bu, həyatın tələbidir. Beynəlxalq bank bu baxımdan həmrespublikamızın iqtisadiyyatına, həm də vətəndaşlarımıza xidmət etmək üçün çox böyük məsuliyyət daşıyır vəonun qarşısında çox mühüm vəzifələr durur.Mən ümidvar olduğumu bildirmək istəyirəm ki, belə gözəl, yaraşıqlı, yaxşı işləmək üçün şəraiti olan binaəldə edən Beynəlxalq Bankın kollektivi bundan sonra daha da səmərəli işləməli, fəaliyyətini yüksəklərəqaldırmalıdır. Onun fəaliyyəti necə olmalıdır, – mən bu təfərrüata toxunmaq istəmirəm, – bu, bankın daxili,spesifik işləridir. Bunları siz məndən də yaxşı bilirsiniz. Ancaq bircə məsələni demək istəyirəm, o da ondanibarətdir ki, bank sisteminin təkmilləşdirilməsini təmin etmək lazımdır. İqtisadi islahatların həyatakeçirilməsində, respublikamızın bazar iqtisadiyyatı yolu ilə inkişaf etməsində qarşımızda duran əsasvəzifələrdən biri bank sistemi islahatlarının aparılması və təkmilləşdirilməsidir.243

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!