11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

RUSİYA PREZİDENTİ APARATIİNFORMASİYA İDARƏSİ RƏİSİNİNMÜAVİNİ MARINA NEKRASOVAYAMÜSAHİBƏMoskva18 yanvar 1996-cı ilSual: Heydər Əliyeviç, ekspertlər yazırlar ki, hazırda Azərbaycan MDB ölkələri arasındaəmin-amanlığın mövcud olduğu respublikalardan biridir. Bununla əlaqədar belə bir sual verməkistərdim: Parlaq gələcəyi olan, irəliləyən respublikanı Müstəqil Dövlətlər Birliyinə gətirib çıxaran nədir?Sizdən ötrü MDB nə deməkdir? Nəyə görə bu birlikdə iştirak etməyi qərara aldınız?Cavab: Əvvəla, Azərbaycanı daha çox əmin-amanlığa malik respublikalardan biri adlandırmaq olmaz.Çünki Azərbaycan yeddi ildir Ermənistan tərəfindən təcavüzə məruz qalır. Bunun nəticəsində Azərbaycanərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş torpaqlardan birmilyondan artıq vətəndaşımız zorla qovulmuşdur və qaçqın kimi ağır şəraitdə, çoxları çadırlarda yaşayırlar.Məhz bu, Azərbaycanın həyatını olduqca çətinləşdirən faktdır. Doğrudur, Ermənistanla gedən bumüharibədə il yarımdan artıqdır ki, atəşkəsə nail ola bilmişik. 1994-cü ilin mayında atəşkəs haqqında sazişimzalanmışdır. Yəni biz 20 aydır ki, barışıq, atəşkəs şəraitində yaşayırıq. Əgər bu baxımdan yanaşsaq, deyəbilərik ki, bəli, əmin-amanlıqdır. Keçmişlə müqayisədə daha çox əmin-amanlıqdır. Bununla belə, müharibə vədigər amillər bizim bütün həyatımızı çətinləşdirir. Məsələn, respublikamızın şimal hissəsində gediş-gəlişinməhdudlaşdırılmasını götürək. Bizim Rusiya ilə sərhədimiz – həm dəmir yolu, həm də avtomobil yolu bağlıdır.Bu, işlərimizə mənfi təsir göstərir. Eyni zamanda nəzərə alsaq ki, biz daxildə bir çox siyasi prosesləri aradanqaldıra, ictimai-siyasi sabitlik yaratmağa nail ola bilmişik, sizin dediyinizlə razıyam, indi respublikada vəziyyətdaha yaxşıdır. Əvvəlki illərdə belə deyildi. [283-284]Axı, xarici amillərlə yanaşı, əvvəllər Azərbaycanda daxili siyasi vəziyyət də çox ağır idi. Bu mənada bizxeyli uğurlara nail olmuşuq və respublikada həqiqətən əmin-amanlıq yaranmışdır.Sualınıza cavab verirəm ki, Azərbaycanı MDB-yə daxil olmağa gətirib çıxaran nədir. Bəli, AzərbaycanMDB-yə daxil deyildi, siz bunu bilirsiniz. 1993-cü ildə, vətəndaş müharibəsi vəziyyətində olanda daAzərbaycan MDB-yə daxil deyildi. Mən bir neçə ay respublikada ictimai rəyi, xalqı inandırmalı oldum ki,Azərbaycanın MDB-yə daxil olması zəruridir.Müstəqil Dövlətlər Birliyinə daxil olmağımızın səbəbi nədir? Bizim ölkələrimiz, indi birliyə daxil olanmüstəqil dövlətlər bir çox onilliklər ərzində bir dövlətin tərkibində olmuşuq, elə ondan əvvəl də bir dövlətintərkibində idik, ona görə də bütün bu illərdə, xüsusən Sovetlər İttifaqının mövcud olduğu illərdə bizi çox şeymöhkəm bağlayırdı. Sovetlər İttifaqı çərçivəsində məhsuldar qüvvələrin yerləşməsi, yaxud bunların haradayerləşdirilməsinin müəyyən edilməsi respublikaların iqtisadiyyatının, sənayesinin bir-biri ilə sıx bağlanmasınasəbəb olmuşdu. Bir də ki, axı, biz insanıq. Əvvəllər sərhədlər yox idi, insanlar bütün Sovetlər İttifaqını sərbəstgəzib dolaşırdılar, kim isə haradasa məskən salırdı, kim isə Azərbaycandan kənarda yaşamağa başlamışdı.Rusiyada, Moskvada belə azərbaycanlıların sayı çoxdur. Ona görə də bütün bu əlaqələri qırmaq, sərt dövlətsərhədləri ilə məhdudlaşdırmaq olmaz. Keçid dövrü ilə, bir sosial-iqtisadi sistemdən digərinə keçilməsi iləəlaqədar iqtisadiyyatda, sosial-siyasi həyatda yaranmış çətinliklərin aradan qaldırılmasına olan ehtiyac bizim birbirlik daxilində olmağımızın zəruriliyini şərtləndirir.Ona görə də biz Müstəqil Dövlətlər Birliyinə daxil olmuşuq və hesab edirəm ki, düz iş görmüşük. Ötən iki ilərzində biz heç nə itirməmişik, əksinə qazanmışıq.Sual: Heydər Əliyeviç, yüksək səviyyədə görüşdən əvvəl siz Rusiya prezidenti Boris NikolayeviçYeltsinlə, baş nazirlə görüşdünüz. Bu görüşlərin nəticələri necədir?Cavab: Mən bu görüşlərdən razıyam. Hesab edirəm ki, onlar çox səmərəli oldu. Nəticə də yaxşıdır.Prezident Boris Nikolayeviç Yeltsinlə biz bir neçə mühüm məsələni, ən əvvəl Dağlıq Qarabağla bağlıErmənistan-Azərbaycan münaqişəsi[284-285]nin qəti olaraq aradan qaldırılması məsələsini müzakirə etdik. Bizhəmin məsələ barəsində fikir mübadiləsi apardıq, məsələnin tənzimlənməsinin bəzi mümkün variantlarınınəzərdən keçirdik. Boris Nikolayeviç indi bu problemlə fəal məşğul olmağı qərara almışdır. Mən bunu düzhesab edirəm. Biz bəzi tədbirlər barədə də razılığa gəldik. Bu tədbirlər həmin münaqişənin aradanqaldırılmasına nail olmaq üçün, hərbi əməliyyatların tez bir vaxtda tamamilə dayandırılması üçün görülməlidir.Mən bundan çox razıyam.Biz bu məsələni Rusiya Federasiyası hökumətinin baş naziri Viktor Çernomırdin ilə də müzakirə etdik.Boris Nikolayeviçlə Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin bəzi məsələlərini də müzakirəetdik. Zənnimcə, biz bu problemlərin müzakirəsini qarşılıqlı anlaşma və razılıq şəraitində başa çatdıra bildik.142

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!