11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

edib Gürcüstana rəsmi səfərə gəlmişəm. Məhz buna görə mən bu gün sizinlə, Gürcüstan parlamenti ilə görüşəgəlmişəm. Hesab edirəm ki, indiyədək gördüyümüz işlərə əlavə olaraq bu səfər ərəfəsində bir çox [412-413]işlər görmüşük və o işlərin də nəticələri bu gün imzalanmış çox əhəmiyyətli sənədlərdə öz əksini tapıbdır.Bu gün biz Gürcüstan ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqındaböyük bir müqavilə imzaladıq. İlk dəfə olaraq Azərbaycan Respublikasının prezidenti və Gürcüstan prezidentiQafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında çox dəyərli bir bəyannamə imzaladılar. Bu iki tarixi sənədbir-birini tamamlayan sənədlərdir, ikisi birlikdə böyük bir kompleks təşkil edir. Əgər birinci sənəd yalnızGürcüstanla Azərbaycan Respublikası arasında olan əlaqələrin hüquqi əsasını yaradır və inkişaf etdirirsə, ikincisənəd Qafqazda sülhün, əmin-amanlığın yaranması üçün böyük yollar açır. Mən əminəm ki, cənabŞevardnadzenin və mənim imzaladığımız bu bəyannaməyə Qafqazın sülhsevər qüvvələri, sülhsevər dövlətləri,respublikaları da qoşulacaqlar və bu, Qafqazda sülh, əmin-amanlıq yaratmaq üçün yaxşı bir əsas olacaqdır.Azərbaycanda bundan sonra çıxarılacaq neftin Qara dənizə nəql olunması üçün neft kəmərinin Gürcüstanərazisindən çəkilməsi haqqında bu gün Gürcüstan ilə Azərbaycan Respublikası arasında bir neçə çox mühüm,dəyərli sənəd imzalandı. Azərbaycan neftinin iki marşrut ilə – şimaldan Rusiya ərazisi ilə və qərbdən Gürcüstanərazisi ilə Qara dəniz sahilinə ixrac olunması haqqında qəbul edilmiş qərar Azərbaycan RespublikasınınGürcüstan ilə dostluq və qardaşlıq əlaqələrini geniş nümayiş etdirən bir amildir. Biz bu qərarı qəbul edərkənüzərimizə böyük məsuliyyət götürmüşük və bu məsuliyyətin ağırlığını da dərk edirik. Lakin bu qərarı qəbuledərkən həm cəsarət nümayiş etdirmişik, həm də Qafqazda Gürcüstan ilə Azərbaycan Respublikası arasındadostluğun, qardaşlığın daha da möhkəm olması üçün dəyərli bir addım atmışıq. Mən ümidvaram ki, bizim buqərarımız böyük gələcək işlərin başlanğıcıdır.Bilirsiniz ki, Azərbaycanda 1994-cü ilin sentyabrında imzalanmış neft müqaviləsi 30 il müddətindəbağlanıbdır. Ancaq hesab edirəm ki, 30 il də son hədd deyildir. Azərbaycanın çox bol, zəngin neft yataqları var,onların istismar olunması və onun bir hissəsinin Gürcüstan ərazisindən ixrac edilməsi bundan sonra nəinki illər,hətta on illər ərzində davam edəcəkdir və bu da bizim aramızda olan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrinidaha da inkişaf etdirəcəkdir. [413-414]Deyiləsi sözlərim çoxdur. Lakin vaxtınızı çox almaq istəmirəm, çünki məsələlərin çoxunu siz özünüzbilirsiniz. Mən yalnız bir-iki məsələnin üzərində dayandım. Ancaq bir neçə kəlmə də Azərbaycanda indikivəziyyət barədə demək istəyirəm.Qeyd etdim ki, Azərbaycan dörd ildir müstəqil dövlət kimi yaşayır. Biz Azərbaycanda müstəqil,demokratik, hüquqi, sivilizasiyalı dövlət qururuq. Bu, strateji yolumuzdur və biz bu yoldan heç vaxtdönməyəcəyik. Həyatımızın bütün sahələrində demokratiyanın inkişafı üçün lazımi tədbirlər görürük.Azərbaycanda siyasi plüralizm, din azadlığı, vicdan azadlığı – insanların bütün azadlıqları təmin olunur vətəmin olunacaqdır. Azərbaycan çoxmillətli ölkədir və biz buna görə iftixar hissi duyuruq. Bunu müsbət bir halhesab edirik. Azərbaycanda yaşayan bütün vətəndaşlar dilindən, dinindən, milliyyətindən asılı olmayaraqbərabər hüquqlara malikdirlər və Azərbaycan onların hamısı üçün doğma vətəndir.Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir. Biz aqrar sektorda və iqtisadiyyatın bütünsahələrində islahatlar aparırıq. Mülkiyyətin özəlləşdirilməsini bazar iqtisadiyyatına böyük bir yol kimi qəbuletmişik. Biz iqtisadiyyatı bu yolla aparacağıq və iqtisadiyyatımızda, ictimai-siyasi həyatımızda demokratiyayolu ilə gedəcəyik. Keçmiş sosialist rejiminə Azərbaycanda daha yol yoxdur. Azərbaycan xalqının yoludemokratiya yoludur, bazar iqtisadiyyatı yoludur, dövlət müstəqilliyi yoludur.Bu prinsiplər əsasında biz 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil AzərbaycanRespublikasının ilk konstitusiyasını qəbul etmişik. Noyabrın 12-də müstəqil Azərbaycan Mili Məclisini ilk dəfəçoxpartiyalı sistem əsasında, demokratik prinsiplər əsasında seçmişik.1988-ci ildən sonra Azərbaycanın həyatında Ermənistanın təcavüzü ilə yanaşı, daxildə də çox mürəkkəbproseslər gedibdir. Azərbaycan xalqının başına gəlmiş bəlalardan ən faciəlisi 1990-cı il yanvarın 20-dəxalqımıza qarşı sovet ordusu tərəfindən edilmiş hərbi təcavüzdür və baş vermiş faciədir. Erməni silahlıqüvvələrinin Azərbaycana təcavüzü nəticəsində, dediyim kimi, çox şəhidlər, çox qurbanlar olubdur. Ancaq dördil bundan öncə, 1992-ci il fevralın 26-da Qarabağda Xocalı adlı böyük bir yaşayış məntəqəsində Azərbaycanxalqına qarşı [414-415] soyqırımı törədilib və yüzlərlə, minlərlə azərbaycanlı qadın, qoca, körpə, günahsız insanvəhşicəsinə öldürülübdür.Bu faciəli hallarla yanaşı, Azərbaycanın daxilində cürbəcür qüvvələr, cürbəcür qruplar hakimiyyət uğrundamübarizə apararaq ictimai-siyasi vəziyyətin sabitliyini pozmuş və uzun illər Azərbaycanın daxilində vəziyyətçox gərgin olmuşdur. 1993-cü ilin ortalarında – iyun ayında Azərbaycanda vətəndaş müharibəsi baş vermiş,Azərbaycanda dövlət böhranı meydana gəlmiş və Azərbaycan böyük bir fəlakət qarşısında durmuşdu.Respublikanın ziyalıları, ağsaqqalları, hörmətli adamları məni Bakıya dəvət etdilər və o vaxtdan mən yenə dəAzərbaycandayam, Bakıdayam.Ötən iki il yarım müddətində Azərbaycanda daxili ictimai-siyasi vəziyyətin sabitləşdirilməsi üçün çoxtədbirlər görülübdür. Bir neçə dəfə dövlət çevrilişi cəhdləri olmuşdur. Bunların qarşısını biz xalqın gücü ilə,xalqın milli həmrəyliyi ilə ala bildik və indi artıq Azərbaycanda ictimai-siyasi vəziyyət tam sabitdir. Doğrudur,208

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!