11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

CÜMƏ MƏSCİDİNDƏ MÖMİNSOYDAŞLARIMIZLA GÖRÜŞDƏ ÇIXIŞTbilisi9 mart 1996-cı ilƏziz bacılar və qardaşlar!Əziz dostlar!Azərbaycan Respublikasının Prezidenti kimi mən Gürcüstan Prezidenti Eduard Şevardnadzenin dəvəti iləburaya rəsmi səfərə gəlmişəm. Biz iki gündür ki, gürcü xalqının qonaqpərvərliyi ilə əhatə olunmuşuq və buradagürcü xalqı ilə Azərbaycan xalqı arasında və respublikalarımız arasında olan dostluq əlaqələrininmöhkəmlənməsi və inkişaf etməsi üçün lazımi tədbirlər görürük.Mən buraya Azərbaycanın böyük şəxsiyyətləri Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh və Fətəli xanXoyskinin qəbirlərini ziyarət edəndən sonra, Azərbaycanın böyük şəxsiyyəti, Azərbaycanın ilk demokratikrespublikasının Baş naziri Fətəli xan Xoyskinin qəbri üzərindəki abidənin açılması mərasimindən sonragəlmişəm.Bura Azərbaycan müsəlmanlarının məscididir. Bu, Allah evidir, müqəddəs evdir. Məscidə gəlmək, Allahaitaət etmək, Allahın əmrlərini yerinə yetirmək hər bir insanın, müsəlmanın borcudur. Mən çox məmnunam ki,Gürcüstan torpağında, Tbilisi şəhərində azərbaycanlıların belə bir ibadət yeri var, özlərinin məscidi var. Buməsciddə hər bir azərbaycanlı, hər bir müsəlman gəlib Allaha ibadət edir, dua edir, öz müsəlmanlıq borcunuyerinə yetirir. Bu, böyük nemətdir. Eyni zamanda bu, gürcü xalqının Azərbaycan xalqına və bütün xalqlara nəqədər xoş münasibəti olduğunu göstərir. Bu, gürcü xalqının başqa dinlərə çox dəyərli münasibətini göstərir.Mən bunu çox qiymətləndirirəm.Siz, Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın vətəndaşlarısınız. Gürcüstanın həyatının bütünsahələrində öz fəaliyyətinizi göstərirsiniz və bundan sonra da göstərəcəksiniz. Məmnuniyyətlə qeyd edə bilərəmki, mənim dostum, hörmətli Eduard Şevardnadze Gürcüstana başçılıq edəndən sonra Gürcüstanda yaşayanazərbaycanlıların vəziyyəti yaxşılaşıb, Gürcüstanda yaşayan azərbaycanlılar, doğrudan da, bütün hü[425-426]quqlarına malik olublar və bu hüquqlardan istifadə etmək imkanı qazanıblar. Sizin bu hüquqlarınızdan biridə vicdan, din azadlığınızdır. Bizim Azərbaycanda da və Gürcüstanda da indi bütün insan azadlıqları bərqərarolubdur və o cümlədən din, vicdan azadlığı tamamilə bərqərar olubdur.Siz burada – Gürcüstan torpağında azərbaycanlı, müsəlman kimi öz dininizi indiyədək qoruyubsaxlamısınız, bu günlərdə isə dininizi yaşatmaq, inkişaf etdirmək üçün daha da geniş imkanlar əldə etmisiniz.Bu, indi Gürcüstanda hökm sürən demokratiyanın, azadlığın parlaq nümayişidir. Buna görə mən Gürcü xalqına,Gürcüstan dövlətinə və Prezidentinə Azərbaycan xalqı adından öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.Bir daha deyirəm, siz Gürcüstanın vətəndaşlarısınız Gürcüstanın bütün qanun-qaydaları həyatınızın qanunvə qaydalarıdır. Sizin də borcunuz Gürcüstanda hörmətli Eduard Şevardnadzenin rəhbərliyi altında görülənbütün tədbirlərdə fəal iştirak etməkdir. Gürcüstanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsinəçalışmaq və Gürcüstanda bu ağır vəziyyətdən çıxmaqdan ötrü aparılan tədbirlərdə iştirak etmək, ona dəstəkvermək sizin vətəndaşlıq borcunuzdur.Mən çox məmnunam ki, siz burada azad, sərbəst yaşayırsınız, öz hüquq və azadlıqlarınızdan istifadə edəbilirsiniz. Ancaq eyni zamanda əmin olduğumu bildirmək istəyirəm ki, Gürcüstanda yaşayan azərbaycanlılarbundan sonra da bütün hüquqlarından istifadə edə biləcək, Gürcüstanın bərabər hüquqlu vətəndaşları kimiyaşayıb-yaradacaq və Gürcüstan Respublikasının, dövlətinin möhkəmləndirilməsi üçün öz səyləriniəsirgəməyəcəklər.Gürcü xalqı ilə Azərbaycan xalqı arasında olan dostluq, qardaşlıq əlaqələri çoxəsrlik tarixə malikdir. Onlarsarsılmazdır və biz də bu günlərdə bundan sonra da bu dostluq əlaqələrinin möhkəmlənməsi üçün çalışmışıq,çalışacağıq.Mən sizin hər birinizə bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Gürcüstanda yaşayan hər birazərbaycanlını bağrıma basıram, öpürəm, hər birinizə cansağlığı, xoşbəxtlik arzulayıram. GürcüstanRespublikasına, Gürcüstan dövlətinə qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsini arzulayıram. Sağolun.Buraya gəlişim münasibətilə mən Qurani-Kərimi Azərbaycan dilində öz adımdan sizə təqdim edirəm ki, onuöz dilimizdə oxuya biləsiniz. Sizin məscidə mənim hədiyyəm olan xalçanı qəbul edin və yadigar kimi saxlayın.Sağ olun. [426-427]214

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!