11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

alarkən xalqımızın igid övladları şəhid olmuşlar. Mən bu Yeni il axşamı bütün şəhidləri böyük minnətdarlıqhissi ilə xatırlayıram. Allah onlara rəhmət eləsin. Onların ruhu şad olsun. Bir də bəyan edirəm ki, şəhidlərinqəhrəmanlığı bizim qəlbimizdə, gələcək nəsillərin qəlbində əbədi yaşayacaqdır. Şəhid ailələrini Yeni ilmünasibəti ilə ürəkdən təbrik edirəm! Əziz həmvətənlərim! Sizin dərdiniz, [251-252] qəminiz bütün xalqımızın,mənim dərdimdir, qəmimdir. Biz sizinlə daim bir yerdəyik. Sizi təbrik edirəm, eyni zamanda sizə təşəkküredirəm ki, sizin ailələrinizdə Azərbaycanın mənliyini qoruyaraq, özünü şəhid verən qəhrəman övladlar olublar.Siz bununla fəxr edə bilərsiniz.Yeni il təbrikimi, salamlarımı qaçqın, köçkün vəziyyətində olan vətəndaşlarımıza çatdırıram. Onların birçoxu çadırlarda yaşayır. Bəlkə də onlarda televizor yoxdur. Radio vasitəsilə, başqa vasitə ilə bəlkə mənimsəsimi eşidəcəklər, mənim bu sözlərim onlara çatacaqdır. Sizin ağır vəziyyətdə yaşamağınız bizi daim rahatsızedir, incidir. Ancaq sizin dözümlülüyünüz bizdə böyük iftixar, qürur hissi doğurur.Siz öz dözümlülüyünüzlə xalqımıza xas olan dözümlülüyü bir daha dünyaya nümayiş etdirirsiniz. Əmin olabilərsiniz ki, siz öz evinizə, obanıza qayıdacaqsınız, öz doğma torpağınıza, öz əcdadlarınızın yaşadığı, sizinözünüzün yaşadığınız yurdlara qayıdacaqsınız. Buna əmin ola bilərsiniz. Dözmüsünüz, dözümlülüyə görə sizətəşəkkür edirəm. Sizi təbrik edirəm. Nikbin olun. Bu Yeni ili nikbinliklə qarşılayın və əmin olun ki, 1996-cı ilsizə də, bizə də – hamımıza böyük nailiyyətlər gətirəcəkdir.Mən Yeni il təbrikimi, salamımı Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün azərbaycanlılaraçatdırıram. Bu gün, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik günüdür, çox əlamətdar gündür. Artıqdünyanın çox ölkələrində azərbaycanlılar yaşayır. Onlar günü-gündən bir azərbaycanlı kimi müstəqilAzərbaycan Respublikasına öz hörmətini, məhəbbətini, sevgisini bildirirlər. Bu, müstəqil Azərbaycan üçünəlamətdar bir haldır. Ümidvaram ki, bu proses günü-gündən inkişaf edəcək və dünyanın bir çox ölkələrinəsəpələnmiş azərbaycanlılar azərbaycanlı kimi özlərini daha da cəsarətlə dərk edəcəklər, bir-biri ilə həmrəyolacaqlar, bir-birinə əl tutacaqlar, bir-birinə yardım edəcəklər, bir-birinə dayaq olacaqlar. Hamısı birlikdəmüstəqil Azərbaycan Respublikası ilə həmrəy olacaqdır. Biz də – müstəqil Azərbaycanda yaşayanazərbaycanlılar bütün dünya azərbaycanlıları ilə daim həmrəyik, daim onların qayğıları ilə yaşayırıq, onlarhaqqında düşünürük, onlara öz hörmət və ehtiramımızı bildiririk. Mən sizi, əziz azərbaycanlılar, dünyanın hansıqitəsində, hansı ölkəsində olmağınızdan asılı olmayaraq, səmi[252-253]mi qəlbdən salamlayıram, sizi Yeni ilmünasibəti ilə təbrik edirəm!Bütün Azərbaycan xalqını, Azərbaycan vətəndaşlarını bir daha ürəkdən təbrik edirəm! Hər birvətəndaşımıza cansağlığı, səadət arzulayıram, işlərinizdə uğurlar arzulayıram. Əminəm ki, müstəqil AzərbaycanRespublikası, Azərbaycan dövləti, demokratik Azərbaycan 1996-cı ildə yeni bir tarixi addım atacaqdır.Yeni iliniz mübarək olsun, əziz bacılar, qardaşlar, əziz həmvətənlər! [253-254]128

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!