11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

FRANSA TELEVİZİYASININMÜXBİRİ İLƏ MÜSAHİBƏParis11 yanvar 1996-cı ilMüxbir: Cənab prezident, Sizinlə görüşməyimizi, Sizdən müsahibə almağımızı özümüzə şərəfhesab edirik, bizim üçün vaxt ayırdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mənim adımAluni de Polinidir. Mən bir neçə həftə bundan əvvəl Azərbaycanda olmuşam və Azərbaycana həsr edilən300 dəqiqəlik film çəkmişəm. Sizdən indi alacağımız müsahibə "Evro-Nuys" kanalı ilə ingilis, fransız,alman və ispan dillərində efirə gedəcəkdir. Bu müsahibə dünyanın 80 ölkəsinə yayılacaqdır.Cənab prezident, Siz Bakıdan Parisə qədər uzaq bir məsafəni qət edərək mərhum prezident FransuaMitteranın dəfn mərasimində iştirak etmək üçün gəlmisiniz. Cənab Mitteranla Sizin əvvəllər dostluqəlaqələriniz olmuşdumu?Cavab: Bəli, olub. Mən cənab Mitteranı çox illərdir tanıyıram. Vaxtilə mən Moskvada işləyərkən, Sovetlərİttifaqının rəhbərlərindən biri – Siyasi Büronun üzvü, eyni zamanda, Sovetlər İttifaqı Nazirlər Soveti sədrininbirinci müavini olduğum zaman cənab Mitteran Moskvaya səfərlər edərkən onunla görüşlərim olub,danışıqlarda iştirak etmişəm və onunla şəxsi tanışlığım olubdur. Sonra mən Azərbaycanda prezidentseçkilərindən iki ay sonra, yəni 1993-cü ilin dekabrında cənab Mitteran məni Fransaya rəsmi səfərə dəvətetmişdi. Bu rəsmi səfər zamanı mən cənab Mitteranın Fransada qonağı olmuşam və o vaxt biz çox əhəmiyyətlidanışıqlar aparmışıq, bir neçə sənədlər imzalamışıq. Müstəqil Azərbaycan Respublikası ilə Fransa arasında ilkyüksək səviyyəli əlaqələri biz mərhum cənab Mitteran ilə 1993-cü ilin dekabrında yaratmışıq. Sonra cənabMitteran ilə mən beynəlxalq toplantılarda da görüşmüşəm. Keçən ilin may ayında mən burada faşizm üzərindəqələbənin 50 illik yubiley mərasimlərində iştirak edərkən cənab Mitteranla da görüşlərim, söhbətlərim olubdur.Bunlara [272-273] görə və cənab Mitteranın dünya siyasətində çox görkəmli xidmətləri olduğuna görə mənonun dəfn mərasiminə gəlmişəm.Sual: İkinci sualım siyasi xarakterli olacaqdır. Cənab prezident Əliyev, Siz ölkənizdə yenidemokratiya yaratmısınız, onun əsasını qoymusunuz. Siz kommunistlərin Rusiyada yenidən hakimiyyətəqayıtmasından qorxmursunuzmu?Cavab: Bilirsiniz, biz doğrudan da Azərbaycanda demokratik prinsiplər əsasında dövlət qurmuşuq.Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Demokratik prinsiplər əsasında yeniparlament seçmişik. Azərbaycan parlamentində, Azərbaycanın hakimiyyət orqanlarında kommunistlər yoxdur.Rusiyada kommunistlərin parlamentdə çox yer götürmələri, şübhəsiz ki, Rusiyada vəziyyətin müəyyən qədərdəyişməsinə gətirib çıxara bilər. Amma mən bunun böyük təhlükəsini görmürəm. Birincisi, parlamentdə çox yergötürmək hələ hakimiyyəti əldə etmək demək deyil. İkincisi, güman edirəm ki, o parlamentə seçilmişkommunistlər də keçmiş kommunistlər kimi olmayacaqlar. Onlar demokratiya yolu ilə getməyə məcburolacaqlar.Sual: Cənab prezident, bayaq qeyd etdiyim kimi, bir ay bundan əvvəl mən Azərbaycanda olmuşam.Azərbaycanda çoxsaylı görüşlərim olub – adi insanlarla küçələrdə görüşmüşəm, biznesmenlərlə, yaşlıadamlarla, gənclərlə görüşlərim olub. Mən ölkənizdə olarkən Azərbaycanın zəngin mədəniyyətinin şahidiolmuşam. Təəssüf ki, dünyanın bu bölgəsində Azərbaycan mədəniyyətinin zənginliyindən bizdə tamtəfərrüatı ilə xəbərdar deyillər, Azərbaycana yalnız market, bazar kimi baxırlar. Azərbaycanın neft vəqaz ilə zəngin bir dövlət olduğunu bilirlər. Sualım belədir: Siz nefti və qazı Avropaya satmaqdan başqa,Azərbaycan mədəniyyətini Avropaya ixrac etmək, çatdırmaq istiqamətində nələr etmək istəyirsiniz?Cavab: Biz bunu mütləq edəcəyik. Məsələ burasındadır ki, Azərbaycan keçmişdə müstəqil dövlət olmayıb.O, Sovetlər İttifaqının tərkibində olub. Ona görə də Azərbaycanın özünəməxsus zəngin mədəniyyəti Avropada,Qərbdə o qədər yaxşı tanınmayıbdır. Biz cəmi dörd ildir ki, müstəqil dövlət kimi yaşayırıq. Bu müddətdəAzərbaycanın tanınması üçün artıq çox işlər görülübdür. Mən çalışacağam ki, Azərbaycanda [273-274]gördüyünüz zəngin, özünəməxsus milli mədəniyyəti Avropaya daha da geniş yayım. Biz baş qərargahı burada,Parisdə yerləşən YUNESKO-dan da istifadə edirik.Sual: Cənab prezident, son dəfə olduğum dövrdə məni həddindən çox təəccüb bürüdü, yaxşı mənadaçox heyrətləndim. Küçələrdə gənclərdən, qocalardan, hərbçilərdən müsahibələr aldım, çoxsaylıadamlarla görüşdüm. Ömrümdə birinci dəfə idi ki, yüz nəfərdən eyni zamanda müsahibə aldım və hamısizə olan sevgisindən, məhəbbətindən danışdı. Bir nəfər tapmadım ki, prezidenti sevmədiyini, onunməşhur olmadığını söyləsin. Bu hal ilə ömrümdə birinci dəfə qarşılaşdığım üçün sizə belə bir suallamüraciət edirəm: Siz özünüz məşhurluğunuzu, populyarlığınızı nə ilə izah edirsiniz?Cavab: Yəqin ki, həyatımda gördüyüm işlərlə. Mən öz xalqıma, millətimə, dövlətə həmişə sədaqətlə xidmət137

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!