11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TÜRKİYƏNİN VƏ AZƏRBAYCANIN İŞADAMLARI İLƏ GÖRÜŞDƏ ÇIXIŞPrezident sarayı8 dekabr 1995-ci ilHörmətli xanımlar və cənablar!Hörmətli qonaqlar!Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl ikinci gündür ki, Azərbaycandadır və proqrama görəTürkiyənin və Azərbaycanın iş adamları ilə görüş, nəzərdə tutulmuşdur. Hörmətli qonağımız – TürkiyəRespublikasının prezidenti ilə buraya qardaş ölkənin böyük bir qrup iş adamları gəlmişlər. Güman edirəm ki,onlar dünən də, bu gün də burada lazımi işlər görüblər və yəqin ki, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadiəlaqələrin bundan sonra irəliyə necə aparılacağı barədə öz sözlərini, fikirlərini deyəcəklər, təkliflərini irəlisürəcəklər.Biz hörmətli Süleyman Dəmirəllə dünən danışıq apararkən belə bir fikrə gəldik və xüsusən mən qeyd etdimki, Türkiyə ilə Azərbaycan arasında indiyə qədərki iqtisadi əlaqələri şübhəsiz ki, qiymətləndirməliyik. Çünkikeçmişdə heç bir şey olmayıbdır. Ancaq eyni zamanda bunları kafi hesab etmək olmaz, çünki tələbatımız – həmAzərbaycanın, həm də Türkiyə Respublikasında olan iş adamlarının, Türkiyə iqtisadiyyatının ehtiyacı indiyəqədər çatdığımız səviyyələrdən çox-çox artıqdır. Ona görə də biz daha geniş iş görməliyik.Mən qeyd etmişəm və bu gün bir daha deyirəm: noyabrın 12-də qəbul etdiyimiz konstitusiya, indiyə qədərvə bundan sonra qəbul edəcəyimiz qanunlar ölkəmizə xarici sərmayənin gəlməsinə, Azərbaycanda işgörülməsinə yaxşı imkanlar açacaqdır. Bilirsiniz ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Bizözəlləşdirmə proqramını qəbul etmişik və onu həyata keçirməyə başlamışıq. Aqrar sektorda, yəni kəndtəsərrüfatında ciddi iqtisadi islahatlar aparırıq. Ona görə də respublikamıza xarici sərmayənin gəlməsi, müştərəkişlərin görülməsi bizim üçün çox əhəmiyyətlidir. Şübhəsiz, bu baxımdan Türkiyə ilə olan əlaqələrimizi inkişafetdirmək, qardaş öl[155-156]kənin iş adamlarının Azərbaycana gəlməsi bizim üçün çox əhəmiyyətlidir.Doğrudur, şikayətlər də var ki, gəlib Azərbaycanda iş görmək üçün şərait bəzən o qədər də uyğun deyil,yaxud bəzi bürokratik əngəllər meydana çıxır. Hökumətin, dövlətin ayrı-ayrı orqanlarında bəzi şəxslər buməsələləri anlamadıqlarına, yaxud işlərimizə qəsdən mane olmaq istədiklərinə görə belə əngəlləri süni surətdəyaradırlar. Ola bilər, bunlar var. Mən buna etiraz etmirəm, hesab edirəm ki, yəqin respublikamızda belə qüsurlarmövcuddur. Ancaq mən demişdim və bir də demək istəyirəm: Azərbaycanla Türkiyənin əlaqələri elədir ki,gərək Türkiyənin iş adamları bizim aramızda bəziləri tərəfindən yaradılan buzu yara-yara ölkəmizə gəlsinlər.Məsələn, bilirəm ki, Türkiyənin iş adamları Rusiyada, başqa ölkələrdə həddindən artıq böyük miqyaslı işlərgörürlər. Mən bir-iki ay bundan əvvəl Rumıniyada idim. Bu ölkənin prezidenti ilə söhbət aparırdım. Hörmətliprezident Süleyman Dəmirəl də orada idi. Biz Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq TəşkilatınınZirvə toplantısında iştirak etmək üçün orada idik. Mənə dedilər ki, burada Türkiyənin çoxlu iş adamları var.Bunlar hamısı çox gözəldir. Bunlar Türkiyə iqtisadiyyatının nə qədər inkişaf etdiyini və dünyanın nə qədərböyük ölkələrinə çıxdığını göstərir. Biz buna sevinirik. Ancaq bütün bunları həyata keçirməklə yanaşı,Azərbaycanı da unutmaq lazım deyildir. Nəinki unutmaq, Azərbaycanda şərtlər başqa yerlərdən çətin, ağır olsada, bu şərtləri birlikdə aradan qaldırıb, ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirməliyik.Bizim fikrimiz, istəyimiz, arzumuz budur. Yəni xarici iqtisadi əlaqələrdə istiqamətimizin əsas yolu budur. Onagörə də mən Azərbaycana gəlmiş iş adamlarını salamlayıram və buraya gəldiklərinə görə təşəkkür edirəm.Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu görüşdən sonra bizim iqtisadi əlaqələrimizdə yeni dəyişikliklərəmələ gələcək, yəni bir inkişaf mövcud olacaq. Mən bu arzuları bildirməklə, öz çıxışımı bitirirəm. [156-157]80

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!