11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

haqqında heç bir sənəd yoxdur və heç bir tədbir də görülmür. O, keçmişdə qaldı. Çünki o zaman NazirlərKabinetinin tərkibi o dövrdə mövcud olan konstitusiyaya uyğun olaraq müəyyən edilmişdi. İndi, bir daha qeydedirəm ki, müstəqil dövlət kimi bizim ilk konstitusiyamızda Nazirlər Kabinetinin funksiyası, səlahiyyətləri,vəzifələri çox aydın göstərilmişdir. Ona görə də birinci növbədə gərək Nazirlər Kabineti özü NazirlərKabinetinin tərkibi haqqında təklif hazırlasın və prezidentin təsdiqinə versin.Nazirlər Kabinetinin mərkəzi aparatının strukturu haqqında da təkliflər hazırlanmalıdır. Şübhəsiz ki, bu işlərkonstitu[259-260]siyamıza, eyni zamanda iqtisadiyyatda strateji xəttimizə uyğun olmalıdır. Strateji xəttimizməlumdur, iqtisadi islahatların keçirilməsindən, bazar iqtisadiyyatının bütün sahələrdə tətbiq olunmasındanibarətdir. Ona görə də Nazirlər Kabinetinin tərkibi buna uyğun olmalıdır. Bunlar da konstitusiyamızda öz əksinitapıbdır, – mən sadəcə olaraq bunu dəqiqləşdirirəm, buna uyğun olmalıdır.Ancaq bir şeyi nəzərə almalıyıq. Hesab edirəm ki, bu, mütləq lazımdır. Biz bazar iqtisadiyyatına keçidmərhələsindəyik. Tam bazar iqtisadiyyatı Azərbaycanda bərqərar olduğu zaman, iqtisadi islahatlar həyatakeçirildikdən sonra, alınan nəticələrlə əlaqədar, şübhəsiz ki, həm Nazirlər Kabinetinin, həm də bütün mərkəziidarəetmə, icra orqanlarının funksiyaları, vəzifələri daha da təkmilləşəcək və o, tələblərə tam uyğun olmalıdır.Ancaq indi biz keçid dövründəyik. Keçid dövründə həm bu dövrün xüsusiyyətləri, həm də strateji xəttimizintələbləri nəzərə alınmalıdır. Demək, bu təkliflər həmin iki prinsip əsasında yaranmalıdır. Güman edirəm, buprinsiplər əsasında Nazirlər Kabinetinin tərkibi hazırlanmalıdır və prezidentin təsdiqinə verilməlidir. AncaqNazirlər Kabinetinin tərkibini son olaraq müəyyən etmək üçün gərək bizim bütün sosial-iqtisadi sahələrinidarəetmə, rəhbər icra orqanlarının həm strukturları, həm onların say tərkibi, həm də səlahiyyətləri, vəzifələrimüəyyən olunsun.Burada mən respublikamızın bir neçə nazirliklərini və orqanlarını kənara çıxarıram. Bu, güc nazirliklərimiz,hüquq mühafizə orqanlarımız, Xarici İşlər Nazirliyidir. Bunlar Nazirlər Kabinetinin tərkibinə daxil deyil. Onlarali icra orqanı olan prezidentin birbaşa tabeliyindədir. Eyni zamanda bu orqanların da həm strukturlarıtəkmilləşdirilməlidir, həm vəzifələri dəqiqləşdirilməlidir, həm də səlahiyyətləri tam dəqiqləşdirilməlidir. Onagörə də bu orqanlar müstəqil olaraq Nazirlər Kabinetindən ayrı bu vəzifələri özləri yerinə yetirib öz təkliflərinibirbaşa prezidentə təqdim etməlidirlər. Ancaq bütün başqa mərkəzi icra, idarəetmə orqanları NazirlərKabinetinin tərkibindədirlər. Ona görə də həmin orqanların hamısının birincisi, taleyi müəyyən edilməlidir.Hansı orqanın bundan sonra hansı sayda, tərkibdə fəaliyyət göstərməsi və onların strukturu müəyyənedilməlidir.Bu iş həm Nazirlər Kabinetinin rəhbərliyi tərəfindən, həm [260-261] də həmin nazirliklərin, komitələrin,şirkətlərin, konsernlərin rəhbərliyi tərəfindən görülməlidir. Şübhəsiz ki, bunların hamısına Nazirlər Kabineti,xüsusən baş nazir bilavasitə rəhbərlik etməlidir. Burada bir neçə fakt göstərildi. Bundan çox da göstərmək olar.Məsələn, burada deyildi ki, respublikada inşaatla ondan artıq nazirlik, komitə məşğul olur. Bundan əlavə bir çoxorqanlar öz tərkiblərində inşaat müəssisələri yaradıblar. Şübhəsiz ki, hər bir inşaat nazirliyi, komitəsi, şirkəti özözünüsaxlamağa çalışacaq. Çalışacaq sübut eləsin ki, o lazımdır, o müstəqil olmalıdır, müstəqil fəaliyyətgöstərməlidir. Ona görə də onların özü bu məsələni təkbaşına həll edə bilməzlər. Ancaq Nazirlər Kabineti, yənionun rəhbərliyi bu məsələyə baxmalıdır. Məsələn, inşaat kompleksinə baxmalıdır və müəyyən etməlidir ki,inşaat sahəsində hansı nazirlik, ya komitə, yaxud şirkət və başqa orqan fəaliyyət göstərməlidir. O nədən ibarətolmalıdır. Nazirlər Kabineti bu məsələni həmin orqanların başçıları ilə birlikdə həll etməlidir. Məsələn, NazirlərKabinetində inşaat işləri ilə konkret olaraq Abid Şərifov məşğul olur. Bu məsələləri o, həmin nazirliklərlə,komitələrlə, şirkətlərlə bir yerdə həll edib öz təkliflərini verməlidir.Yaxud Səməd Sadıqov burada dedi ki, bizim sənaye sahəsində çoxlu cürbəcür birliklərimiz, konsernlərimizvar. Keçmişdə sənayemizin əksər hissəsi Ümumittifaq tabeli sənaye olub. Ona görə də Azərbaycanda müvafiqnazirliyimiz olmayıb. Hətta yadımdadır, vaxtilə bizim neftayırma və neft kimyası sənayesi nazirliyimiz var idi.O vaxt Moskvadan dəfələrlə məsələ qoymuşdular ki, Azərbaycanda belə bir nazirliyin olmasına ehtiyac yoxdur.Çünki başqa respublikalarda belə nazirlik yoxdur. Bunu da ləğv etmək, o zavodları İttifaqın ayrı-ayrınazirliklərində olan birliklərə bağlamaq lazımdır.Bizim maşınqayırma, elektrotexnika sahələri üzrə zavodlarımız o vaxt da var idi, indi də var. Amma,məsələn, Neft-Kimya Maşınqayırma Sənayesi Nazirliyi Moskvada olduğuna görə onun burada"Azneftkimyamaş" adlı birliyi vardı. Həmin zavodların hamısı bu birliyə daxil idi. O deyəsən, indi də var,mövcuddur. Elektrotexnika sahəsində bizim bir çox zavodlarımız var idi. Əvvəldən də var idi, sonralar, xüsusən70-ci illərdə biz elektrotexnika sahəsində bir neçə zavod yaratdıq. Xatirəmdədir, o vaxtlar mən bir neçə dəfətəşəbbüs etmişdim ki, bu zavodları birləşdirək, elektrotexnika birliyi yaradaq və onun Azərbaycanda ümumi birrəhbərliyi olsun. Ancaq Elekt[261-262]rotexnika Sənayesi Nazirliyi buna razı olmurdu. Çünki elektrotexnikayamənsub olan bir zavod orada bir idarəyə, o birisi isə başqa bir idarəyə daxil idi. Onlar sahələrarası rəhbərliyipozmamaq Üçün buna razılıq vermirdilər və biz də bununla razılaşmalı olurduq.Yaxud xatirəmdədir, 70-ci illərdə biz Elektrotexnika, Radio-texnika Nazirliyi ilə əlaqədar bir çox işlərgördük, burada zavodlar, müəssisələr yaratdıq. Biz onların da birliyini yarada bilmirdik. Çünki onlarda da hər132

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!