11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN – TÜRKMƏNİSTANSƏNƏDLƏRİNİN İMZALANMASINDANSONRA BİRGƏ MƏTBUAT KONFRANSIPrezident Sarayı18 mart 1996-cı ilHörmətli xanımlar və cənablar, informasiya orqanlarının nümayəndələri! Bir az əvvəl Türkmənistanvə Azərbaycan arasında çox mühüm dövlət sənədləri imzalandı. Bu müstəqil Türkmənistan ilə müstəqilAzərbaycan Respublikası arasında münasibətləri daha möhkəm müqavilə – hüquqi əsas üzərində qurmaq üçünhəm Türkmənistan tərəfindən, həm Azərbaycan tərəfindən, həm də iki prezident tərəfindən göstərilmiş səylərnəticəsində mümkün olmuşdur. İndicə imzaladığımız bütün sənədlər son aylar, Türkmənistan prezidentihörmətli Saparmurad Niyazovun Azərbaycana rəsmi səfəri ərəfəsində aparılmış böyük səmərəli işin nəticəsidir.Bunlar çox mühüm sənədlərdir və Türkmənistan ilə Azərbaycan arasında bütün sahələrdə dostluq,mehriban qonşuluq münasibətlərinin daha uğurlu inkişafını təmin edəcəkdir. Dostluq və əməkdaşlıq haqqındasənəd çox böyük əhəmiyyətə malikdir və əvvəlki dövr ərzində xalqlarımız və ölkələrimiz arasında mövcudolmuş xoş münasibətləri, dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirir.Xalqlarımız və ölkələrimiz arasında münasibətlər yaxşı məlumdur və zəngin, çoxəsrlik tarixə malikdir.İndi onlar yeni hüquqi forma və zəmin, yeni məzmun kəsb edir. Bu, ondan ibarətdir ki, suveren müstəqildövlətlər olan Azərbaycan və Türkmənistan öz aralarında münasibətləri beynəlxalq hüquq normaları əsasında,xalqlarımızın nəsillərdən-nəsillərə keçmiş səmimi dostluq ənənələri əsasında qururlar.Mən dostumuz, Türkmənistan prezidenti Saparmurad Niyazovun Azərbaycana səfərinin başlanğıcından, bubir neçə saatda gördüyümüz işdən çox məmnunam. Əminəm ki, biz bundan sonra da səmərəli işləyəcəyik.Bütün bunlar nəinki Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə, həm dəölkələr, müstəqil dövlətlər ara[461-462]sında sülhün, əməkdaşlığın, mehriban qonşuluğun və xoş münasibətlərinmöhkəmlənməsinə böyük töhfə olacaqdır.Möhtərəm Saparmurad Atayeviç, Sizi Azərbaycana səfərin uğurla başa çatması münasibətilə təbrikedirəm. Bugünkü gün ərzində müşahidə etdiklərimizdən, imzalanmış sənədlərdən çox məmnun qaldığımı vəəmin olduğumu bildirirəm ki, bu sənədlər əməli surətdə həyata keçiriləcəkdir. Bildirirəm ki, Azərbaycanəməkdaşlığımızın dərinləşməsi və genişlənməsi üçün bütün bu sənədlərin yerinə yetirilməsini təmin etməkəzmindədir. Əməkdaşlığımızın dərinləşməsi və genişlənməsi üçün isə ehtiyat mənbələri və imkanları var.Qarşıda hələ çox böyük imkanlar durur. Ümidvaram ki, biz onlardan istifadə edəcəyik.Vaxtı çox almaq istəmirəm. Sənədlərin məzmunu məlumdur. Burada kütləvi informasiya vasitələrininnümayəndələri iştirak edirlər. Biz onların suallarına cavab verə bilərik.Sual: Hörmətli Saparmurad Atayeviç, mən sizin həmyerlinizəm, Aşqabatda doğulmuşam. İndimənə "Bakinski raboçi" qəzetinə başçılıq etmək etibar olunub. Azərbaycan ilə Gürcüstan arasındanəqliyyat əlaqələrini təkmilləşdirmək üçün bu yaxınlarda Poylu körpüsü yenidən quruldu. İndiAzərbaycan Avropaya çıxmaq imkanına malikdir. Sizə elə gəlmirmi ki, körpüdən sağ əli uzatmaqlabərabər Xəzərə tərəf sol əli də uzatmaq olar. Belə olan halda Türkmənistan da, bütövlükdə Orta Asiya daAvropaya və dünya okeanına çıxmaq üçün daha qısa yola malik ola bilərlər.S. Niyazov: Həmyerlimizə təşəkkür edirəm. Biz Heydər Əliyeviçlə dedik ki, Türkmənistanda təxminən100 min azərbaycanlı yaşayır. Onlar türkmənlərlə bərabər hüquqlara malikdirlər. Biz onları öz qardaşbacılarımızsayırıq. Biz hər şeyi edəcəyik ki, bundan sonra da etnik əlaqələr, gediş-gəliş azad – sərbəst olsun."Bakinski raboçi" qəzeti barəsində demək istəyərəm ki, biz bu qəzeti SSRİ dövründə həmişə oxuyurduq.Lakin SSRİ parçalandıqdan sonra əlaqələr qırıldı. Belə düşünürəm ki, sizin qəzeti Türkmənistanda da yaymaqolar.O ki qaldı Eduard Amvrosiyeviç Şevarnadze tərəfindən də imzalanmış regionda sülh haqqındabəyannamənin Heydər Əliyeviçin təşəbbüsü ilə imzalanmasına, biz bu sənədi dəstəkləyirik. Biz HeydərƏliyeviçlə Xəzər dənizi vasitəsilə nəqliyyat [462-463] əlaqələrindən danışdıq. Bizim limanımız texniki təchizatbaxımından geri qalır. Bununla əlaqədar yaxın vaxtlarda burada aparacağımız işlər iki xalqın mənafeyi naminədənizdə nəqliyyatın gecə-gündüz səmərəli işləməsinə imkan verəcəkdir. Gələcəkdə bizim Krasnovodsk dənizlimanını da yenidən qurmaq fikrindəyik. Artıq bundan sonra Mərkəzi Asiyaya Azərbaycan üçün yol tamamiləaçılacaqdır. Bu məsələdə də Heydər Əliyeviçlə mövqelərimiz tamamilə uyğun gəlir.H. Əliyev: Saparmurad Atayeviç, doğru deyirsiniz mövqelərimiz tamamilə uyğun gəlir. İradə Vəkilovanəqliyyat xəttini nəzərdə tutur. Elə nəqliyyat xəttini ki, onu Türkmənistandan, sizin Türkmənbaşı limanınızdanbaşlayıb Bakı limanından keçərək dəmir yolu ilə Gürcüstana, Qara dənizə yönəltmək olar. Zənnimcə, burada daperspektivləri var.231

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!