11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

GÜRCÜSTAN PARLAMENTİNİN XÜSUSİİCLASINDA NİTQTbilisi8 mart 1996-cı ilHörmətli Gürcüstan prezidenti cənab Eduard Şevardnadze, hörmətli parlament üzvləri! SiziAzərbaycan xalqı adından, Azərbaycan Respublikasının vətəndaşları adından səmimi qəlbdən salamlayıram,sizə və sizin simanızda dost, qardaş gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına xoş arzularımı bildirirəm.Bu gün müstəqil Gürcüstan parlamentində çıxış etməkdən çox böyük iftixar hissi duyuram və bunu həyatımdaəlamətdar bir hadisə hesab edirəm. Gürcüstan ilə Azərbaycan arasında, Gürcü xalqı ilə Azərbaycan xalqıarasında dostluq, qardaşlıq əlaqələrinin çoxəsrlik tarixi var. Biz əsrlər boyu dost, qardaş xalqlar kimi həmxoşbəxt günləri, həm də kədərli günləri, faciəli günləri bir yerdə keçirmişik. Xalqlarımız azadlıq uğrunda, milliazadlıq uğrunda, öz torpaqlarının müdafiəsi uğrunda, müstəqillik uğrunda yadelli qəsbkarlara qarşı əsrlər boyubir yerdə mübarizə aparıb, döyüşüb, vuruşublar və öz milli mənliyini, öz milli qürurunu daim qoruyublar.Dostluğumuz, qardaşlığımız böyük sınaqlardan keçibdir. Ötən dövrlərdə əlaqələrimiz daim sıx olubdur vəbiz bir-birimizə həmişə kömək etmişik, bir-birimizə dayaq olmuşuq. Bunların hamısı bizim tariximizdir, bizimkeçmişimizdir, xalqlarımızın əldə etdikləri nailiyyətlərdir. Bizim borcumuz, gələcək nəsillərin borcu tarixikeçmişimizə, ənənələrimizə, milli nailiyyətlərimizə hörmət etməkdən, onları qoruyub saxlamaqdan ibarətdir.Keçmiş dövrlərdə, keçmiş illərdə mən Gürcüstanda, Tbilisi şəhərində dəfələrlə olmuşam, burada keçiriləntəntənəli mərasimlərdə iştirak etmişəm. Gürcüstan vətəndaşlarına, gürcü xalqına qəlbimdə, ürəyimdə olansəmimi sözlərimi çatdırmışam və keçmiş dövrlərdə Gürcüstan torpağında olan görüşlərin mənim üçün əzizxatirələrdir. Mən onları yüksək qiymətləndirirəm və heç vaxt unutmayacağam. [408-409]Ancaq bu gün mən Gürcüstana Azərbaycan Respublikasının prezidenti kimi gəlmişəm və Gürcüstan damüstəqil dövlətdir, müstəqil respublikadır. Bizim xalqlarımız əsrin əvvəlində də müstəqillik uğrunda mübarizəaparıblar, 1918-ci ildə burada, Tbilisidə ilk dəfə həm Gürcüstan, həm də Azərbaycan xalqları ilk demokratikrespublikalarının qurulması haqqında bəyanat veriblər. O vaxt yaranmış müstəqil demokratik respublikalarımız– həm Gürcüstanda, həm də Azərbaycanda çox yaşaya bilmədi. Lakin o tarixi hadisələr bizim xalqlarımızınmüstəqil yaşamağa qadir olduğunu dünyaya nümayiş etdirdi. Bu gün mən böyük ehtiram hissi ilə xatırlatmaqistəyirəm ki, ilk Azərbaycan Demokratik Respublikası Azərbaycanın mütərəqqi insanları tərəfindən məhzburada, Gürcüstan torpağında, Tbilisidə 1918-ci il mayın 28-də elan olunmuşdur.Bu gün, həm Gürcüstan, həm də Azərbaycan müstəqil dövlət kimi yaşadığı və müstəqilliyin ilk addımlarınıatdığı bir zamanda mən yenə də buradayam, Gürcüstan torpağındayam, Tbilisi şəhərindəyəm və buradanmüstəqil Azərbaycan dövlətinin başçısı kimi, Azərbaycan prezidenti kimi müstəqil Gürcüstan dövlətininprezidentinə, müstəqil Gürcüstan dövlətinin parlamentinə müraciət edirəm.Dörd ildir ki, ölkələrimiz öz dövlət müstəqilliyini əldə ediblər. Bu dörd il Gürcüstan üçün də, Azərbaycanüçün də çox ağır, əzab və əziyyətli illər olubdur. Bəzən keçmiş illəri xatırlayarkən çoxları düşünür ki, ötənillərdə sülh şəraitində yaşayırdıq, insanlar firavan yaşayırdı, belə maddi çətinliklər yox idi və bəlkə də keçmişilləri biz gərək əlimizdən verməyəydik. Doğrudur, keçmişdə Gürcüstanın da, Azərbaycanın da böyüknailiyyətləri olubdur, bizim çox şən bayramlarımız olubdur, biz bayramlarda görüşmüşük. O vaxtlar indiki kimiağır və çətin problemlər olmayıbdır. Biz bunları unutmamalıyıq. Ancaq eyni zamanda keçmişə nisbətən indi çoxfəxr etməyə haqqımız var. Çünki bizim xalqımız üçün ən əziz, ən qiymətli olan milli azadlığı əldə etmişik,dövlət müstəqilliyini əldə etmişik.Hesab edirəm ki, bu nailiyyətlərə görə biz bütün əzab-əziyyətlərə dözməliyik. Ümidvaram ki, biz bütünçətinliklərə dözərək milli azadlığın və dövlət müstəqilliyinin gözəl nəticələrini görəcəyik və xalqlarımızın dahada firavan həyatının şahidi olacağıq.Mən bu gün qardaş Gürcüstan parlamentinin qarşısında bəyan edirəm ki, biz Azərbaycanda əldə etdiyimizmilli azad[409-410]lığı, dövlət müstəqilliyimizi XX əsrin ən yüksək neməti, ən yüksək nailiyyəti hesab edirik.Biz müstəqilliyimizi daimi edəcəyik, əbədi edəcəyik, qoruyub saxlayacağıq və heç vaxt dövlət müstəqilliyimiziəlimizdən verməyəcəyik.Şübhəsiz ki, müstəqilliyin ilk addımlarını atarkən biz çox çətinliklərlə qarşılaşırıq. Bizim respublikamızdabu çətinlikləri daha da gərginləşdirən, ağırlaşdıran amil Azərbaycanın müharibə şəraitində olmasıdır.Ermənistan Respublikası tərəfindən Azərbaycana hərbi təcavüz edilməsidir. Mən böyük təəssüf hissi ilə deyirəmki, uzun illər ərzində – on illərlə, yüz illərlə dostluq və mehribanlıq şəraitində yaşadığımız Qafqazda xüsusənZaqafqaziyada dostluq və mehribanlıq şəraitində yaşadığımız Ermənistanla Azərbaycan arasında olanmünasibətlər səkkiz il bundan öncə pozulub, Ermənistan tərəfindən Azərbaycana hərbi təcavüz edilib və bunlarda çox ağır nəticələr veribdir. Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində Azərbaycan206

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!