11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

TÜRKMƏNİSTAN PREZİDENTİSAPARMURAD NİYAZOVUN –TÜRKMƏNBAŞININŞƏRƏFİNƏ VERİLMİŞ RƏSMİ ZİYAFƏTDƏ NİTQ"Gülüstan" Sarayı18 mart 1996-cı ilHörmətli Türkmənistan prezidenti cənab Saparmurad Niyazov!Hörmətli qonaqlar, xanımlar və cənablar!Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfəri başa çatır. Bu, müstəqil Türkmənistanın prezidentininmüstəqil Azərbaycan Respublikasına ilk səfəridir. Bizim xalqlarımızın – türkmən xalqının Azərbaycan xalqınınzəngin çoxəsrlik tarixi, dostluğu, qardaşlığı və əməkdaşlığı var. Bu, ümumi köklərimizə, ümumi tarixitaleyimizə, ümumi tariximizə əsaslanır. Oğuz, Dədə Qorqud bizi əsrlərlə birləşdirən dərin köklərimizdir vəonlar bu gün də bizdən ötrü mənəviyyat mənbəyi, əxlaq mənbəyidir.Xalqlarımızın dilinin, dininin, adət və ənənələrinin ümumiliyi də göstərir ki, biz əsrlərlə bir yerdə olmuş,birlikdə yaşamış, öz həyatımızı birlikdə qurmuş, torpağımızı yadelli işğalçılardan birlikdə qorumuş, azadlıqhaqqında birlikdə düşünmüş və onun uğrunda birlikdə mübarizə aparmışıq. Bunlar hamısı bizim keçmişimizdir.Biz öz keçmişimizlə – türkmən xalqının keçmişi, Azərbaycan xalqının keçmişi ilə fəxr edə bilərik. Milliənənələrimizlə, milli adətlərimizlə fəxr edə bilərik. Dilimizlə, dinimizlə, təkrar edirəm, mənəviyyatımızın,əxlaqımızın mənbəyi olan hər şeylə fəxr edə bilərik.Lakin indi xalqlarımız yeni mərhələdədirlər. XX əsr, Yer kürəsində böyük dəyişikliklər əsri kimi tarixədaxil olacaq yüzillik başa çatır. Biz – türkmən xalqı və Azərbaycan xalqı bu əsrdə bir çox sınaqlardan çıxmış,bir çox çətinliklərdən keçmişik. Amma əsrin əvvəlindən sonunadək öz milli ləyaqətimizi, milli xarakterimizi,əcdadlarımızın bizə vəsiyyət etdikləri hər şeyi, ulu əcdadlarımızdan bizə qalmış çox böyük irsi qoruyub [476-477] saxlamışıq. Biz XX əsri xalqlarımızın həyatında böyük dəyişikliklərlə, həm də müsbət dəyişikliklərlə başaçatdırırıq. Türkmən xalqı və Azərbaycan xalqı milli azadlıq, dövlət müstəqilliyi, suverenlik əldə etmişdir. İndibiz öz ölkələrimizdə, öz torpağımızda, öz müstəqil dövlətimizdə yaşayırıq.Bu, çox böyük nailiyyət, xalqlarımızın tarixi nailiyyətidir. Xalqlarımızın, ölkələrimizin yaradıcılıqqüvvələrinin və potensial imkanlarının tam tərəqqisi üçün biz həmin nailiyyəti möhkəmləndirməyə və inkişafetdirməyə borcluyuq. Müstəqil Türkmənistanın prezidenti, dostumuz və qardaşımız Saparmurad NiyazovunAzərbaycana səfəri də məhz bu mərhələdə, bu şəraitdə baş verir.Hörmətli Saparmurad Atayeviç, mənim dəvətimi qəbul edərək rəsmi səfərə gəldiyinizə, bu gün səhərdənbaşlayaraq ikitərəfli münasibətlərimizə dair məsələləri müzakirə etmək, regional problemlərlə, bütün dünyada, ocümlədən də keçmiş Sovetlər İttifaqı məkanında gedən proseslərlə bağlı məsələlər, habelə MDB ilə əlaqədarproblemlərlə bağlı məsələlər barədə fikir mübadiləsi etmək imkanına görə sizə təşəkkürümü bildirməkistəyirəm.Biz bir çox məsələlərdə tam qarşılıqlı anlaşmaya gəldik. İkitərəfli münasibətlərdə bizim baxışlarımız,səylərimiz bir-birinə tam uyğun gəlir. Yəni biz daha sıx əməkdaşlıq etməli, iqtisadi əməkdaşlıq, elm,mədəniyyət, təhsil, idman sahələrində, bütün başqa sahələrdə əməkdaşlıq üçün mövcud imkanlardan yaranangözəl şəraitdən istifadə etməliyik ki, ölkələrimizdə milli dövlət quruculuğunu təmin edək, bir-birimizinpotensial imkanlarından istifadə etməklə, bir-birimizə kömək göstərməklə hazırda həm Türkmənistanın, həm dəAzərbaycanın yaşadığı mürəkkəb keçid dövründən uğurla çıxaq.Biz indi mürəkkəb zamanda yaşayırıq, bununla yanaşı, dövlət müstəqilliyi əldə etdiyimizi, öz taleyimizinsahibi olduğumuzu, torpağımızda, ərazimizdə, öz dövlət sərhədlərimiz daxilində tam sərbəst olduğumuzu nəzərəalaraq çətinliklərə dözür və onları aradan qaldırırıq. Yenə deyirəm, bu, böyük sərvətdir, xalqlarımızın ən böyüktarixi nailiyyətidir. Ona görə də biz – Türkmənistana və Azərbaycana rəhbərlik edən adamlar bu keçid dövründəüzərimizə düşən vəzifəni məhz uğurla yerinə yetirmək üçün həm xalqlarımız, həm də gələcək nəsillər qarşısındaməsuliyyət daşıyırıq. Bu baxımdan bu gün görə bildiyimiz işlərin hamısı ümumi məqsədlərə, Türkmənistanın[477-478] mənafeyinə, Azərbaycanın mənafeyinə, əməkdaşlığımızın, dostluq və qardaşlığımızın mənafeyinəxidmət edir.Bu gün imzalanmış sənədlər əməkdaşlığımızın müqavilə – hüquqi əsasını müəyyənləşdirmiş və həminəməkdaşlığın müvəffəqiyyətlə inkişafı üçün yaxşı zəmin yaratmışdır. Sizi əmin edirəm ki, imzaladığımızsənədlərdə nəzərdə tutulanların hamısını həyata keçirmək üçün hər şeyi edəcəyik. Hesab edirəm ki, busənədlərdə nəzərdə tutulanlar da hələ son hədd deyildir, daha bir çox məsələlərimiz var ki, biz ölkələrimiz vəxalqlarımız arasında əməkdaşlığı bundan sonra da genişləndirmək üçün razılığa gəlməli və yeni sənədlərimzalamalıyıq.239

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!