11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

sözlərini, öz fikirlərini xalqımıza çatdırmışlar, öz nailiyyətlərini nümayiş etdirmişlər, öz sənətlərini həmnümayiş, həm də təbliğ etmişlər. Azərbaycanın hər bir guşəsində, hər bir sahəsində meydana gələn yenihadisələr televiziya vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıbdır və çatdırılır.Bu, böyük nailiyyətdir və bu gün biz bunların hamısını nəzərə alaraq tam qətiyyətlə deyə bilərik ki,Azərbaycanın milli televiziyası xalqımızın milli sərvətidir və Azərbaycan televiziyasının 40 illik həyat yoluAzərbaycan xalqının tarixinin böyük bir hissəsidir, ayrılmaz bir hissəsidir.Qeyd etdim ki, bu 40 il müddətində Azərbaycan televiziyası vasitəsilə Azərbaycanın bütün sahələrindəçalışan insanlar öz fəaliyyətini bütün vətəndaşlara çatdırmağa imkan tapıblar. Alimlərimiz, mütəxəssislərimiz,iqtisadiyyatın bütün sahələrində çalışan mühəndislər, texniklər, əmək adamları, mədəniyyət xadimləri, elmxadimləri, gənclər, uşaqlar, yaşlı adamlar, orduda xidmət edənlər, başqa sahələrdə Azərbaycanın keşiyindəduranlar – hamısı televiziya vasitəsilə öz nailiyyətlərini, öz fəaliyyətlərini xalqımıza çatdıra biliblər. Beləliklə,bir daha deyirəm, televiziya hər bir kəsin nailiyyətidir. Xalqımızın, millətimizin ümumi nailiyyətlərini həmbütün xalqa, həm də bütün dünyaya nümayiş etdiribdir.İnsanların mənəvi tərbiyəsində, mənəvi inkişafında televiziyanın rolu çox böyükdür. Televiziyarespublikanın həyatında gedən prosesləri əks etdirərək xalqımızda, vətəndaşlarda ictimai-siyasi fəallığıartırıbdır. Televiziya xalqımızın gözəl ənənələrini, milli ənənələrini, mənəvi ənənələrini təbliğ edərəkinsanlarımızı mənəvi cəhətdən daha da yüksəltməyə kömək edibdir. Televiziyamız tariximizin səhifələrini əyanisurətdə təbliğ edərək hər bir vətəndaşın öz keçmişini, tarixini, milləti[345-346]nin aqibətini daha yaxındanbilməsinə kömək edibdir. Televiziya çox işlər görübdür, bu gün də çox işlər görür. Bu barədə çox danışmaqolar. Ancaq bir-iki sahəni xüsusi qeyd etmək istəyirəm.Televiziya respublikamızın son illərdə düşdüyü ağır vəziyyətdə xalqı məlumatlandırmaqda, xalqa düzgünməlumat verməkdə və gedən ictimai-siyasi prosesləri xalqa çatdırmaqda, xalqı daha da fəallaşdırmaqdarespublikamıza çox xidmət edibdir. Yeddi ildən artıqdır ki, Azərbaycan Ermənistan tərəfindən hərbi təcavüznəticəsində müharibə şəraitinə düşübdür. Xalqımızın qəhrəman övladları torpaqlarımızın keşiyində durub,torpaqlarımızı qoruyarkən şəhid olublar, qəhrəmanlıq nümunələri göstəriblər. Qanlı döyüşlər gedibdir.Qələbələr də olubdur, məğlubiyyətlər də. Bizim övladlarımızın qəhrəmanlıq nümunələri də olubdur, ayrı-ayrışəxslərin xəyanətləri də olubdur, ayrı-ayrı şəxslərin öz vətəndaşlıq borclarını yerinə yetirə bilməməsi halları daolubdur. Hamısı olubdur. Bizim televiziyamız bunları xalqa, millətə, ictimaiyyətə çatdıraraq xalqımızın daha dasəfərbər olmasına xidmət edibdir və xüsusilə Azərbaycan torpaqlarının keşiyində duran, onların qorunmasıuğrunda döyüşən, çalışan, vuruşan insanların həyatının döyüş səhnələrinin televiziya ilə təbliğ edilməsi vəəhaliyə çatdırılması bizim həyatımızda onların böyük xidmətidir.Ermənistanın Azərbaycana etdiyi təcavüz, ədalətsizlik nəticəsində Azərbaycanda xalqın, xüsusəngənclərimizin bu ədalətsizliyə qarşı etiraz nümayişlərinə və Azərbaycanın müstəqilliyi uğrunda mitinqlərəçıxması məhz televiziya vasitəsilə xalqımıza çatdırılıb və bu, xalqımızda milli oyanış, milli dirçəliş ruhunuinkişaf etdirib, milli həmrəylik əhval-ruhiyyəsi yaradıbdır. Bu da televiziyanın çox böyük xidmətlərindənbiridir.Televiziya Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, inkişaf etməsi üçün xidmətlər göstərir və onunbu sahədə böyük imkanları var. Biz televiziyanın 40 illik yubileyini qeyd edirik. Dörd il bundan öncəAzərbaycan xalqı, Azərbaycan Respublikası dövlət müstəqilliyini, milli azadlığını əldə edibdir və qarşımızdaçox böyük vəzifələr durur. Bu dörd il müddətində televiziyanın böyük xidmətləri olubdur. Bu xidmətləri mən bugün xüsusi qeyd edirəm. Bu dörd ildən öncə də Azərbaycanın müstəqillik əldə etməsi sahəsində Azərbaycanxalqının göstərdiyi fəaliyyətin nümayiş etdirilməsində, təbliğ edilməsin[346-347]də televiziyanın böyükxidmətləri olubdur. Məhz buna görə də o illərdə nəinki Azərbaycan xalqı böyük təcavüzə məruz qalıbdır, həttateleviziyaya da təcavüz edilibdir.1990-cı ildə 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün böyük bir bəla olmuşdur, eyni zamanda Azərbaycanxalqının qəhrəmanlığını, cəsurluğunu nümayiş etdirmişdir. Bu barədə danışılıbdır. O vaxt Sovetlər İttifaqınınrəhbərliyi tərəfindən Azərbaycana hərbi təcavüz olmuşdur. Sovetlər İttifaqı rəhbərliyinin və Azərbaycanrəhbərliyinin xalqa qarşı ədalətsiz hərəkətlərinə etiraz edən yüz minlərlə insan etiraz hisslərini bildirmək üçünmeydanlara, küçələrə çıxmış, öz haqlarını, öz hüquqlarını tələb etməyə çalışmışdır. O vaxt xalqın bu səsini,xalqın bu hərəkatını boğmaq üçün çox dəhşətli üsullara əl atılmışdır. Azərbaycana hərbi təcavüz edilmişdir vəbu təcavüz əməliyyatları içərisində Azərbaycan televiziyasının enerji blokunun partladılması, həmin o ağırgünlərdə, mübarizə günlərində Azərbaycan xalqının iradəsini sındırmaq üçün, onu məlumatsız qoymaq üçünbelə bir cinayətin törədilməsi də Azərbaycan televiziyasının tarixində özünəməxsus yer tutur.Mən bu hadisəni məhz ona görə xatırlayıram aydın olsun ki, televiziyanın nə qədər böyük imkanları var.Televiziya nə qədər lazımlı bir vasitədir. O vaxt Azərbaycana böyük qoşun hissələri yeridilərkən, yenə dədeyirəm, xalqın iradəsini sındırmaq üçün, xalqa ağır bir zərbə vurmaq üçün o cinayətkar qüvvələr – təkMoskvadakı yox, həm də Azərbaycanın özündə, Azərbaycanın daxilində, Azərbaycan rəhbərliyində olancinayətkar qüvvələr Azərbaycan televiziyasının enerji blokunu partlatdılar və Azərbaycanda televiziya verilişləribir neçə gün olmadı.175

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!