11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Son illər Azərbaycanın daxilində gedən proseslər də sizə məlumdur. Onu deyim ki, təxminən 1990-cı ildənindiyədək Azərbaycanın dövlətçiliyi bir neçə dəfə təhlükə altında olmuşdur. Təəssüf ki, xarici düşmənlərləyanaşı, Azərbaycanın daxilində olan cürbəcür təxribatçı qüvvələr, hakimiyyət uğrunda mübarizə aparancürbəcür qüvvələr, öz mənafelərini ümumxalq mənafeyindən, ümummilli mənafedən üstün tutan qüvvələrAzərbaycanda daim sabitliyi pozmuş, respublikamızın daxili vəziyyətini gərginləşdirmişlər.Bu hadisələr sizə məlumdur. Ən dəhşətlisi 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsinin başlanmasıidi. O zaman – 1993-cü ilin iyununda Azərbaycan parçalanma təhlükəsi qarşısında, faciə qarşısında idi.Vətəndaş müharibəsi baş vermişdi. O vaxt xalqın dəvəti ilə mən yenidən Azərbaycana gəldim. Vətəndaşmüharibəsinin qarşısını almağa nail ola bildik. Ancaq təəssüf olsun ki, ondan sonra yenə də dövləti devirməküçün cəhd göstərən qüvvələrin törətdiyi hadisələr səngimədi, onlar öz səhvlərini anlamadı və yenə də dövlətidağıtmağa çalışdılar. 1994-cü ilin oktyabrında Azərbaycanda dövlət çevrilişinə cəhdlər baş verdi. Biz xalqınmilli həmrəyliyi ilə onun qarşısını ala bildik. Cinayətkarların bir qismi həbs olundu, bir qismi şübhəsiz ki,dünyasını dəyişdi, bir qismi isə xarici ölkələrdə gizlənir.1995-ci ilin martında Azərbaycanda dövlət çevrilişinə yenidən cəhdlər göstərildi. O zaman Azərbaycanındaxilində olan bütün təxribatçı qüvvələr, vaxtilə bir-birinə zidd qüvvələr birləşdilər və Azərbaycanda dövlətçevrilişi edib, respublikanın prezidentini fiziki yolla aradan götürüb ölkəni dağıtmağa çalışdılar. Biz bunun daqarşısını aldıq. Həmin o cinayətkarların bir qismi yenə də qaçıb xarici ölkələrdə gizləndi və onların bir çoxu indiMoskvadadır, orada özlərinə sığınacaq tapıb. [439-440]Belə cəhdlər yenə də bir neçə dəfə olmuşdur. Bunların da qarşısı alınmışdır. Nəticədə bizimcəmiyyətimizdə, respublikamızda Azərbaycan vətəndaşları daha da sıx birləşib, milli həmrəylik əldə olunub.Nəhayət, Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olubdur. Buna görə də biz keçən ilin noyabrında ilk dəfəmüstəqil Azərbaycan Respublikasının Konstitusiyasını qəbul etdik və müstəqil Azərbaycan Respublikasınınparlamentinə ilk demokratik seçkilər keçirdik. İndi bizim yeni parlamentimiz, ilk konstitusiyamız var.Bunlar hamısı Azərbaycanda dövlətçiliyin möhkəmləndirilməsi üçün gözəl əsas yaratmışdır. Biz bunlardanistifadə edib Azərbaycanda dövlətçiliyi inkişaf etdiririk. Azərbaycan demokratiya yolu ilə gedir, ölkəmizdəinsan azadlığı bərqərar olubdur. Respublikamızda milliyyətindən, dinindən, dilindən, baxışlarından asılıolmayaraq vətəndaşlarımızın hamısı bərabər hüquqlara malikdir və biz dövlətçiliyimizi bu demokratik prinsiplərəsasında qururuq, inkişaf etdiririk.Siz əmin ola bilərsiniz ki, Azərbaycanın taleyi indi etibarlı əllərdədir. Siz əmin ola bilərsiniz ki, biz müstəqilAzərbaycan dövlətini qoruyub saxlayacağıq, ölkəmizdə sabitliyi qoruyacağıq və Azərbaycanı bu ağır, çətinsosial-iqtisadi vəziyyətdən çıxarıb gözəl, xoşbəxt gələcəyə aparacağıq.Biz Azərbaycanda bütün bu prosesləri apararkən Gürcüstan dövlətinin, gürcü xalqının təcrübəsindən daimistifadə etmişik. Ona görə də Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin sıx olması, bir-birimizlə dahayaxından fikir mübadiləsi aparmağımız gələcək işlərimizdə də bizə kömək edəcəkdir. Əminəm ki, biz bundangələcəkdə də bəhrələnəcəyik.Bir daha deyirəm, indi Gürcüstanda əldə olunmuş nailiyyətlər bizi sizin qədər sevindirir. Biz ona görəsevinirik ki, birincisi, gürcü xalqı bizim üçün dost və qardaş xalqdır. Biz istəyirik ki, o, əmin-amanlıq şəraitindəyaşasın. Biz istəyirik ki, Gürcüstan inkişaf eləsin, gürcü xalqı qarşısında duran vəzifələrin hamısını həyatakeçirə bilsin. Biz bunu bir də ona görə istəyirik ki, Gürcüstanda azərbaycanlılar da yaşayır. Yüz minlərləazərbaycanlı yaşayır. Azərbaycanlılar Gürcüstanda öz vətənlərində yaşayır, öz torpaqlarında, öz əcdadlarının, özulu babalarının yaşadığı diyarda, eldə, obada yaşayırlar. Borçalı diyarı Azərbaycan xalqının ən dəyərlidiyarlarından biridir.Borçalı diyarı Gürcüstan üçün əziz olduğu kimi, Azərbaycan üçün də əziz olmuşdur, bu gün də əzizdir. Onagörə də [440-441] Gürcüstanda yaşayan azərbaycanlılar öz vətənlərində yaşayırlar. Mənim dostum cənabŞevardnadze bu gün çıxış edərkən dedi ki, Gürcüstanda yaşayan azərbaycanlılara o, diaspor demək istəmir.Tamamilə düzgün deyir, heç diaspor demək olmaz. Çünki bu kənardan gəlmiş azərbaycanlılar deyir ki, onlaradiaspor deyək. Onlar burada əsrlər boyu yaşamış, yaratmış azərbaycanlılardır. Bugünkü çıxışlarda deyildi ki,hələ XÜ əsrdə burada, Gürcüstanda yaşayan azərbaycanlılar, sizin ulu babalarınız, gürcü xalqı ilə Azərbaycanxalqı yadellilərə qarşı birlikdə vuruşublar və öz torpaqlarını müdafiə ediblər. Bu dostluq XII əsrdən indiyədəkdavam edir. Ona görə də, əziz bacılar, qardaşlar, bu, sizin doğma vətəninizdir. Bu, sizin doğma torpağınızdır.Siz öz vətəninizdə, doğma torpağınızda yaşayırsınız. Güman edirəm ki, Gürcüstan Respublikasına, müstəqilGürcüstan dövlətinə şan-şöhrət gətirən bir haldır ki, müstəqil, azad, demokratik Gürcüstanda azərbaycanlılarazad, sərbəst yaşayırlar.Bu gün sizin həyatınızda çoxlu problemlər var. Bugünkü çıxışlarınızda siz bu problemlər barədə müəyyənfikirlər, təkliflər irəli sürdünüz. Şübhəsiz ki, bunların bir hissəsini Gürcüstanın dövlət orqanları həll edəcəklər.Güman edirəm ki, həll edəcəklər. Bir hissəsini isə biz həll etməliyik. Sərhədlər haqqında sizin dediyiniz fikirlər– sərhədlərin şəffaf olması, gömrük məsələlərinin aradan götürülməsi və ümumiyyətlə GürcüstandanAzərbaycana, Azərbaycandan Gürcüstana gediş-gəlişin sadələşdirilməsi bizim qarşımızda duran böyük220

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!