11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Viktor Stepanoviç Çernomırdin ilə biz ikitərəfli münasibətlərimizi, iqtisadi əməkdaşlığı, bir neçə beləmühüm məsələni müzakirə etdik. Mühüm məsələlərdən biri Azərbaycan neftinin Rusiya ərazisi ilə Qara dənizsahilinə ixracı üçün neft kəməri çəkilməsi məsələsidir. Bu məsələ bir neçə ay ərzində işlənib hazırlanmışdır. Bizqəti qərara gəldik və saziş imzaladıq. Yeri gəlmişkən, bu, çox mühüm sazişdir. Boris Nikolayeviç də sazişiimzaladığımızı razılıq hissi ilə qarşıladı. Bundan əlavə, bizim baş nazir Fuad Quliyev və Viktor Stepanoviçinmüavini Aleksey Bolşakov 2000-ci ilədək uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında saziş imzaladılar. Biz1996-cı ildə ticarətə dair sənəd imzaladıq. Zənnimcə, çox iş gördük. Mən bu nəticələrdən razıyam.Sual: Mən bu sualı verməyə bilmərəm. Çünki o, indi rusiyalıları çox narahat edir. Bir də ona görə ki,siz silahlı münaqişələrin aradan qaldırılması sahəsində nadir təcrübəyə maliksiniz. Hər haldahakimiyyətiniz dövründə siz ona nail oldunuz ki, respublika artıq neçə vaxtdır sülh şəraitində yaşayır.Məhz bu, mənə əsas verir ki, sizə belə bir sual verim.Çeçenistanda münaqişə ilə əlaqədar necə bir vəziyyət yarandığını bilirsiniz. Sizcə, onun həlli yollarınecədir? Öz təcrübənizə əsasən nə deyərdiniz?Cavab: Çeçenistanda baş verən hadisələr Rusiyanı narahat edir, məncə, dünya ictimaiyyətini narahat edir,Azərbaycanı da narahat edir. Biz ondan ziyan çəkirik, ona görə ki, bu [285-286] hadisələrlə əlaqədar Rusiya iləAzərbaycan arasında sərhəd tamamilə bağlanıb, bu sərhəd Rusiya Federasiyasının Dağıstan Respublikasındankeçir. Əlbəttə, buna görə biz istəyirik ki, Qafqazda, Şimali Qafqazda və Azərbaycanın bilavasitə yaxınlığındayerləşən bu bölgədə sülh olsun. Odur ki, biz bu münaqişənin aradan qaldırılmasını istəyirik. Amma mən buməsələnin indi necə həll edilməli olduğunu söyləmək fikrində deyiləm. Bu, belə şəraitdə qeyri-mümkündür.Lakin düşünürəm ki, Rusiya rəhbərliyi tədbirlər, özü də kifayət qədər səmərəli tədbirlər görür. Mən əminəm ki,Rusiya rəhbərliyi bu problemi həll edəcəkdir.Sual: Heydər Əliyeviç, axırıncı sual. Bizim proqramımızda siz özünüz özünüzdən nə soruşardınız vəözünüzə necə cavab verərdiniz?Cavab: Mən sizinlə birinci dəfədir görüşürəm. Görünür, bu, çox yaxşı proqramdır. "Moskva – Kreml"proqramının Rusiya üçün də, Rusiya ilə, Azərbaycan ilə yaxşı, mehriban, yaxın, qarşılıqlı münasibətləri olanölkələr üçün də əhəmiyyəti var. Mən sizin proqramınıza uğurlar, uzun ömür arzulayıram, qoy sizin proqramhəmişə var olsun. Belə düşünürəm ki, o, yaşayacaq və öz verilişləri ilə Rusiya Federasiyasınınmöhkəmlənməsinə, Rusiya və Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında, o cümlədən dəAzərbaycanla münasibətlərin möhkəmlənməsinə kömək edəcəkdir. Sağ olun. [286-287]143

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!