11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

YAZIÇI YUSİF SƏMƏDOĞLUNUN60 İLLİYİNƏ HƏSR OLUNMUŞTƏNTƏNƏLİ MƏRASİMDƏ ÇIXIŞ"Gülüstan" Sarayı19 dekabr 1995-ci ilHörmətli Yusif, hörmətli xanımlar və cənablar!Biz respublikamızın həyatında yeni bir əlamətdar hadisə münasibətilə bu axşam buraya toplaşmışıq.Yusif Səmədoğlunun 60 yaşı tamam olub və biz hamımız birlikdə bu dostluq axşamında, dostluq masasıarxasında bunu qeyd etməyə gəlmişik. Bu, təbiidir. Çünki Yusif Səmədoğlu Azərbaycan ədəbiyyatında vəmədəniyyətində özünə layiq görkəmli yer tutub, ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında böyükxidmətləri var və bunları qeyd etmək üçün, bunlara öz münasibətimizi bildirmək üçün biz Yusifin dəvətiniqəbul edib buraya gəlmişik.Yusif, mən səni bu yubiley münasibətilə ürəkdən təbrik edirəm. Rəsmi təbrik sözlərimi göndərdiyimməktubda ifadə etmişəm, – o burada bu gün oxundu, – və Azərbaycan Respublikasının, müstəqil Azərbaycanınyüksək mükafatı – "Şöhrət" ordeni ilə sənin təltif olunmağın haqqında fərman imzalamışam. Ancaq bunlarlabərabər, bəlkə də bunlara əlavə olaraq bir neçə kəlmə də demək istəyirəm.Yusif Səmədoğlu bizim millətimizin xoşbəxt insanlarından biridir. Çünki o, böyük şair, böyük insan,böyük alim Səməd Vurğunun oğludur. Səməd Vurğunun övladı olmaq, onun tərbiyəsini almaq, onun ailəsindəböyümək özü böyük bir nemətdir, böyük bir xoşbəxtlikdir. Bəlkə bu elə bəs olardı. Ancaq bununla yanaşı, bukökün üstündə, bu ailə ab-havasının içində böyüyüb, ərsəyə gəlib atasının yolunu davam etdirmək vəcəmiyyətdə özünəməxsus, məhz özünəməxsus yer tutmaq, – bu, böyük xoşbəxtlikdir, cəmiyyətimizin içindəinsan üçün, şübhəsiz ki, nemətdir.Mərhum Səməd Vurğuna Azərbaycan xalqının hədsiz məhəbbəti, hörmət və ehtiramı məlumdur. XXəsrdə mədəniyyətimizdə, ədəbiyyatımızda, ictimai-siyasi həyatımızda Səməd [196-197] Vurğunun xidmətləriolduqca böyükdür və ona görə də xalq onu sağlığında da sevib, ona sitayiş edib. İndi artıq 40 ildir ki, o,dünyasını dəyişib, ancaq xalq nəinki onu unutmur, daim onun yaradıcılığından bəhrələnir, onun əsərlərini sevəsevəoxuyur, onun əsərlərinin təsiri altında tərbiyələnir. Bu gün müstəqil Azərbaycanda milli azadlıq şəraitində,müstəqillik şəraitində Səməd Vurğunun əsərləri bizim hamımız üçün və xüsusən gələcək nəsil üçün, bu gününgənc nəsli üçün böyük bir sərvətdir. Ona görə də bu gün biz Yusifin yubileyini qeyd edərkən bütün SəmədVurğun ailəsinin hamısına öz ehtiramımızı, öz hörmətimizi bildiririk.Mən Yusifi doğmuş, dünyaya gətirmiş, bəsləmiş, böyütmüş, onu tərbiyə etmiş Xavər xanımı təbrikedirəm. Səməd Vurğunun bütün ailəsini təbrik edirəm. Şükürlər olsun ki, Səməd Vurğunun ailəsi artıq bir neçənəsildən ibarətdir. Bu gün burada həm Yusif, həm onun balaları, həm onun nəvələri var, eləcə də SəmədVurğunun o biri övladlarının. Bunlar hamısı Səməd Vurğunun ailəsinin böyük, geniş bir ailə kimi Azərbaycandahörmət və ehtiram içində yaşamasını göstərir. Bu ailə mühitində, Səməd Vurğun ab-havasında yaşamış,böyümüş onun övladları Səməd Vurğuna layiqdirlər və bu gün Yusifin yubileyini qeyd edəndə güman edirəm,onun üçün ən yüksək qiymət odur ki, atasının adına layiqdir. Həm yaradıcılığı ilə, yaratdığı əsərlərlə, həmictimai-siyasi fəaliyyəti ilə, həm də ziyalılığı ilə, davranışı ilə, insanlara münasibəti ilə atasının adına layiqdir.Güman edirəm, bu, ən yüksək qiymətdir. Bir də qeyd edirəm – atasının yolu ilə gedib, atasının ədəbi xələfiolaraq, onun işini davam etdirərək, özünü ədəbiyyata, mədəniyyətə həsr etmək böyük bir işdir, deyə bilərəm ki,böyük bir qəhrəmanlıqdır.Yusifin yaratdığı əsərlər haqqında, onun milli ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında xidmətlərihaqqında burada deyildi. Mən bunu bir daha xüsusi qeyd edirəm. Eyni zamanda Yusif atası kimi böyük ictimaisiyasixadim olubdur. Səməd Vurğunu da biz təkcə şair kimi, alim kimi, yazıçı kimi yox, eyni zamanda böyükbir ictimai-siyasi xadim kimi həmişə xatırlayırıq və o, tariximizə belə daxil olubdur. Ən gənc yaşlarındanAzərbaycanın o dövrdəki ictimai-siyasi həyatında çox böyük fəaliyyət göstərib. Keçmiş Sovetlər İttifaqımiqyasında və dünya miqyasında onun fəaliyyəti məlumdur. Xüsusən İkinci dünya müharibəsindən sonra sülhuğrunda mübarizə hə[197-198]rəkatında Səməd Vurğun beynəlxalq aləmdə çox böyük fəaliyyət göstərmişdir vəbunlar hamısı eyni zamanda bizim xalqımızın adını, hörmətini daim ucaltmışdır.Bir bu deyil, Səməd Vurğunun ictimai-siyasi fəaliyyəti çox-şaxəli olub, çoxtərəfli olubdur. Ancaq Yusifhaqqında danışanda indi mən bunu qeyd edirəm, ona görə ki, Yusif də cəmiyyətimizə təkcə yazıçı kimi,mədəniyyət xadimi kimi yox, eyni zamanda görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. Azərbaycanınhəyatı üçün və xüsusən son illərdə Azərbaycanda milli azadlıq hərəkatının inkişafı üçün, xalqımızda millidirçəliş, milli oyanış hisslərinin yaranması və inkişafı üçün, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə üçünonun fəaliyyəti çox əhəmiyyətli, çox gərəkli olmuşdur. Əgər 80-ci illərin sonunda – 90-cı illərin əvvəllərində102

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!