11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1991-ci il DEKABRIN 8-də RUSİYANIN,UKRAYNANIN VƏ BELORUSİYANINİMZALADIĞI "BELOVEJSK SAZİŞİ"Nİ LƏĞVETMİŞ RUSİYA FEDERASİYASI DÖVLƏTDUMASININ 1996-cı il 15 MART TARİXLİQƏRARI İLƏ ƏLAQƏDAR BƏYANAT16 mart 1996-cı ilRusiya Federasiyasının Dövlət Duması dünən bir qərar qəbul etmişdir. Bu qərar dünyada çox böyükəks-sədaya və təşvişə səbəb olmuşdur. Dövlət Duması həmin qərarla 1991-ci il dekabrın 8-də üç dövlətin –Rusiyanın, Ukraynanın və Belorusiyanın imzaladığı "Belovejsk sazişi" adlı sənədi ləğv edibdir. Bu da Sovetİttifaqının yenidən bərpa olunması kimi səslənibdir, Rusiyada və başqa ölkələrdə çox böyük maraq oyadıbdır.Bu barədə nə deyə bilərəm? Təəccüb doğuran bir qərardır. Eyni zamanda təəccüb doğuran orasıdır ki, artıqDövlət Dumasında Sovetlər İttifaqının dağıdılmasında günahkarları axtarırlar və onları cəzalandırmaq istəyirlər.Hesab edirəm ki, bu, mənasız bir işdir. Çünki 1980-ci ilin əvvəllərindən başlayaraq dünyada, o cümlədənkeçmiş Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi və tamamilə təbii, obyektiv qanunlara uyğun olanproseslərin nəticəsində Sovetlər İttifaqı dağılmışdır. O, dağılmalı idi və dağıldı. Geriyə yol yoxdur. Heç kəsyenidən Sovetlər İttifaqını bərpa edə bilməz.Rusiya Dövlət Dumasının qərarı onun, yəni Rusiyanın daxili işidir. Şübhəsiz ki, bu, başqa dövlətlərə,müstəqil dövlətlərə heç bir təsir edə bilməz. O ki qaldı bizim – Azərbaycanın mövqeyinə, bu barədə bizimmövqeyimiz aydındır. Mən bunu dəfələrlə bəyan etmişəm.Biz keçən il müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Bu konstitusiyaümumxalq səsverməsi ilə qəbul olunubdur. Konstitusiyamızın əsasını, özəyini təşkil edən Azərbaycanın milliazadlığıdır, suverenliyidir və dövlət müstəqilliyidir. Biz öz dövlət müstəqilliyimizdən əl çəkə bilmərik, yəni onuəlimizdən verə bilmərik. Mən dəfələrlə demişəm, bu gün də bəyan edirəm ki, Azərbaycanın dövlət müs[456-457]təqilliyi əbədidir. Biz də onu əbədi etmək üçün çalışacağıq və hamı çalışmalıdır.Bu gün bu məsələ haqqında müəyyən fikirlər söyləmək zərurətində olduğum üçün, eyni zamanda beş ilbundan əvvəl olan hadisələrə də bir balaca nəzər salmaq istəyirəm. Beş il bundan əvvəl, məhz o vaxt – 1991-ciilin əvvəllərindən Sovetlər İttifaqının dağılması prosesi gedirdi. Sovetlər İttifaqının o vaxtkı rəhbərləri, ocümlədən bu ittifaqa daxil olan ayrı-ayrı müttəfiq respublikaların rəhbərlərinin bəziləri Sovetlər İttifaqınısaxlamaq istəyirdilər. Dağılma prosesi o qədər güclü idi ki, onun qarşısını almaq üçün bir tədbir görməyəçalışırdılar. O vaxt belə bir qərar meydana çıxdı ki, indiyədək mövcud olan Sovetlər İttifaqı doğrudan da gününtələblərinə cavab vermir. Ancaq Sovetlər İttifaqını qoruyub saxlamaq və İttifaqa yeni bir xarakter vermək üçünümumxalq referendumu keçirilməsi qərara alındı.Azərbaycanda bu qərara birmənalı münasibət yox idi. Mən bilirəm, o vaxt da hiss edirdim ki, əhalimizinəksəriyyəti bu İttifaqın dağılmasının tərəfdarı idi, yeni bir İttifaqın yaranması və onun saxlanması haqqındareferendum keçirilməsinin əleyhinə idi. Ancaq təəssüf ki, o vaxt Azərbaycan Respublikasının rəhbərləri həmrespublikanın mənafeyini anlaya bilmirdilər, həm də Moskvadan verilən göstərişləri öz şəxsi mənafelərinə görəçox böyük itaətlə yerinə yetirməyə çalışırdılar və Azərbaycanı Sovetlər İttifaqının saxlanması üçün referendumkeçirilməsinə sürükləyib salmaq istəyirdilər.Xatirinizdədir, 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin xüsusi sessiyası keçirildi vəbu sessiyada həmin məsələ müzakirə olunurdu, yəni Sovetlər İttifaqının saxlanması ilə əlaqədar referendumunkeçirilməsi. Referendum martın 17-də keçirilməli idi. O vaxt mən də həmin sessiyada iştirak edirdim –Naxçıvan Muxtar Respublikasından seçilmiş Azərbaycan Ali Sovetinin deputatı kimi. Mən orada çıxış etdim vəSovetlər İttifaqının dağılacağını bir daha bildirdim. Bildirdim ki, bu prosesin qarşısını almaq mümkün deyil,Sovetlər İttifaqı dağılır və dağılmalıdır. Azərbaycan heç bir yeni İttifaqa girməməlidir və Azərbaycan Sovetlərİttifaqının saxlanması ilə əlaqədar olan referendumda iştirak etməməlidir.Təəssüflər olsun ki, o vaxt Ali Sovetin sessiyasında respublikanın keçmiş rəhbərliyinin şübhəsiz ki, göstərişiilə, onların dirijorluğu ilə mənə qarşı cürbəcür ədəbsiz hərəkətlər oldu və [457-458] mənim bu çıxışımınəleyhinə çıxışlar oldu. Hətta mənim bu çıxışıma görə qərar qəbul olundu ki, komissiya yaradılsın və mənimAzərbaycanda rəhbər olduğum zaman bütün fəaliyyətim yoxlanılsın və guya məni cəzalandırsınlar. Ancaq mənöz sözümü dedim. Bu, düz beş il bundan öncə olubdur – 1991-ci ilin mart ayında. Bu gün yenə biz martayındayıq. Beş il sonra mənim dediyim o sözlər hamısı təsdiq olundu, Azərbaycan da müstəqil oldu.Bu gün kimsə yenidən o İttifaqı yaratmaq istəyirsə, bu, çox düşünülməmiş bir şeydir. Çünki əgər İttifaqı ozaman saxlamaq mümkün olmadısa və o dağıldısa, İttifaqda olan respublikalar bu beş il müddətində müstəqildövlətlər olublarsa, Dünya Birliyinə daxil olublarsa, indi kim bu dövlət müstəqilliyindən əl çəkib yenidən bir228

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!