11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Sual: Bəs keçid dövründən sonra necə?Cavab: Keçid dövründən sonra onlar Azərbaycanın tərkibində olacaqlar. Silahlı qüvvələri neynirlər?Onların polisi olacaq. İctimai asayişi təmin etmək üçün müəyyən qüvvələr olacaq. Yenidən müharibə etməkistəyirlər? Silahlı qüvvələri nədən ötrü saxlamaq istəyirlər?Sual: Cənab prezident, Dağlıq Qarabağda yaşayan erməniləri Ermənistanda yaşayan ermənilərdən[93-94] ayrı xalq, ayrı adamlar kimi qəbul edirsiniz, yoxsa onları eyni ermənilər kimi qəbul edirsiniz?Cavab: Erməni elə hər yerdə ermənidir. Siz də ermənisiniz, burada, Fransada yaşayırsınız. Necə, bir neçənöv erməni var? Siz ermənisiniz, Fransanın vətəndaşısınız, Ermənistanda yaşayan ermənilər Ermənistanınvətəndaşlarıdır. Azərbaycanda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdır. Bakıda on beş min erməniyaşayır. Bu, bizim azərbaycanlıların arvadlarıdır. Bizim on beş min erməni gəlinimiz var. Bu on beş minkəbindən də gör nə qədər uşaqlar olub. Bilirsiniz də, bizdə ailədə çox uşaq olur. Orta hesabla hər ailədə dörd-beşuşaq olsa, demək, o ailələrdə 60 min – yarısı erməni, yarısı azərbaycanlı adamlar var. İndi bunlar özləriniazərbaycanlı yazdırırlar, çünki ataları azərbaycanlıdır. Amma istəsələr erməni də yazdıra bilərlər. O baxır atagüclüdür, yoxsa ana güclüdür.Sual: Hörmətli prezident, burada sizdən eşitdiklərimlə Ermənistanda söylənilənlər bir-biri ilətamamilə ziddiyyət təşkil edir. Sizcə, bu ziddiyyətlərin olduğu bir dövrdə sülhə necə nail olmaq olacaq?Qarşıdan ATƏT-in Moskva görüşü gəlir. Bu görüş də əvvəlki görüşlərəmi bənzəyəcəkdir? Çünki hələ dəgörüşlər olur, amma heç bir nəticə əldə edilmir.Cavab: Bilirsiniz, nə qədər ziddiyyətlər olsa da, sülh əldə etmək lazımdır. Erməniləri başa salmaq lazımdırki, onlar reallığı anlasınlar. Siz də – Fransada yaşayan ermənilər bu münaqişənin həqiqətən həll olunmasınıistəyirsinizsə, bu reallıqdan çıxış etməlisiniz. Siz Moskvada olacaq danışıqlardan söhbət açdınız. Moskvadayox, iki gün bundan əvvəl danışıqlar Bonnda başa çatmışdır.Sual: Bu danışıqların bir nəticəsi olubmu?Cavab: Biz istəyən nəticə olmayıbdır. Ancaq belə bir qərar qəbul edilibdir ki, bu danışıqlar davametdirilməlidir. Əgər Ermənistan tərəfi müharibəyə başlamasa, biz müharibə etmək istəmirik. Ancaq indiki beləvəziyyətdə də daim yaşamaq olmaz. "Nə müharibə, nə sülh" vəziyyəti şübhəsiz ki, bizi qane edə bilməz.Sual: Azərbaycanın Rusiya ilə münasibətləri barədə nə deyə bilərsiniz? Bəziləri deyirlər ki, RusiyaErmənistana kömək edir, amma Azərbaycana kömək etmir. Rusiya Azərbaycanın əleyhinə olaraqErmənistana kömək edir ki, Azərbaycan Rusiya ordularının, [94-95] qüvvələrinin Azərbaycandayerləşdirilməsinə razı olsun. Bu doğrudurmu?H. Əliyev: Bunları kim deyir?Müxbir: Şərhçilər.H. Əliyev: Bunun bir hissəsi doğrudur. Rusiya Ermənistana kömək edir. Siz bilirsiniz, ki, RusiyanınErmənistanda çox böyük hərbi hissələri, bazaları var. Orada otuz min nəfərdən artıq ordusu var. ErmənistanınTürkiyə ilə, İran ilə sərhədlərini də Rusiyanın qoşunları qoruyur. Siz Ermənistanda olanda soruşmamısınızmı ki,bu, onların müstəqilliyinə nə qədər uyğundur?Müxbir: Soruşmuşam. Deyiblər ki, bu ona görədir ki, bizi Türkiyədən qorusunlar. Siz bilirsiniz ki, bizimTürkiyə ilə problemimiz var.H. Əliyev: Bu, doğru deyil, Türkiyənin Ermənistanda nə işi var! Türkiyə demokratik bir ölkədir, heç kəsləmüharibə etmək istəmir.Sual: Azərbaycan keçmiş sovet respublikaları arasında yeganə respublikadır ki, orada Rusiyanınqoşunları yoxdur. Niyə? Siz bunu necə izah edərdiniz?Cavab: Siz istəyirsiniz ki, olsun? Biz müstəqil bir dövlətik.Müxbir: Siz müstəqil dövlətsiniz, amma axı MDB-nin bir hissəsisiniz.H. Əliyev: Biz MDB-nin üzvüyük. MDB-nin üzvü olsaq da hərənin öz müstəqil siyasəti var. MDB-nin üzvüolmaq o demək deyildir ki, gərək Rusiyanın qoşunları hər yerdə olsun. Ümidvaram ki, siz bunları yaxşıbilirsiniz. Demək, siz seçə bilərsiniz ki, hansı dövlət doğrudan da, həqiqətən də müstəqildir, hansı müstəqildeyil.Sual: Yəni siz Rusiya qoşunlarını heç vaxt, qətiyyətlə qəbul etməmək fikrindəsiniz?Cavab: Axı, bu sənin nəyinə lazımdır?Müxbir: Çünki həmin o şərhçilər onu da bəyan edirlər ki, Azərbaycan Rusiya qoşunlarını qəbul etməyərazılıq verdiyi gün Rusiya artıq Ermənistana kömək etməyi dayandıracaqdır.H. Əliyev: Sən buna zəmanət verirsən?Müxbir: Mən sizin bu barədə mövqeyinizi bilmək istəyirəm. [95-96]H. Əliyev: Sənin bu barədə bir zəmanətin olsa onda bu barədə danışa bilərik.Müxbir: Başqa sözlə, belə çıxır ki, siz Rusiya qoşunlarının Azərbaycanda yerləşdirilməsinin tamamiləəleyhinə deyilsiniz, yalnız şərtiniz var. Əgər Rusiya Ermənistana kömək etməsə, bu, mümkün ola bilər.H. Əliyev: Bunu siz deyirsiniz, mən demirəm.50

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!