11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan ordusunun yaranmasına zərbələr vurubdur və Azərbaycan xalqını böyük xəyanətlərə gətiribçıxarıbdır. Açıq demək lazımdır, əgər 1991-ci ilin sonunda Azərbaycan müstəqillik aldığı zaman keçmiş sovetordusunun Azərbaycan ərazisində olan potensialı, Azərbaycana çatmış potensialı qorunub saxlanılsaydı, ondansəmərəli istifadə olunsaydı nə bu cür məğlubiyyətlər ola bilərdi, nə də bizim müdafiə potensialımız indi beləvəziyyətdə ola bilərdi.Çox şey dağıdılıbdır, həddindən artıq. Bunu adi vətəndaşlar bilmir, bunlar gizlədilibdir. Mən isə bilirəm ki,Azərbaycanın [312-313] ərazisində keçmiş sovet ordusunun nə qədər nəhəng qurğuları var idi, nə qədər böyüktexnikası var idi, nə qədər böyük sursat anbarları var idi, nə qədər binaları, hərbi bazaları var idi.Bunlar hamısı Azərbaycana qalmalı idi, bunlar hamısı Azərbaycanın sərəncamına keçməli idi. Bir çoxukeçib, haqq naminə demək lazımdır ki, sovet ordusu onu təhvil verib, ancaq o dövrdə bunlar ayrı-ayrı şəxslərtərəfindən dağıdılıb, mənimsənilib, satılıb, oğurlanıb. Ona görə də Azərbaycanda ordu quruculuğu iki tərəfdənşikəst olubdur: bir tərəfdən onun sərəncamında olan o böyük hərbi, texniki, silah potensialı, baza potensialıdağıdılıbdır, ikinci tərəfdən də hərbi quruculuqla məşğul olmaq əvəzinə cürbəcür, ayrı-ayrı batalyonlaryaradaraq o dövrdə hərə öz məqsədləri üçün istifadə edibdir.1993-cü ilin noyabr ayından biz hərbi quruculuğa başlamışıq və hərbi quruculuq, ordu yaranması prosesigedir. Mən bu gün sizə çatdırmaq istəyirəm ki, bu proses normal şəraitdə gedir, biz buna nəzarət edirik vəmüstəqil Azərbaycanın özünə layiq, onun müdafiəsini təmin edən ordusu yaranır və yaranacaqdır.Bu sahədə üzərimizə düşən vəzifələri biz həyata keçiririk və keçirəcəyik. Ancaq gənclərin də üzərinə düşənvəzifələr çox böyükdür. Məlumdur ki, ordu gənclərdən ibarətdir. İndi bizim ordunun 90 faizini gənclər təşkiledir. Gənclər təşkilatının, gənclərin ən əsas vəzifəsi hər bir gənci, hər bir Azərbaycan övladını orduya xidmətəhazırlamaqdan ibarət olmalıdır. Təəssüf ki, bu iş bizdə hələ istənilən səviyyədə deyil. Bunu etiraf etməklazımdır. Keçmiş zamanlar da, Azərbaycan Respublikası Sovetlər İttifaqı tərkibində olaraq sovet ordusununformalaşmasında daim iştirak edibdir. Xatirəmdədir, o illərdə Azərbaycandan hər il 18 yaşına çatmış təxminən60 min gənc oğlan hərbi mükəlləfiyyətə çağırılırdı və sovet ordusuna xidmətə göndərilirdi. Hər il! Ammabunlara baxmayaraq və bizim o vaxtkı bütün ənənələrimizə baxmayaraq bizdə hərbi qulluğa münasibət istənilənsəviyyədə olmamışdır, – o vaxt da, indi də. Hesab edirəm ki, indiki dövrümüzdə bütün gənclər təşkilatlarımızınəsas vəzifəsi gəncləri hərbi qulluğa hazırlamaqdan ibarətdir.Bu gün burada Masallıdan çıxış edən fermer dedi ki, əsgər haqqında heç bir kəlmə deyilməyibdir, gördümki, zaldan çox alqışlar gəldi. Çünki bilirəm, burada bizim ordu hissələrindən, bir çox nümayəndələr iştirak edir ,bir neçə yüz nümayəndə [313-314] ordu hissələrindən , bütün bölgələrdən, o cümlədən cəbhə bölgələrindəngəliblər və forumda iştirak edirlər. Ona görə də onlar Masallı rayonu gənclərinin nümayəndəsinin çıxışmı çoxböyük alqışlarla qarşıladılar. Mən də elə bu forumun əvvəlindən gözləyirdim ki, nə vaxt bizim bir əsgər çıxışedəcəkdir, nə vaxt bir hərbi məsələ haqqında danışılacaqdır, nə vaxt ordu haqqında danışılacaqdır.Səbirsizliklə gözləyirdim ki, bəs niyə bu gecikir, nə üçün bunu gecikdirirlər? Bəzən az qala istəyirdim xəbərgöndərim ki, bəs bizim ordunun nümayəndələrinə söz verin. Nəhayət, ordumuzun nümayəndəsi AbdullaQurbani çıxış etdi, çox hərarətli çıxış etdi və forum iştirakçıları da onu çox böyük sevgi, məhəbbətləqarşıladılar.Ancaq bunlar hamısı azdır. Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsasmövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsasvəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik. Ona görə də mən bunugənclər təşkilatlarının əsas vəzifəsi hesab edirəm. Hər bir Azərbaycan gəncinə isə gənclik vaxtına çatana qədərözünü orduda xidmət etmək üçün hazırlamağı tövsiyə edirəm.Biz indi ildə təxminən 35-40 min gənci orduya səfərbər edirik. Bu, bizim gənclərin ümumi sayının çoxhissəsini təşkil edir. Bundan artıq buna ehtiyac yoxdur. Ancaq gərək hər bir gənc orduya səfərbər olmağa hazırolsun və orduda xidmət etməyi özünə şərəf kimi qəbul etsin. Əksinə, orduda xidmət etməmiş gənc gərəkdüşünsün ki, cəmiyyətdə o hansı borcunu yerinə yetirməlidir. Dünyanın bir çox ölkələrində, o cümlədən bizəqonşu və bizə dost olan Türkiyədə hər bir gəncin orduda xidmət etməsi onun şərəfli borcudur və o gənclərçalışırlar o borcu layiqli yerinə yetirsinlər.Bizim güclü ordumuz olmalıdır. Ona görə yox ki, biz yenidən hərbi əməliyyatlara başlamaq istəyirik. Yox,sadəcə olaraq müstəqil Azərbaycan Respublikasının özünəməxsus güclü ordusu olmalıdır. Bizim keçmişdə dəorduda xidmət etmək sahəsində böyük: ənənələrimiz olub. Keçmiş dövrləri götürsək, bizim xalqqəhrəmanlarının adları burada çəkildi. Məsələn, XIX, XX əsrləri götürsək, Azərbaycan çar Rusiyasınıntərkibində olarkən xalqımızın çox dəyərli şəxsiyyətləri orduda yüksək rütbələrdə xidmət etmişlər, generalrütbələri almışlar. Biz, məsələn, general Mehmandarovla, general Əliağa Şıxlinski ilə, [314-315] yaxudTalışxanovlar, Bakıxanovlar, Ağalarovlar, Naxçıvanskilər nəslindən olan generallarla fəxr eləyirik. Bizimvaxtilə belə sərkərdələrimiz olubdur, generallarımız olubdur. Onlar bizim tariximizə yazılıbdır. Biz onları böyükhörmət və ehtiram hissi ilə xatırlayırıq.İkinci dünya müharibəsində də bizim qəhrəmanlarımız olubdur. Azərbaycandan İkinci dünya müharibəsinə600 min nəfər səfərbər olunubdur. Onlardan 300 mini geriyə qayıtmayıbdır, həlak olubdur.158

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!