11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

1995-ci İLDƏ BEYNƏLXALQ YARIŞLARDAYÜKSƏK NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞAZƏRBAYCAN İDMANÇILARI VƏMƏŞQÇİLƏRİ İLƏ GÖRÜŞDƏ ÇIXIŞPrezident Sarayı30 dekabr 1995-ci ilHörmətli idmançılar! Bugünkü görüş sizin üçün nə qədər əhəmiyyətlidirsə, bizim üçün – mənimüçün, mənim həmkarlarım üçün də bir o qədər əhəmiyyətlidir. Çünki siz idman sahəsində, beynəlxalq yarışlardayüksək adlar qazanaraq, çempionluq zirvəsinə qalxaraq, qızıl medallar və başqa mükafatlar alaraq müstəqilAzərbaycanın adını ucaldırsınız.Müstəqil Azərbaycan Respublikasının dördüncü ili tamam oldu. Biz müstəqilliyimizin beşinci iliniyaşayırıq. Ötən illərdə bizim itkilərimiz çox olub. Ancaq nailiyyətlərimiz də az deyildir. Bu nailiyyətləriçərisində idman sahəsində, beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiymətiAzərbaycan xalqının təkcə fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarətdeyildir, həm də müstəqil Azərbaycan Respublikasını dünyada tanıtmaqdan ibarətdir.Biz müstəqil dövlət kimi gəncik. Müstəqilliyimizi də, dünya birliyində, beynəlxalq aləmdə tutduğumuzyeri də möhkəmləndirməyə çalışırıq və Azərbaycanı dünyada hamıya tanıtmaq istəyirik. Ancaq aydındır ki, bu,bir günlük, yaxud bir illik iş deyil, uzun sürən bir işdir. Yəni müstəqil Azərbaycanı müstəqil bir dövlət kimidünyada tanıtmaq üçün biz hələ bundan sonra da çox işlər görməliyik. Dünyada tanınmaq beynəlxalq təşkilatlartərəfindən müstəqil Azərbaycan dövlətinin tanınması haqqında qəbul olunan qərarlardır. Bununla yanaşı, buhəm də dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında yaranan ikitərəfli, bərabərhüquqlu əlaqələrdir.Şübhəsiz ki, bunlar dövlətçilik nöqteyi-nəzərindən əsas amillərdir. Amma bununla yanaşı, gərək təkcəbeynəlxalq təşkilatlarda yox, ayrı-ayrı dövlətlərlə əlaqələrdə yox, həm də hər bir ölkədə, hər bir təşkilatda vədünyanın hər yerində bizim xalqımızı, bizim millətimizi, bizim dövlətimizi tanısınlar. Buna görə də hələ çox işgörməliyik və xalqımızı, millətimizi, dövlətimizi tanıtmaq üçün [230-231] mühüm vasitələrdən biri də idmandır,idman yarışlarıdır və şübhəsiz ki, idman yarışlarında yüksək adlar əldə etməkdir.Sevindirici haldır ki, bizim dövlət tərəfindən aparılan siyasi tədbirlərlə yanaşı, bir çox başqa sahələrdədə respublikamızı, xalqımızı dünyada tanıtmaq üçün gərəkli işlər görülür və onlar öz nəticələrini verir. Bubaxımdan idmançıların gördükləri iş yüksək qiymətə layiqdir. Sizin qazandığınız hər bir çempion adıAzərbaycanı dərhal geniş tanıdır. Layiq olduğunuz hər bir qızıl, yaxud gümüş medal və ya başqa bir yüksək adAzərbaycanı tanıdır. Yarışlar müxtəlif yerlərdə – bir dəfə bir ölkədə, bir dəfə başqa ölkədə keçirilir. Siz də buyarışlarda mütəmadi iştirak edərək və xüsusən yüksək adlar qazanaraq Azərbaycanın adını ucaldırsınız.Azərbaycanın bayrağı dünyada rəsmən, demək olar, iki dəfə qaldırılır. Bu, bir dəfə Azərbaycanın dövlətbaşçısı hər hansı bir ölkəyə gələndə olur. Şübhəsiz ki, beynəlxalq təşkilatların, Birləşmiş Millətlər Təşkilatınınqarşısında başqa ölkələrlə yanaşı, Azərbaycanın da bayrağı daim dalğalanır. Əlbəttə, başqa ölkələrdə bizimsəfirliklər Azərbaycanın bayrağını daim saxlayırlar. Lakin bayrağın qaldırılması məsələsində, qeyd etdiyimkimi, Azərbaycanın dövlət başçısı hər hansı bir ölkəyə gələrkən və bir də ki, idmançılarımız beynəlxalqyarışlarda çempion adı qazanarkən Azərbaycanın himni səslənir, Azərbaycanın dövlət bayrağı qaldırılır.Ona görə də mən qeyd edirəm ki, sizin nailiyyətləriniz eyni zamanda böyük siyasi xarakter daşıyır,dövlətçiliyimizin nailiyyətləri kimi qiymətləndirilməlidir. Biz bunu məhz belə də qiymətləndiririk. Bütünbunlara görə, respublikamızı, xalqımızı, Azərbaycanı dünyada, beynəlxalq yarışlarda layiqincə təmsil etdiyinizəgörə, yüksək adlar qazandığınıza görə, Azərbaycanın şan-şöhrətini ucaltdığınıza görə mən sizi təbrik edirəm vəsizə bu nailiyyətlərinizə görə təşəkkürümü bildirirəm. Çox sağ olun!Sizin bu nailiyyətləriniz bir də ona görə qiymətlidir ki, respublikamızın həyatında çətinliklər çoxdur,problemlər çoxdur. Problemlərdən biri də budur ki, biz idmana istədiyimiz qədər diqqət yetirə bilmirik, vəsaitayıra bilmirik, idmanın inkişafı üçün lazımınca şərait yarada bilmirik. Belə bir şəraitdə bu cür yüksəknailiyyətlər qazanmağınız sizin yüksək vətənpərvərliyinizi sübut edir. Məsələn, Timoxin dedi ki, onun məşqetmək üçün, hazırlaşmaq üçün bazası yoxdur. Amma bazası olmadığı [231-232] halda dəfələrlə dünya çempionuadı qazanmışdır. Təkcə o deyildir. Mən bilirəm ki, bizim digər çempionların da layiqli bazaları yoxdur. Ammabuna baxmayaraq, lazımi maddi imkanlarınız olmadığı halda siz bu adları almısınız. Bu, çox qiymətlidir və onusübut edir ki, bizim xalqımız müstəqil olanda, sərbəst olanda, özü öz taleyinin sahibi olanda lap çətin bir dövrdədə biz yüksək nailiyyətlər əldə edə bilirik.Sizin bu nailiyyətləriniz bir də onu göstərir ki, Azərbaycanın idman sahəsində böyük potensialı var.Keçmiş illərdə Azərbaycan idmançıları adətən dünya idman yarışlarında Sovet İttifaqının komandalarıtərkibində çıxış edirdilər. O vaxtlar biz çox təəssüflənirdik və çox heyfsilənirdik ki, bizim idmançılar, yəni118

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!