11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

gün yalnız və yalnız demokratik prinsiplərə əsaslanacağam, qəbul olunmuş konstitusiyanın bütün maddələrinə,bütün müddəalarına, bütün fikirlərinə əsaslanacağam.İlk parlamentə 96 deputat seçilibdir. Biz keçən parlament seçkilərindən indiyə qədər ötən beş ilə nəzərsalmalıyıq. Şübhəsiz ki, sonra, güman edirəm, bu beş il təhlil olunacaqdır, onun müsbət və mənfi tərəflərigöstəriləcəkdir. Mən indi bu məsələ ilə məşğul olmaq fikrində deyiləm, ancaq bir neçə kəlmə qeyd etməkistəyirəm. 1990-cı ildə seçilmiş parlament sovet hakimiyyəti dövründə seçilmiş parlament idi. Bakıda Yanvarfaciəsinin, tökülmüş qanların əsasında yaranan hakimiyyət tərəfindən təşkil edilmiş və seçilmiş parlament idi. Oparlament beş il müddətində müəyyən dəyişikliklərlə işlədi və nəhayət, bu gün öz fəaliyyətinə xitam verir.Bu müddətdə parlamentin fəaliyyətində müsbət tərəflər də çoxdur, ancaq mənfi, dəhşətli tərəflər dəçoxdur. Müsbət cəhətlər ondan ibarətdir ki, bütün bu dövrün mürəkkəbliyinə və qarmaqarışıqlığına baxmayaraq,bu parlament fəaliyyət göstərmiş və bu günə qədər ölkəmizdə qanunvericilik fəaliyyəti funksiyasını həyatakeçirmişdir. Müsbət cəhət bir də ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinə xalqınistəyi nəticəsində parlament də qərar vermiş və 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqındaKonstitusiya Aktı qəbul olunmuşdur. Başqa müsbət cəhətləri də var. Ancaq mənfi cəhətləri də çoxdur. Mənficəhətlər ondan ibarətdir ki, birincisi, parlament Bakıda fövqəladə vəziyyət [12-13] şəraitində seçilmiş və xalqın,parlamentin üzvlərinin dəfələrlə tələb etməsinə baxmayaraq, bu fövqəladə vəziyyət, 1990-cı il 20 Yanvarfaciəsindən sonra yaranmış fövqəladə vəziyyət uzun müddət davam etmiş və insanlar həmin şəraitdə yaşamışlar.Şübhəsiz ki, burada hüquqdan da o qədər geniş söhbət gedə bilməzdi. Mənfi cəhət həm də bundan ibarətdir ki,parlamentin və o vaxtkı hakimiyyətin qorunub saxlanmasını təmin edə bilməmişdir. Bu müddətdə respublikadaüç dəfə hakimiyyət dəyişikliyi baş vermişdir. Parlament burada gücsüzlük göstərmiş və bəzi hallarda hətta xalqaxəyanətkar mövqedə də durmuşdur.Parlamentin mənfi cəhətlərindən onu da qeyd etmək istəyirəm ki, 1993-cü ilin iyun ayındaAzərbaycanda vətəndaş müharibəsi başlanmasının qarşısını ala bilməmişdir. Şübhəsiz ki, bu, təkcə parlamentinişi deyildi, amma mən parlamentin üzərinə düşən vəzifə nöqteyi-nəzərindən bunu deyirəm, Azərbaycandavətəndaş müharibəsi başlamış, Azərbaycan Respublikası artıq parçalanmağa başlamış, ölkənin ayrı-ayrıregionlarında hakimiyyət müxtəlif qrupların əlinə keçmiş və nəhayət, dövlət çevrilişi baş vermişdi. Eynizamanda onu qeyd etmək istəyirəm ki, həmin vaxt bütün bu hadisələrin ağırlığına, çətinliyinə baxmayaraq,parlament 1993-cü il iyun hadisələrindən sonra bu məsələləri təhlil etmək və vəziyyəti normallaşdırmaq üçünxeyli fəaliyyət göstərə bilmişdir. Şübhəsiz ki, onun bu fəaliyyətini müsbət qiymətləndirməyə bizim tam əsasımızvar.Ondan sonrakı dövrdə parlament əsasən səmərəli işləmiş bir çox qanunlar qəbul etmiş və parlamentinfəaliyyəti nəticəsində biz indiki vəziyyətə gəlib çatmışıq ki, seçki qanunu qəbul etmək, yeni seçkilər keçirməkvə yeni konstitusiyanın qəbul olunması üçün şərait yaranmışdır. Bu sahədə də parlamentin xidmətlərini qeydetmək lazımdır.Düzdür, seçkilər 90-cı ilin sentyabrında keçirilib, amma parlament öz fəaliyyətinə 91-ci ilin fevralayında başlayıbdır. Güman edirəm, bunu da qeyd etmək yerinə düşərdi ki, o vaxt parlament seçkiləri – o zamanAli Sovet deyirdilər – Ali Sovet seçkiləri 1990-cı ilin sentyabrında başladı, amma parlamentin ilk iclası 91-ci ilfevralın 5-də keçirildi. İndi isə, – bəlkə bu müqayisəyə ehtiyac yoxdur, ancaq sadəcə olaraq bunu qeyd etməkistəyirəm, – parlament seçkiləri noyabrın 12-də başlandı, qurtardı və bu gün – noyabrın 24-də, 12 gündən sonrapar[13-14]lament öz işinə başlayır. Bu da keçmişə nisbətən çox böyük bir fərqi nümayiş etdirir.Beş il fəaliyyət göstərən parlamentin işinə bu gün xitam verilir. Ona görə də fəaliyyətində olanqüsurları, mənfi cəhətləri də qeyd edərək, fəaliyyətindəki nailiyyətləri, müsbət cəhətləri də qeyd edərək, mənhesab edirəm ki, biz öz tariximizə daim hörmət etməliyik və beş il fəaliyyət göstərən parlamentə, onun üzvlərinəbu gün öz təşəkkürümüzü və minnətdarlığımızı bildirməliyik.Konstitusiyanın qəbul olunması üçün referendumun və seçkilərin keçirilməsində, qeyd etdiyim kimi,Mərkəzi seçki komissiyasının çox gərgin işi və böyük xidməti olubdur. Onların işi hələ bu gün də qurtarmır,davam edir. Mərkəzi seçki komissiyasının sədri Cəfər Vəliyev bu gün məlumat verdi ki, ayın 26-da 20 dairədətəkrar səsvermə olacaqdır, 8 dairədə isə sonra yenidən seçkilər keçiriləcəkdir. Elə bu faktın özü dəAzərbaycanda seçkilərin nə qədər demokratik keçirildiyini göstərir. 100 dairədən, – onların birində seçkilərkeçirilməməlidir – 99 dairədən ancaq 71-də seçkilər tamamlanıb, deputatlar seçilib. 20-sində yenidən, təkrarsəsvermə olacaqdır. 8-də isə seçkilər yenidən keçiriləcəkdir. Bu, demokratiyanın parlaq nümunəsidir. Bizimseçkilər doğrudan da demokratik şəraitdə keçirilibdir. Yenə deyirəm, Mərkəzi seçki komissiyası gərgin işləyib,çox iş görübdür. Onun fəaliyyətindəki nöqsanları tənqid etmək olar, qüsurlardan da danışmaq olar, onunburaxdığı səhvlərlə əlaqədar şikayətlər də etmək olar. Ali Məhkəmə bu şikayətlərə baxmalıdır. Ancaq bütünbunlarla yanaşı, mən hesab edirəm ki, Mərkəzi seçki komissiyası çox böyük iş görübdür. Bu gün mən, gümanedirəm, sizin – deputatların iradəsini ifadə edərək, eyni zamanda Azərbaycan xalqının iradəsini ifadə edərəkMərkəzi seçki komissiyasına, onun üzvlərinə və onun sədri Cəfər Vəliyevə təşəkkürümü və minnətdarlığımıbildirirəm.13

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!