11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASIGƏNCLƏRİNİN BİRİNCİ FORUMUNDANİTQRespublika Sarayı2 fevral 1996-cı ilƏziz gənclər, Azərbaycanın övladları, əziz balalar!Sizi, müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunu, bütün Azərbaycan gənclərini səmimiqəlbdən salamlayıram, sizə təhsilinizdə, bütün işlərinizdə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.Müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumu öz işini başa çatdırır və hesab edirəm ki,müvəffəqiyyətlə başa çatdırır. Bu gün səhərdən indiyə qədər bu salonda biz gəncləri dinləyirik. Bu saraydabütün söz gənclərə verilibdir. Mən indi, forumun işi sona çatarkən öz təəssüratlarımı sizə çatdırmaq istəyirəm.Həddindən artıq sevindiricidir ki, gənclər sərbəst, azad, müstəqil şəkildə öz fikirlərini ifadə edirlər, öz sözlərinideyirlər, öz problemlərindən danışırlar, xahişlərini edirlər, dərdlərini çatdırırlar.Bildiyiniz kimi, keçmiş illərdə də Azərbaycanda gənclərin qurultayları, yığıncaqları olubdur, görüşləri,festivalları olubdur. Mən özüm də vaxtilə gənc olmuşam və belə görüşlərdə, toplantılarda iştirak etmişəm.Keçmişdə gənclərin fəaliyyətini və gənclik təşkilatlarının fəaliyyətini layiqincə qiymətləndirərək, mən qeydetmək istəyirəm ki, bu gün bu sarayda tamamilə başqa bir ab-hava duyulur: sərbəstlik, azadlıq ab-havası.Gənclər, yenə də deyirəm, öz ürək sözlərini sərbəst, istədiyi kimi deyirlər. O formalizm, ştamp, standart artıqaradan götürülməkdədir.Bu, çox sevindiricidir. Sevindirici cəhət ondan ibarətdir ki, gənclər respublikamızın həyatının bu çətindövründə, ağır dövründə həyata, gələcəyə çox nikbinliklə baxırlar, yaşamaq, yaratmaq əzmindədirlər, böyükproblemlər haqqında düşünürlər, böyük problemlər irəliyə sürürlər.Onların bir qisminin həllinin indi mümkün olmaması aydındır, ancaq iş burasında deyil, iş orasındadır ki,gənclər düşünürlər, gənclər fikirləşirlər, gələcək haqqında düşünürlər, [303-304] təkliflər irəli sürürlər. Demək,həqiqətən müstəqil Azərbaycanın gələcəyini düşünürlər. Burada olan bu mehriban münasibət və ruh yüksəkliyibizi də sevindirir.Həyatımız çətindir, ağırdır. Ancaq bu salonda olan əhval-ruhiyyə, ruh yüksəkliyi bizim gənclərimizin əhvalruhiyyəsiniəks etdirir. Bəli, bizim gənclərimizin təmtəraqlı söz deməyə haqları var və təmtəraqlı sözlər dədeyilməlidir, çünki biz nə qədər inildəyəcəyik, nə qədər sızıldayacağıq, nə qədər bədbin-bədbin sözlərləgənclərimizin beyninin zəhərlənməsinə yol verəcəyik? Bu salonda duyulan yüksək əhval-ruhiyyə sevindiricidirvə mən forumun işinin müvəffəqiyyətlə başa çatması münasibətilə sizi ürəkdən təbrik edirəm.Çıxışlarda gənclərin fəaliyyəti üçün, təhsili üçün, istəklərinin və arzularının yerinə yetirilməsi üçün bir çoxtəkliflər irəli sürüldü. Bu forumun çağırılması haqqında mənə müraciət olarkən mən bunu belə qəbul etdim, beləanladım ki, biz buraya respublikamızın indiki mərhələsində gənclərin vəzifələrini müəyyən etmək üçün, eynizamanda Azərbaycan gəncliyinə qayğının, diqqətin artırılması sahəsində lazımi tədbirləri müəyyən etmək üçüntoplaşmışıq. Mən belə düşünürəm.Gənclər burada öz çıxışlarında, şübhəsiz ki, əsasən onların fəaliyyəti üçün, yaşayışı üçün, gələcəyi üçünvacib olan problemlərin həll olunması barədə təkliflərini irəliyə sürdülər. Bu, təbiidir və çıxışlarınəksəriyyətindən belə hiss olundu ki, gənclərə kömək etmək üçün Azərbaycanın hakimiyyət orqanları, dövlətorqanları və bütün başqa təşkilatları bunları həll etməlidir. Bu çıxışlar, bu təkliflər əsaslıdır. Doğrudur, Masallırayonundan olan, burada çıxış edən bir fermer, – yalnız o, çıxışları tənqid etdi ki, biz özümüz iş görməliyik vəözümüz dövlətə, hökumətə kömək etməliyik. Ancaq qalan çıxışlar məhz qayğının artırılması ilə əlaqədardır vəgənclərin problemlərinin dövlət orqanları tərəfindən, hakimiyyət orqanları tərəfindən və müvafiq təşkilatlartərəfindən həll olunması ilə əlaqədardır. Mən deyə bilərəm ki, irəliyə sürülən təkliflər, qaldırılan məsələlər,problemlər həqiqətə uyğundur və bunların heç birisində qeyri-təbiilik yoxdur. Eyni zamanda söhbət ondangetməlidir ki, bunların hamısının dərhal, yaxud indiki mərhələdə həyata keçirilməsi nə qədər realdır, nə qədərmümkündür.Buna baxmayaraq, hesab edirəm ki, bizim vəzifəmiz, dövlət orqanlarının vəzifəsi, hakimiyyət orqanlarınınvəzifəsi gənclə[304-305]rə diqqəti artırmaq, gənclər probleminin həll olunması ilə bundan sonra daha dayaxından məşğul olmaq və irəliyə sürülən təkliflərin həyata keçirilməsi üçün çalışmaq, lazımi tədbirlərgörməkdən ibarətdir.Bu forum haqqında biz məsləhətləşərkən mən belə qərar qəbul etdim ki, gənclərlə yanaşı, forumarespublikanın hakimiyyət orqanlarının nümayəndələri – nazirlər, yerli icra orqanlarının başçıları və hakimiyyətorqanlarının başqa nümayəndələri də dəvət olunsun. Onlar buradadırlar. Bütün günü biz bir yerdəyik. Onlarınhamısı buraya ona görə dəvət olunub ki, gənclərin problemlərini bilavasitə eşidib, dinləyib, hiss edib hərə öz154

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!