11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Güman edirəm ki, idarəetmənin təkmilləşdirilməsi həm bu bürokratizmin, süründürməçiliyin, işlərinnormal getməsinə mane olan amillərin aradan götürülməsinə şərait yaradacaq, eyni zamanda vəzifədən suiistifadəetmək, rüşvətxorluq hallarından xilas olmağa şərait yaradacaqdır. Ancaq təkcə bunlara ümid bəsləməkolmaz. Hər bir vəzifəli şəxs bilməlidir ki, biz xalqımızı, millətimizi, ölkəmizi, vətənimizi bu mənfi hallardanxilas etməliyik və iqtisadiyyatın irəli getməsi üçün idarəetmə orqanlarının işini təkmilləşdirməli,gücləndirməliyik.Bir neçə sahələr var, onların işinə xüsusi baxılmalıdır. Mən bunu Nazirlər Kabinetinə bir neçə dəfətapşırmışam, ancaq səmərəli nəticə əldə olunmayıb. Məsələn, bizim Azərenerji, yəni elektrik enerjisikompleksində vəziyyət çox ağırdır. Elektrik stansiyaları işləyir, ancaq onların fəaliyyəti gündən-günə aşağıdüşür. Əgər təsirli tədbirlər görməsək elektrik enerjisi ilə təchizatımız get-gedə çox ağırlaşacaqdır. Mən bubarədə Nazirlər Kabinetinə bir neçə dəfə göstəriş vermişəm. Hesab edirəm ki, struktur məsələlərini həll edənkimi bizim elektrik enerjisi kompleksinin işi xüsusi müzakirə olunmalıdır, oradakı vəziyyət təhlil edilməli vəbütün bu məsələlər çox ciddi araşdırılıb lazımi tədbirlər görülməlidir.Neft-qaz kompleksini götürək, bizim neft şirkəti iri şirkətdir, böyük imkanları var, ancaq deyə bilmərəmki, günümüzün tələblərinə uyğun işləyir. Mən heç bilmirəm onlar nə iş görürlər. Vaxtilə biz Azərbaycanda hərgün məlumat alırdıq ki, nə qədər neft çıxarıldı, qaz çıxarıldı, niyə dünənkindən, keçən həftəkindən azçıxarılıbdır, səbəbi nədir, nə etmək lazımdır. Amma indi gəlin açıq danışaq, Nazirlər Kabineti bu işləməşğuldurmu? Yox! Nazirlər Kabinetində neft və kimya şöbəsi var, onun on nəfər ştatı var. Nə iş görür bu onnəfər adam, nə işlə məşğuldur? Yoxlayırmı ki, hansı buruq nə üçün dünən, yaxud keçən ay az neft verib, haradaqaz az çıxarılıb? Yoxlayırmı, nəzarət edirmi, yaxud bir təsir göstərirmi? Bu şirkəti buraxmışıq özbaşına. MənNatiq Əliyevə bir neçə dəfə [267-268] demişəm və bu gün də deyirəm, neft müqaviləsi bağlanıb, başqa işlərgörülüb, bunlar hamısı çox gözəldir, gələcəyimiz üçün lazımi işlərdir və bu sahədə şirkətin işini yüksəkqiymətləndirirəm. Amma bu, təkcə şirkətin işi deyil, bununla biz hamımız məşğul oluruq. Bəs cari məsələlər?Oradan xəbər gəlir ki, neftçilərin məvacibini vermirlər, buradan xəbər gəlir ki, neftçilərin məvacibini vermirlər,neft şirkəti haraya isə sponsorluq edir, kömək edir. Əgər sən öz işçilərinə məvacib verə bilmirsənsə sponsorluqetməyə nə haqqın var?Mən qəzetlərin birində oxudum ki, çıxarılan neftin uçotu aparılmadığına görə bir milyon ton neft zavodlarauçotsuz gedir və orada kimsə onu mənimsəyir. Yenə də deyirəm, mən bunu dünən qəzetdə oxumuşam. Bununnə qədər həqiqət olduğunu deyə bilmərəm. Ancaq belə bir siqnal gələn kimi mən çox narahat oldum və göstərişvermişəm ki, bunu yoxlasınlar. Amma eyni zamanda, bizim Nazirlər Kabineti bir baxırmı ki, neft nə qədərçıxdı, zavoda nə qədər gəldi və zavoddan nə qədər çıxdı? Buna bir nəzarət edən varmı, yoxsa yox? Görürəm ki,yoxdur. Nazirlər Kabinetindən buna nəzarət edən yoxdur.Əvvəllər bir neçə dəfə gəldilər, məsələ qaldırdılar ki, biz Türkmənistandan qaz almalıyıq. Keçən illərdəalmışıq, əgər indi qaz almasaq Azərbaycan batacaq, nə bilim, burada sosial partlayış olacaq və sair. Mənməsələni araşdırdım. Gördüm ki, burada bu məsələ ancaq ayrı-ayrı adamların mənafeyi üçün qaldırılır. Dedimki, lap donsaq da bu il Türkmənistandan qaz almayacağıq. Yaşayırıq. Bilmirəm, Türkmənistandan qaz alandabizim qaz təchizatımız bundan yaxşı idi, yaxud pis idi, deyə bilmərəm. Yaşayırıq. Hər halda biz ildə 6 milyardkub-metr qaz çıxarırıq. İldə 6 milyard kubmetr qaz çıxaran bir ölkə gedib başqa yerdən qaz alsın? Mən dünənidi, srağagün idi – Gürcüstandan gələn nümayəndələrlə görüşürdüm. Onların xarici işlər naziri və oradaparlamentə deputat seçilən azərbaycanlılar mənimlə görüşə gəlmişdilər. Onlarla söhbət edirdim. Gürcüstandaqaz yoxdur. Türkmənistandan az miqdarda qaz alırlar, o da bir neçə müəssisəni təchiz etmək üçün. Yaşayırlar.Ağır yaşayırlar, ancaq yaşayırlar.İndi biz 6 milyard kubmetr qaz çıxardığımız halda, gəlin gedək Türkmənistandan da qaz gətirək. Bizimteleviziya da bilmirəm niyə bu mənasız işlərlə məşğuldur. İki gündən bir məlumat verir: Türkmənistana 80milyon dollar borcumuz [268-269] var, onun filan qədəri verildi, filan qədəri verilmədi. Mən bilmirəm, burateleviziyanın nə dəxli var? Televiziyanın işi-gücü yoxdur? Həftədə bir dəfə məlumat verir. Mən Babəkədemişəm ki, ümumiyyətlə, bu məlumatlara nəzarət etsin. Bəzən yalan məlumatları götürüb verirlər. O günteleviziya ilə eşidirəm ki, yanvar ayının 24-də müstəqil dövlətlər başçılarının iclası olacaqdır. Gəlmişəm, telefonedirəm ki, bu müstəqil dövlətlər başçılarının iclası axı, ayın 19-dadır, bəlkə bir dəyişiklik var, mən bilmirəm, birdeyin görək. Ora-bura, bir yarım saat vaxt itirmişəm, yoxlayıram, heç bir dəyişiklik yoxdur. Yaxşı, televiziya buməlumatı haradan götürüb verib? Hansısa bir məlumat agentliyi verib, bu da götürüb verir. Siz bilməlisiniz ki,dövlət işləri ilə əlaqədar olan xəbərlər dəqiq məlumatlar olmalıdır. Əgər siz müstəqil dövlətlər başçılarınıngörüşü haqqında məlumat vermək istəyirsinizsə, gərək onu bizdən, Prezident Aparatından soruşasınız. Çünkibu, dövlət başçısının görüşüdür. Burada sizə deyərlər və əgər lazımdırsa siz bunu verərsiniz. Ona görə də mənteleviziya şirkətinin sədri Babəkə bu barədə bir neçə dəfə çox ciddi iradlarımı bildirmişəm. Fürsətdən istifadəedib, bu gün yenə də demək istəyirəm.Amma yenə də qayıdıram həmin qaz məsələsinə. İndi bunu ona görə dedim ki, məsələn, son bır ayda mənteleviziyadan üç dəfə eşitmişəm ki, Türkmənistana filan qədər borcumuz var, filan qədər verilib, filan qədəri dəqalıb. Bunun əhəmiyyəti nədir, bilmirəm. Aydındır ki, borcumuz var, veririk və verəcəyik. İndi bizim bu qədər135

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!