11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

O günlər qara günlər idi. O günlər Azərbaycan xalqı dərd içində idi. Yanvar gecəsinin qanı içində idi.Ancaq o günlər Azərbaycan televiziyasının işləməməsi də xalqımız üçün böyük bir çətinlik yaratdı və əlavə birdərd oldu. Azərbaycan televiziyasının tarixində belə səhifələr də var.Eyni zamanda Azərbaycan televiziyasının xidmətlərindən danışarkən onun Azərbaycanın dövlətçiliyini,müstəqilliyini qorumaq üçün nə qədər böyük bir vasitə olduğunu siz yaxşı xatırlayırsınız. 1994-cü ilin oktyabrayının əvvəlində Azərbaycanda cinayətkar qruplar, dəstələr tərəfindən, şübhəsiz, xaricdən istiqamətləndirilən budəstələr tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərildi. Bu dövlət çevrilişinə ha[347-348]zırlıq artıqmüəyyən bir müddət idi ki, gedirdi. Biz buna nəzarət edirdik. Yəni biz bunu müşahidə edirdik və bu çevrilişcəhdinin nə vaxtsa başlanacağını nəzərə alırdıq. Xatirimdədir, o vaxt bir çox adamlar narahatlıq hissi keçirərəkgəlib mənə cürbəcür məsləhətlər verirdilər ki, əgər çevriliş cəhdləri başlansa nə etmək, nə kimi tədbirlər görməklazımdır, hansı silahlan işə salmaq, hansı silahlardan istifadə etmək lazımdır.Lakin mən həmin o oktyabr gecəsi dövlət çevrilişi cəhdi başlanan zaman məhz bizim milli televiziyadanistifadə etdim. Bu, nə qədər güclü bir silah imiş! Bu, bütün silahlardan da güclü bir silah imiş!Gecə vaxtı mən televiziya vasitəsilə xalqa müraciət etdim, xalqı Azərbaycan dövlətçiliyinin qorunmasınadəvət etdim. Məhz televiziya vasitəsilə biz buna nail ola bildik. Mən buna nail ola bildim. Qısa bir müddətdə –yarım saatdan, bir saatdan sonra prezident sarayı önündəki meydana yüz minlərlə adam toplaşdı. Bakının ənucqar yerlərindən insanlar nəqliyyat vasitələri olmadığı halda, hətta piyada, yüyürə-yüyürə həmin meydanagəldilər, Azərbaycanın dövlətçiliyinin keşiyində durdular. Bu, televiziya vasitəsilə mümkün oldu. Bundan sonrahəmin meydandan televiziya vasitəsilə birbaşa veriliş başlandı və o, meydana toplaşan, Azərbaycandövlətçiliyini qorumağa gələn insanlar televiziya vasitəsilə öz etiraz səslərini ucaltdılar, öz hiddətlərinibildirdilər, öz fikirlərini söylədilər və beləliklə də, bütün Azərbaycan Respublikasının vətəndaşları ayağaqalxdılar, biz o həlledici gecədə böyük dövlət çevrilişinin qarşısını ala bildik.Onun sabahısı günü Azadlıq meydanına bir milyondan artıq Azərbaycan vətəndaşı toplaşdı. Yenə dəAzərbaycan televiziyası vasitəsilə həmin mitinqlər, verilişlər nəinki Azərbaycanın bütün guşələrinə, həm dəbütün dünyaya çatdırıldı. Həmin gecə prezident sarayının önündəki mitinqdən televiziya verilişləri, sabahısıgünü Azadlıq meydanındakı mitinqdən aparılan televiziya verilişləri bütün dünyanın ən mötəbər televiziyastansiyaları vasitəsilə verildi. O televiziya kadrlarını bütün dünya seyr etdi, o kadrlar bütün dünyanı gəzdi. Buda bir tərəfdən, televiziyanın nə qədər böyük imkanlara malik olduğunu göstərir, digər tərəfdən isə,televiziyanın Azərbaycan dövlətçiliyinin qorunmasında böyük xidmətlərini nümayiş etdirir. Mən həm televiziyaəməkdaşlarına, həm də bütün Azərbaycan xalqına təşəkkür edirəm [348-349] ki, Azərbaycanın dövlətçiliyihəmin o günlərdə qorunub saxlanıldı və bu gün biz respublikamızda tam ictimai-siyasi sabitliyə nail olmuşuq.Televiziyanın xidmətləri böyükdür. Ancaq şübhəsiz ki, həm 40 il ərzində, həm də bu günlərdə onunfəaliyyətində çatışmazlıqlar da, nöqsanlar da var. Bunlar da təbiidir. Güman edirəm ki, bu gün bizteleviziyamızın 40 illik yubileyini belə təntənəli şəraitdə qeyd edərkən televiziya sahəsində çalışanvətəndaşlarımız dərk edəcəklər ki, bu, onların üzərinə daha çox məsuliyyət qoyur və onları işdə olannöqsanların, çatışmazlıqların, səhvlərin aradan qaldırılmasına dəvət edir.Lakin bunu da qeyd etmək lazımdır ki, televiziya hər bir vətəndaşın gözünün qabağındadır. Ona görə dəteleviziyanın fəaliyyətindəki nöqsanlar dərhal gözə çarpır, bəzən də televiziyanın verilişlərinə hərə öz fikri, özağlı, öz dünyagörüşü ilə qiymət verir. Buna görə də hesab edirəm ki, televiziyanın verilişlərinə heç vaxtbirmənalı qiymət vermək mümkün deyil. Çünki hərə bu verilişləri bəlkə də öz istədiyi kimi görmək istəyir.Odur ki, televiziyanın verilişlərinə aid cürbəcür iradlar, cürbəcür tənqidlər ola bilər və bunlar da təbiidir.Televiziya işçiləri gərək öz işlərini elə qursunlar ki, belə tənqidlər az olsun və onların işində nailiyyətlər dahaçox olsun.40 il müddətində televiziya sahəsində bizim böyük təcrübəmiz var. Televiziya sahəsində çalışan insanlaryüksək səviyyəyə gəlib çatıblar. Professional imkanlara malik olan televiziya əməkdaşlarımız var. Ancaq bunlarda son hədd deyildir. Dünya televiziyasının böyük nailiyyətlərini Azərbaycan televiziyası hələ tamamiləmənimsəyə bilməyib, tətbiq edə bilməyibdir. Bu, indi Azərbaycan televiziyasının qarşısında duran vəzifələrdir.Bunları həyata keçirmək üçün televiziyanın maddi-texniki bazasını daha da gücləndirmək lazımdır. Bizimiqtisadi vəziyyətimiz nə qədər çətin olsa da, biz bu sahəyə vəsait əsirgəməyib son zamanlar televiziyanın madditexnikibazasını inkişaf etdirmək üçün lazımi tədbirlər görmüşük.1982-83-cü illərdən inşasına başlanmış böyük televiziya qülləsi tikilib qurtarmaqdadır. Mən bu günxatırlatmaq istəyirəm ki, hələ 70-ci illərdə biz televiziyanın maddi-texniki bazasını genişləndirmək üçün Bakıdayüksək bir televiziya qülləsi tikilməsi haqqında qərar qəbul etdik. O vaxt bir neçə layihəyə baxıldı və inditikilməkdə olan həmin qüllənin layihəsi təsdiq [349-350] olundu, tikinti işlərinə başlandı. O vaxt bizim nəzərdətutduğumuz proqrama görə o televiziya qülləsi 2-3 il müddətində tikilib başa çatdırılmalı idi. Onun tikintisininəsasını qoyanlardan biri və təşəbbüsçüsü mən olmuşam. Ancaq təəssüf ki, on ildən çox bir vaxtda o televiziyaqülləsi tikilib qurtarmayıbdır. Biz indi inşaat işlərini sürətləndirmişik və inşaatçılar söz verirlər ki, bu ilteleviziya qülləsi istifadəyə veriləcəkdir. Bu da Azərbaycan televiziyası verilişlərinin daha geniş yayılması üçünvə daha da keyfiyyətli olması üçün çox yaxşı şərait yaradacaqdır.176

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!