11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

HƏŞTƏRXAN TELEVİZİYASININMÜXBİRİ İLƏ MÜSAHİBƏ15 fevral 1996-cı ilSual: Heydər Əliyeviç, Sizin kimi siyasətçinin fəaliyyətinin məqsədi Vətənin rifahına və özxalqının tərəqqisinə nail olmaqdır. Siz Azərbaycan Respublikasındakı indiki iqtisadi şəraiti vəhəmvətənlərinizin vəziyyətini necə qiymətləndirirsiniz?Cavab: Azərbaycanda iqtisadi şərait mürəkkəbdir, zənnimcə, keçmişdə Sovetlər İttifaqına daxil olan bütünrespublikalarda, regionlarda da belədir. Lakin bu, təbiidir, çünki Azərbaycan cəmi dörd il bundan öncə dövlətmüstəqilliyi əldə edibdir. Bir çox illər, onilliklər ərzində bir dövlətin – Sovetlər İttifaqının tərkibində olan ölkə,şübhəsiz, dövlət müstəqilliyi qazandıqdan sonra bütün işi yenidən qurmalıdır. Digər tərəfdən, indi Azərbaycanbir ictimai-siyasi sistemdən başqasına keçid dövrünü yaşayır.Azərbaycanda vəziyyəti mürəkkəbləşdirən bir də odur ki, ölkəmiz yeddi ildən artıqdır ki, ErmənistanRespublikası tərəfindən hərbi təcavüzə məruz qalıbdır. Bu illər ərzində çoxlu qurbanlar vermişik, qanlımüharibə getmişdir. 1994-cü ildə biz atəşkəsə nail ola bildik və 20 aydır ki, barışıq vəziyyətində yaşayırıq.Lakin müharibə qurtarmayıbdır. Azərbaycan ərazisinin təqribən 20 faizi Ermənistan silahlı birləşmələritərəfindən işğal olunubdur. Azərbaycanın bir milyondan artıq vətəndaşı işğal edilmiş ərazilərdən zorlaçıxarılıbdır və indi çox ağır şəraitdə, əksəriyyəti çadırlarda, çadır şəhərciklərində yaşayır.Bütün bunlar Azərbaycanın sosial-iqtisadi vəziyyətini mürəkkəbləşdirir. Ümumən isə bu, təkrar edirəm,digər respublikalar üçün də səciyyəvidir. Keçmiş Sovetlər İttifaqının bütün regionları ilə bizim fəal iqtisadiinteqrasiyamız var idi. İndi bu əlaqələr əsasən qırılıbdır və buna görə də iri sənaye müəssisələri tam gücü iləişləmir, bəziləri isə hətta dayanmışdır. Bu, işsizlik doğurur, istehsalın azalmasına səbəb olur. Bunların hamısıbirlikdə Azərbaycanda sosial-iqtisadi həyatı mürəkkəbləşdirir, bu vəziyyət təxminən iqtisadi və sosial böhrankimi səciyyələnir. [330-331]Lakin biz bu vəziyyətdən çıxırıq. Onun qarşısını almaq üçün tədbirlər görür və belə hesab edirik ki, bundanötrü ən etibarlı imkan fəal iqtisadi islahatlar aparmaq, bazar iqtisadiyyatına keçmək, mülkiyyətiözəlləşdirməkdir. Biz belə hesab edirik ki, bu, iqtisadiyyatın yeni yüksəlişinə təkan verəcəkdir. Azərbaycanböyük iqtisadi potensiala malikdir, onun zəngin təbii ehtiyatları var. Lakin bütün bunları hərəkətə gətirmək,bunlardan istifadə etmək üçün yeni formalar, yeni üsullar gərəkdir.Sual: Ən yaxın perspektiv üçün Azərbaycan Respublikasının siyasətdə və iqtisadiyyatda üstün yerverdiyi məsələlər hansılardır, bu mənafelərin həyata keçirilməsində Rusiya nə kimi rol oynaya bilər, Sizinüstün saydığınız məsələlərdə o, nə kimi yer tutur?Cavab: Yalnız siyasi məsələlərə üstünlük veririk. Bu, Azərbaycanın dövlət müstəqilliyi, Azərbaycandademokratik, hüquqi, sivilizasiyalı dövlət quruculuğu, demokratiyanın, həm siyasət, həm ictimai həyat, həm dəiqtisadiyyat sahəsində demokratiyanın geniş inkişaf etdirilməsidir. Siyasətdə üstünlük verdiyimiz bunlardır.Eyni zamanda bütün qonşu dövlətlərlə mehriban münasibətlərin yaradılması və inkişafı, dünyanın bütün ölkələriilə ikitərəfli, qarşılıqlı surətdə faydalı münasibətlər yaradılması da bu üstünlüklər sırasına daxildir. İqtisadisahədə üstünlük verilən məsələlərə gəldikdə isə, artıq qeyd etdiyim kimi, bu, iqtisadi islahatların, dövlətmülkiyyətinin özəlləşdirilməsinin fəal surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatının inkişaf etdirilməsidir.Rusiyanın rolu çox böyükdür. Çünki Rusiya böyük ölkə, bizim Şimal qonşumuzdur. Azərbaycan Rusiya iləbir çox onilliklər və hətta yüzilliklər ərzində bağlı olubdur. Keçmişdə iqtisadiyyatımız onilliklər boyu Rusiyanıniqtisadiyyatı, istehsal gücləri ilə sıx inteqrasiyada qurulub və yaradılıbdır. Ona görə də, şübhəsiz ki, Rusiya iləyeni zəmində iqtisadi əlaqələrin yaradılması, inkişaf etdirilməsi ümumən Azərbaycan iqtisadiyyatının inkişafıüçün çox mühüm vasitə olacaqdır.Bundan əlavə, Azərbaycanda çoxlu ruslar yaşadığı kimi, Rusiyada da çoxlu azərbaycanlı yaşayır. Mədəniəlaqələrin, insani əlaqələrin də çox böyük əhəmiyyəti var. Ona görə də biz dünya ölkələri ilə qarşılıqlımünasibətlərimizdə Rusiya ilə əlaqələrimizə üstün əhəmiyyət veririk.Sual: Həştərxan vilayətinin qubernatoru Anatoli [331-332] Qujvin ilə indiki görüş qonşu ərazilərin,regionların əməkdaşlığına (Həştərxan vilayəti və Azərbaycan Respublikası belə regionlardır) sadiqolduğunuzu təsdiq etdi. Sizin proqnozunuz necədir: bəyannamədən, niyyət protokollarından, rəsmiməlumatlardan – yəni kağız üzərində yazılanlardan, yaxın illərdə olduğu kimi, konkret işlərə – nəqliyyatəlaqələrinin bərpasına, gəmiqayırma müəssisələrində birgə sifarişlərin yerləşdirilməsinə, Xəzər dənizininbioloji ehtiyatlarından birgə istifadə olunmasına tezmi keçiləcəkdir?Cavab: Bilirsiniz, başlıcası budur ki, artıq ilk addımlar atılmışdır. Axı, dediniz ki, keçmişdə bizim sıxəlaqələrimiz, o cümlədən Azərbaycan ilə Həştərxan vilayəti arasında belə əlaqələrimiz olmuşdur. Biz fəaləməkdaşlıq edir, bir-birimizə kömək göstərirdik və bu, həm Azərbaycana, həm də Həştərxan vilayətinə faydagətirirdi. Bu əlaqələr xeyli dərəcədə qırılıbdır və rəsmi zəmindəki əlaqələri nəzərə almasaq, əslində, dörd-beş167

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!