11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

AZƏRBAYCAN XALQINA YENİ İL TƏBRİKİ31 dekabr 1995-ci ilHörmətli həmvətənlər!Əziz bacılar, qardaşlar, Azərbaycan Respublikasının vətəndaşları!Sizi qarşıdan gələn 1996-cı – Yeni il münasibətilə təbrik edirəm, sizə cansağlığı, səadət, işlərinizdə uğurlardiləyirəm.Biz 1995-ci ilin son dəqiqələrini yaşayırıq. 1995-ci il Azərbaycan Respublikasının, xalqımızın həyatındaböyük nailiyyətlər ili, əlamətdar hadisələr ili kimi tariximizə artıq daxil olubdur. 1995-ci ilin ən böyük nailiyyətiondan ibarətdir ki, Azərbaycan xalqı öz dövlət müstəqilliyini daha da möhkəmləndirdi, AzərbaycanRespublikası müstəqil dövlət kimi yeni bir ili başa vurdu.1995-ci ildə biz uzun illər arzusunda olduğumuz müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasınıqəbul etdik. Bu, tarixi hadisədir. Azərbaycan dövlət müstəqilliyinin dördüncü ilini müstəqil dövlətinkonstitusiyası ilə başa vurdu. Biz ilk dəfə müstəqil Azərbaycanın demokratik parlamentini seçdik və parlamentartıq formalaşıb fəaliyyət göstərir. Azərbaycanın ilk demokratik konstitusiyasının qəbul olunması, ölkəmizin ilkdemokratik parlamentinin seçilməsi Azərbaycanda demokratiyanın inkişafında böyük bir mərhələdir vəmüstəqil Azərbaycanın gələcəyi üçün yaxşı əsaslar yaradır. Müstəqil Azərbaycan bir daha dünyaya nümayişetdirdi ki, xalqımız tutduğu yol ilə əzmlə gedir. Azərbaycanda demokratik hüquqi dövlət qurulur, demokratikvətəndaş cəmiyyəti yaranır, demokratiyanın bütün tələbləri respublikamızda bərqərar olub və bunların gələcəkdədə inkişaf etməsi, insanların sərbəst, azad yaşaması üçün, onların haqlarının qorunması üçün və hər birvətəndaşın öz istəyini, arzusunu sərbəst yerinə yetirməsi üçün lazımi şərait yaranıbdır.Azərbaycanın konstitusiyasının qəbul olunması və ilk demokratik parlamentin seçilməsi respublikamızınhəyatında dörd il gedən çətin, ağır ictimai-siyasi proseslərin sona çatdığını göstərir. Bu proseslər Azərbaycandamüstəqil dövlətin yaşaması üçün çox çətinliklər yaratmışdı. Ona görə də bunların [242-243] hamısının nizamasalınması və nəhayət, konstitusiyanın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədiolmasını bir daha dünyaya sübut etdi. Biz 1995-ci ili sona çatdıraraq böyük məmnuniyyət hissi ilə deyə bilərikki, Azərbaycanın dövlət müstəqilliyi qorundu, saxlanıldı və onun əbədi olması üçün, Azərbaycan xalqının əbədiolaraq milli azadlıq şəraitində yaşaması üçün yaxşı şərait əldə edilib.1995-ci ilin mühüm cəhəti bir də ondan ibarətdir ki, bu ildə xalqımız atəşkəs rejimində, sülh və əminamanlıqşəraitində yaşayıbdır. Ermənistanla Azərbaycan arasında yeddi ildən artıq gedən müharibədə,Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində baş vermiş münaqişədə 1994-cü ildə əldə edilmiş atəşkəssazişi bütün 1995-ci ildə qorunub saxlanıbdır. Bütün ilin sakit keçməsi, yəni cəbhədə atəşin olmaması, qantökülməməsi, insanlarımızın sülh şəraitində yaşaması son illərin böyük nailiyyətlərindən biridir.1995-ci ildə respublikamızı atəşkəs rejimində yaşadaraq biz müharibəyə son qoymaq, böyük sülh əldəetmək üçün, işğal olunmuş torpaqlarımızdan işğalçı silahlı dəstələrin çıxarılması, respublikamızın ərazibütövlüyünün təmin olunması üçün ardıcıl fəaliyyət göstərmişik. Bu gün demək olar ki, biz müəyyənnailiyyətlər əldə etmişik. Bir il müddətində atəşkəs rejiminin saxlanması onu göstərir ki, biz artıq həm dünyaictimaiyyətini, həm də Azərbaycana təcavüz edən Ermənistanın dairələrini sülhün zəruri olması üçün lazımiqərarlar qəbul edilməsi fikrinə gətirib çıxara bilmişik. Bununla yanaşı, bir il müddətində ardıcıl surətdə cürbəcürsəviyyələrdə, çərçivələrdə aparılan danışıqlar bizim sülhə doğru hərəkətimizi sürətləndirib və Ermənistan-Azərbaycan münaqişəsinin aradan götürülməsi, Dağlıq Qarabağ probleminin həll olunması üçün gərəkli şəraityaranıbdır.Ümidvaram ki, 1995-ci ildəki nailiyyətlər 1996-cı ildə Böyük Sülh Sazişinin əldə olunması, böyük sülhünyaranması üçün yaxşı əsas yaradır və bunlardan səmərəli istifadə edərək biz 1996-cı ildə respublikamızı hərbitəcavüzdən xilas edə bilərik, işğal olunmuş torpaqlarımızdan işğalçı qüvvələri çıxara bilərik, respublikamızınərazi bütövlüyünü təmin edib, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarını öz elinə-obasınaqaytara bilərik. Bu barədə həm beynəlxalq təşkilatlar səviyyəsində – BMT-nin qurumlarında, ATƏT-in Minskqrupu çərçivəsində, başqa beynəlxalq təşkilatlarda apardığımız işlər, [243-244] həm də dünyanın böyükdövlətlərinin başçıları, nümayəndələri ilə aparılan danışıqlar və bizim göstərdiyimiz cəhdlər həmin bu nəticələrəgətirib çıxarıbdır.1995-ci ildə bu sahədə görülmüş işlər barədə danışmaq çox vaxt aparar. Ancaq onu qeyd etmək istəyirəm ki,beynəlxalq təşkilatlarda aparılan danışıqlarla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması üçünson illərdə təşəbbüs göstərmiş Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton ilə, Rusiyanınprezidenti cənab Boris Yeltsin ilə, Türkiyənin prezidenti cənab Süleyman Dəmirəl ilə və başqa böyük ölkələrinbaşçıları ilə mənim şəxsən apardığım danışıqlar və əldə olunan anlaşmalar, razılıqlar onu göstərir ki, bütündünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri, bizim bölgədə sülhünyaranmasını arzu edirlər, bunun yaranması üçün fəaliyyət, səylər göstərirlər və ümidvaram ki, bundan sonra da124

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!