11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sual: Çox sağ olun, hörmətli prezident, icazənizlə, mən bir neçə sualı rusca soruşum və cavabları darus dilində verəsiniz. Cənab prezident, belə bir fikirlə razısınızmı ki, sizin regionda hadisələrin gedişinəRusiyanın təsiri var? Sizcə, bu təsir nədən ibarət ola bilər?Cavab: Şübhəsiz ki, regionda hadisələrin gedişinə Rusiyanın təsiri var. Region deyərkən biz Qafqazı, ocümlədən Zaqafqaziyanı nəzərdə tuturuq, hər iki halda Rusiyanın təsiri var. Bu da təbiidir. Çünki, necə deyərlər,Yer kürəsinin bu hissəsi, – indi Zaqafqaziyada müstəqil dövlətlər var, – bir çox illər, onilliklər ərzində, həttaəsrlərlə Rusiyanın, keçmiş Sovetlər İttifaqının tərkibində olmuşdur. Ona görə Rusiyanın burada təsirinin olması,yenə deyirəm, təbiidir, qoy bundan heç kim təəccüblənməsin.Sual: Xarici ekspertlərin fikrincə, Azərbaycan İran arasındakı münasibətlərdə soyuqluq müşahidəolunur. Belə hesab edirlər ki, İran Zaqafqaziya regionunda Azərbaycanın Qərbin dayağınaçevrilməsindən narahatdır. Siz bu cür mülahizələrlə razısınızmı?Cavab: Bilirsiniz, münasibətlərdə müəyyən bir sərinlik, narahatlıq var. Ancaq mənə belə gəlir ki, bu,Azərbaycan ilə İran arasında olan münasibətləri səciyyələndirmir. Azərbaycana münasibətdə İranın özmülahizələri var, bu baxımdan bizim də öz mülahizələrimiz var. Məsələn, Qərbin neft şirkətlə[67-68]ri, xüsusənİranın özünün münasibətlərinin çox mürəkkəb olduğu Amerika Birləşmiş Ştatlarının neft şirkətləri ilə bizimmüqavilə imzalamağımızdan İran narazıdır. Lakin biz də ondan narazıyıq ki, İran Ermənistana fəal köməkgöstərir, onu strateji mallarla, məhsullarla təchiz edir və Ermənistan İranın bu köməyindən, dəstəyindən istifadəedərək bizimlə sülh danışıqlarında öz mövqeyini. daha da sərtləşdirir. Yəni bizim İrana qarşı narazılığımız,İranın da bizə qarşı narazılığı var. Ancaq mən belə hesab edirəm ki, bu, İran və Azərbaycan arasında qarşılıqlımünasibətlərin strateji istiqamətinin müəyyənləşdirilməsinə təsir göstərməməlidir. Biz İranla dostluqmünasibətləri saxlamağa, bütün sahələrdə, xüsusən iqtisadiyyat, ticarət, elm, mədəniyyət, insani münasibətlərsahəsində əlaqələri möhkəmləndirməyə çalışırıq.Sual: Cənab prezident, Orta Asiya respublikaları və Qazaxıstan ilə Azərbaycan arasında mədəniyyət,din, etnik və tarixi baxımdan yaxınlıq olmasına baxmayaraq, ümumən götürdükdə bu ölkələr arasındapərakəndəlik müşahidə edilir. Azərbaycan da daxil olmaqla yaxın gələcəkdə bu ölkələr arasında hansısabir siyasi qurumun yaradılmasını mümkün sayırsınızmı?Cavab: Bilirsiniz, şübhəsiz ki, yaxınlaşma olacağını mən görürəm, bu proses getməlidir. Bu ölkələrarasında müəyyən qədər sıx əlaqənin olmaması barədə fikrinizlə şərikəm. Görünür, bu keçid dövrününprosesləri ilə bağlıdır. İndi hər bir ölkəni daha çox öz problemləri, daxili işləri, iqtisadi vəziyyəti narahat edir vəhər bir ölkə öz problemlərinin həlli üçün daha əlverişli yollar axtarır. Bu, təbiidir. Lakin mən hesab edirəm ki,bunlar aradan qaldırılacaq. Tarixi əlaqələr, mədəni, dini yaxınlıq, dil yaxınlığı Azərbaycan da daxil olmaqla buölkələr arasında münasibətlərin daha fəal xarakter almasına kömək edəcəkdir. Hansısa bir regional qurumyaradılmasına gəldikdə isə, mən bunu zəruri, gərəkli saymıram.Sual: Nə üçün, axı bu, respublikaları siyasi cəhətdən yaxınlaşdıra bilər?Cavab: Bu, nəyə lazımdır? İndi dünyada o qədər qurumlar yaranmışdır ki, daha birisinə də ehtiyacgörmürəm. Sadəcə olaraq mehriban münasibətlər saxlamaq, hansısa məsələləri razılaşdırmaq lazımdır. [68-69]Sual: Sizə elə gəlmirmi ki, belə bir qurumun yaradılması Orta Asiya və Qafqaz rayonunda stratejiqüvvələri, strateji mənafeləri tarazlamağa kömək edərdi?Cavab: Bilirsiniz, dövlətlər arasında hər hansı belə regional qurumun yaradılması əks hərəkətlər doğurur.Mən hesab edirəm ki, belə bir qurumun yaradılmasına ehtiyac yoxdur.Müxbir: Müsahibəyə görə təşəkkür edirəm. [69-70]38

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!