11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

etməsinə müəyyən qədər maneçilik edirdi. Bir də, açıq demək lazımdır, biz müstəqil dövlət deyildik, ümumi birdövlətin tərkibində idik, ümumi bir dövlətin dili ilə çoxları danışırdı. Ona görə də bəzi adamlarda təəssüf ki, özdilinə düzgün münasibət çatmırdı. Mənim xatirimdədir, keçmiş komsomol qurultaylarında gənclərin çoxuAzərbaycan dilində danışmırdı. Azərbaycan dilində danışmaq istəyən də səlis, cazibədar danışmırdı. Amma bugün burada çıxış edənlər məni nə qədər heyran etdilər, bizim dilimizin zənginliyini, bu gün Azərbaycandahakim dil olmasını nümayiş etdirdilər.Bilirsiniz, hər bir azərbaycanlı gənc çalışmalıdır ki, dünyanın çox dillərini – rus dilini də, ingilis dilini də,fransız dilini də, ərəb, fars dillərini də mənimsəsin, öyrənsin. Bu, lazımdır, çünki müasir dünya ölkələrinin birbiriilə sıx əlaqəsi bu gün və gələcəkdə insanlardan bir çox dili bilməsini tələb edir. Mən gənclərimizə butövsiyəni verirəm. Amma bunlarla yanaşı, bunlardan əvvəl öz ana dilimizi, Azərbaycan dilini mənimsəməklazımdır, bu dildə yaxşı danışmaq lazımdır, bu dili ana dili kimi daim duymaq lazımdır, bu dili sevmək lazımdır.Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Xatirimdədir, 70-ci illərdə mənbir neçə dəfə çox narahatçılıqla göstərişlər verdim ki, rusdilli məktəblərdə Azərbaycan ədəbiyyatına çox yerverilsin. Azərbaycan ədəbiyyatını, ana dilini bilməyən gənc Nizamini oxuya bilməz, Füzulini oxuya bilməz,Nəsimini oxuya bilməz, Vaqifi oxuya bilməz, Sabiri oxuya bilməz, Cəlil Məmmədquluzadəni oxuya bilməz vədigərlərini oxuya bilməz. Əgər onları oxuya bilməsə, o, tariximizi bilməyəcək; onları oxuya bilməsə, bizimmədəniyyətimizi bilməyəcək, mədəni köklərimizi bilməyəcək, milli-mədəni ənənələrimizi bilməyəcək. Onlarıbilməsə, o, vətənpərvər olmayacaq, onda milli vətənpərvərlik duyğuları, hissiyyatı olmayacaqdır. [320-321]Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun,Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun.Ümidvaram ki, – bu gün məndə bu ümidlər daha da çoxaldı, – bizim gənclərimiz bundan sonra tariximizidaha da yaxından öyrənəcək, doğma Azərbaycan dilimizi mənimsəyəcək və bunlar hamısı hər bir gəncAzərbaycan övladında yüksək vətənpərvərlik hissləri yaradacaqdır.Dil barəsində danışarkən, mədəniyyət, milli ənənələr haqqında danışarkən eyni zamanda mən onu qeydetmək istəyirəm ki, Azərbaycanda bütün vətəndaşlar eyni hüquqa malikdir və bütün dillərdən sərbəst istifadəolunur, olunmalıdır və gələcəkdə də istifadə olunacaqdır. Azərbaycan Azərbaycanda yaşayan bütün millətlərindoğma Vətənidir. Azərbaycan vətəndaşları, Azərbaycan xalqı deyəndə biz Azərbaycanda yaşayan bütünmillətlərin birliyini dərk edirik. Mən böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycanda millətlər arasındaolan əlaqələr mehriban dostluq əlaqələridir, bir-birinə hörmət, ehtiram əlaqələridir və biz bu əlaqələri inkişafetdirəcəyik, bu əlaqələri yaşadacağıq, qoruyub saxlayacağıq. Ona görə də Azərbaycanın xüsusiyyətini –çoxmillətli ölkə kimi xüsusiyyətini, çoxdilli ölkə kimi xüsusiyyətini qoruyub saxlamaq bizim borcumuzdur,gənclərimizin vəzifəsidir.Milli vətənpərvərlik haqqında danışarkən bir daha keçmiş tariximizin qiymətləndirilməsi zərurətini mənqeyd etmək istəyirəm. Tariximizin hər mərhələsi bizim üçün qiymətlidir: ən qədim dövr də, orta əsrlər də,sonrakı dövr də. XX əsr sona çatır, XX əsr başlanğıc dövründən indiyə qədər bizim gözümüzün qarşısındadır.Bu XX əsrdə Azərbaycan xalqı bir sıçrayış dövrü keçib. Ən böyük nailiyyətlərimizdən biri odur ki, XX əsrdə ilkdəfə Azərbaycanda demokratik respublika yarandı. Əgər o, süqut edibsə də, Azərbaycan xalqı öz inkişafındadavam edib. Azərbaycanın 70 il Sovetlər İttifaqı tərkibində olan dövrü onun böyük inkişaf dövrüdür, bu dövrəqara yaxmaq olmaz, bu dövrü qiymətləndirmək lazımdır. Bu dövrdə Azərbaycan xalqının elmi, təhsili,mədəniyyəti sürətlə inkişaf edibdir. Bugünkü bizim müstəqil Azərbaycanın təməli, özəyi, əsası həmin dövrdəyaranmış iqtisadiyyat, o dövrdə yaranmış elmi potensial, o dövrdə yaranmış mədəni potensialdır, o dövrdəyaranmış təhsil potensialıdır. Bunu biz qiymətləndirməliyik. Bü[321-322]tün bu tariximizi, keçmiş tariximizibiz qiymətləndirərək, şübhəsiz ki, gənclərdə vətənpərvərlik hissini daha da artıra bilərik.Bizim bu son keçmişimizdən qalan ağır, çətin bir məsələ, problem 70 il dinimizdən məhrum olmağımızdır.Əgər o 70 ildə bizim böyük nailiyyətlərimiz olubsa, onu mən qeyd etdim, eyni zamanda məhrumiyyətlərimiz dəolubdur. Məhrumiyyətlərimizdən biri odur ki, biz dinimizdən məhrum olmuşduq. Ancaq dini heç kəsunutmayıbdır, dini xalq öz qəlbində, ürəyində saxlayıbdır. Müstəqillik, azadlıq əldə olunan .kimi bizim dinimizdə sürətlə inkişaf edir. Bu, müsbət haldır. İslam dini bizim müqəddəs dinimizdir, "Qurani-Kərim" müqəddəskitabımızdır. İslam dininin, "Quran"ın Azərbaycan xalqına bəxş etdiyi mənəvi dəyərlər bizim üçün əzizdir vəxalqımızın, gənclərimizin bu gün də, gələcəkdə də tərbiyəsi üçün çox əhəmiyyətlidir. Ona görə də din azadlığıbizim üçün böyük nailiyyətdir.İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün nemətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir vəxüsusən cəmiyyətdə davranışında islam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir. Eyni zamandabizim Konstitusiyamıza görə ölkəmizdə dünyəvi dövlət qurulur, din dövlətdən ayrıdır. Təbiidir, bütün dünyəviölkələrdə bu, belədir. Bu, heç kəsdə təəccüb doğurmasın. Bu, bizim dinə münasibətdə başqa bir mövqetutmağımızı göstərmir. Ancaq gənclərimizin islam dinini mənimsəməsi üçün, hesab edirəm ki, lazımi tədbirlərgörülməlidir. Çünki bu tədbirlərin olmaması nəticəsində bəzi mənfi hallar meydana çıxır, ayrı-ayrı qruplargənclərə fanatizm əhval-ruhiyyəsini aşılamaq istəyirlər və bunlar da bizim gənclərin tərbiyəsinə zərər vurur.Ona görə də islam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün tələblərindən biridir və bu161

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!