11.07.2015 Views

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

b e ş i n c i k i t a b

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Azərbaycan öz gələcəyini necə təsəvvür edir. Stend-bay mexanizmi çərçivəsində razılaşmalara gəldikdə isə,deyə bilərəm ki, bu proqramın uğurla yerinə yetiriləcəyi təqdirdə biz dərhal struktur dəyişikliklərinin genişmüəyyənləşdirilməsinin üçillik proqramına keçməyə hazırıq. Özü də bu kreditlər daha güzəştli şərtlərlə, yənidaha az faizlə və daha uzun müddətə verilir. Şübhəsiz ki, özəlləşdirmə bu proqramın mərkəzində dayanacaqdır.Ona görə ki, sizin ölkəniz bazar iqtisadiyyatına, iqtisadi demokratiyaya keçmək istəyir. Biz də, sizin rəhbərlikvə hökumət də gələcəyə bu cür baxırıq. Belə razılığa gəlmişik ki, stend-bay kreditləri üzrə nəzərdə tutulduğukimi, əvvəlcə tam miqyasda kiçik özəlləşdirmə keçirilməlidir. İndiki halda təxminən səkkiz min kiçikmüəssisədən söhbət gedir. Özəlləşdirmənin sonrakı mərhələsini isə biz hələlik konkret olaraq müzakirəetməmişik.Sual: Cənab direktor, qeyd etdiniz ki, respublikada makroiqtisadi sabitlik yaradılması sahəsindəböyük nailiyyətlər əldə olunubdur. Buna baxmayaraq, əhalinin sosial vəziyyəti olduqca ağırlaşır və bəziqüvvələr bunu Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondunun şərtlərinə əməl etməsi iləəlaqələndirirlər. Siz dediniz ki, əhalinin vəziyyətinin yaxşılaşdırılması, sosial təsisatların yaradılması üçünAzərbaycan hökumətinə kömək göstərəcəksiniz. Bu kömək nədən ibarət olacaqdır? [454-455]Mişel Kamdessü: Sabitləşdirmə proqramı yerinə yetirilərkən çox vaxt adamlar iddia edirlər ki, onlarınbütün məhrumiyyətləri və məqsədləri məhz bu proqramdan irəli gəlir. Biz belə iradları tez-tez eşidirik. Bu,xəstəxanada müalicə olunan xəstənin vəziyyətini xatırladır. O, öz əzablarına görə dərmanlardan, yaxud müalicəkursundan, şikayətlənir, xəstəxanaya nə səbəbdən düşməsini isə unudur. Lakin dərman gələcək sağlamlığıntəməlidir. Bizim vəzifəmiz ölkənizi bu vəziyyətdən çıxaracaq və tərəqqiyə çatdıracaq yolu qısa bir müddətdətapmaqdır. Ona görə də sizi tezliklə sağalmaq və tərəqqiyə nail olmaq naminə ağrılı hisslərdən qorxmamağaçağırıram.Sual: Siz 1993-cü ildə Türkmənistanda olarkən, səhv etmirəmsə, belə bir bəyanat vermisiniz ki, əgərErmənistan və Azərbaycan sülhə gələrlərsə, Beynəlxalq Valyuta Fondu dağıdılmış ərazilərin bərpasınınmaliyyələşdirilməsini öz üzərinə götürə bilər. Bu gün də həmin fikrinizdə qalırsınızmı?Mişel Kamdessü: Həmişəkindən daha çox. Biz sizə kömək göstərməyə başlamışıq, Ermənistana da yardımedirik. Hər iki tərəfin öz ölkəsinin iqtisadiyyatını düzgün yola çıxarmağa səy göstərdiyini görürük. İqtisadiyyatı,onun sağlamlığını bərpa edərkən biz düşünürük ki, bu prosesin ən mühüm labüd, ilkin şərti, onun uğurlagetməsinin rəhni sülh prosesinin sürətlənməsidir. Bu proses konkret nəticələrə gətirib çıxardıqda, biz beynəlxalqaləmdə katalizator, səfərbəredici vasitə rolunu yerinə yetirməyə şad olacağıq. Bu isə müharibənin dağıtdığıərazilərin bərpası üçün zəruridir. [455-456]227

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!